"Bakı-2015"in açılış mərasimi Misir mediasında işıqlandırılıb

"Bakı-2015"in açılış mərasimi Misir mediasında işıqlandırılıb "Bakı-2015" İlk Avropa Oyunlarının açılış mərasimi Misirin kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb.

Azərbaycanın Misirdəki səfirliyindən verilən məlumata görə, xəbərlərdə on yeddi gün davam edəcək İlk Avropa Oyunları haqqında məlumat verilərək, sözügedən oyunlarda əlli Avropa ölkəsindən altı min idmançının iyirmi idman növü üzrə iki yüz əlli üç medal uğrunda mübarizə aparacaqları bildirilib.

Avropa Olimpiya Komitəsinin 2012-ci ildə İlk Avropa Oyunlarının Azərbaycan tərəfindən ev sahibliyi etməsinə dair razılığının əldə edilməsi, sözügedən yarışlarda müxtəlif idman növlərinin (kamandan oxatma, atletika, voleybol, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və sair) keçiriləcəyi, yeni tikilən Bakı stadionunun 65 min azarkeş üçün nəzərdə tutulduğu barədə məlumatlar öz əksini tapıb.

Məlumatda həmçinin, Azərbaycanın Londonda keçirilmiş son 2012-ci ilin yay olimpiya oyunlarında dünyanın 200 ölkəsi arasında 30-cu yeri, Avropa ölkələri arasında isə 15-ci yeri, 2014-cü ildə Çinin Nanjinq şəhərində 29 idman növü üzrə gənclər arasında keçirilmiş yarışlarda 200-dən artıq ölkənin iştirak etdiyi II Olimpiya Oyunlarında isə dünya ölkələri arasında 10-cu yeri tutması da qeyd olunub.

Bakı-2015 İlk Avropa Oyunlarının açılışında Misiri ölkə prezidenti Əbdülfəttah Sisinin adından Gənclər və İdman naziri Xalid Əbdüləziz Misiri təmsil edib. Səfərini başa vuran nazir İlk Avropa Oyunları haqqında Misir mətbuatına açıqlama verib. Nazir Azərbaycanda Bakı-2015 İlk Avropa Oyunlarının uğurlu keçməsi üçün güclü təşkilatçılıq nümayiş etdirdiyini xüsusi şəkildə vurğulayıb.

Azərbaycanın idmana xüsusi önəm verdiyini vurğulayan X.Əbdüləziz Bakı-2015 İlk Avropa Oyunlarında 49 Avropa ölkəsindən 6 min idmançının 20 idman növü üzrə yarışlarda iştirak etdiyini bildirib. Paytaxt Bakıda Milli stadionda İlk Avropa Oyunlarının açılışında müxtəlif ölkə və hökumət başçılarının iştirak etdiyini qeyd edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 4025   Tarix: 15 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641
.

Taekvondoçularımız üç gümüş medal qazandılar

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi

27.08.2021 665
.

Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub

İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonu

29.08.2021 1121
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746
.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

CAS-ın Nurlan İbrahimovun şikayətinə baxacağı tarix açıqlandı

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq. Dinləmələr oktyabrın 8-nə təyin edilib. Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı "Facebook" hesabında ermənilərlə bağlı paylaşımın

29.08.2021 669
.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13.09.2021 1755