Eurovision Heydər Əliyev Mərkəzində keçiriləcək

Eurovision Heydər Əliyev Mərkəzində keçiriləcəkAzərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsində qələbəsinin nəticəsi olaraq gələn il müsabiqə ölkəmizdə keçiriləcək. Artıq "Eurovision" müsabiqəsinin icraçı direktoru Jon Ola Sand Azərbaycana ev sahibliyini həvalə edib və ev sahibliyini təsdiqləyən sənədi ölkəmizin "Eurovision" müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimliyə təqdim edib. Jon Ola Sand Azərbaycana bu məsuliyyətli işdə uğurlar da arzulayıb.

A.Kərimli isə deyib ki, Azərbaycana gedər-getməz "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıq mərhələsinə başlanılacaq. Dördüncü dəfə iştirak ərzində Azərbaycanın ən yüksək dərəcələri əldə etdiyini vurğulayan A.Kərimli bu tezliklə Azərbaycanın qələbə qazanmasını ölkəmizin bu müsabiqəyə ciddi hazırlığı ilə əlaqələndirib.

Maraqlıdır, Azərbaycan "Eurovision" müsabiqəsinə ev sahibliyi etməyə hazırdırmı?

Qeyd edək ki, ötən il yarışmada birincilik qazanmış Almaniya builki tədbirin təşkilatçılığına 47 milyon avro vəsait xərcləyib. Yəni müsabiqə Almaniyaya bütün xərcləri ilə birlikdə bu məbləğə başa gəlib. Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı "Eurovision" mahnı müsabiqəsinin keçirildiyi 4 gündə hoteldə qalmaq isə 1 nəfərə təxminən 800 avroya başa gəlib. Turistlərin xərclədikləri pullar və eksklüziv yayıma görə Düsseldorf şəhəri bu müddətdə 140 milyon avro gəlir əldə edib. Ekspertlər isə bildirirlər ki, Azərbaycanın sözügedən müsabiqəyə 47 milyon avrodan da artıq pul xərcləməyə imkanı var. Mütəxəssislər qeyd edirlər ki, bu müsabiqənin Azərbaycanda keçirilməsi ölkə iqtisadiyyatının müxtəlif sahələrinin daha da inkişafına gətirib çıxaracaq. Onların fikrincə, müsabiqəyə ev sahibliyi etmək ilk növbədə turizm sahəsini canlandıracaq. Təxmini hesablamalara görə, bu müsabiqə ilə əlaqədar ölkəmizə 70 minə yaxın turistin gələcəyi gözlənilir. Mütəxəssislər hesab edirlər ki, "Eurovision" müsabiqəsi Azərbaycana investisiya axınına da təkan verə bilər.

"Yeni Müsavat"a mötəbər mənbələrdən daxil olan məlumata görə, yarışma Bakıda inşa edilən Heydər Əliyev Mərkəzində keçiriləcək. Əldə etdiyimiz məlumata görə, iki gündür ki, mərkəzdə tikinti işləri sürətləndirilib. Tikinti işlərinin sutkanın 24 saatında aparılması tapşırığı verilib. Yəni mərkəz gələn il müsabiqəni qəbul etməyə hazır olmalıdır. Mərkəzin işçiləri də kompleksin tikintisinin 2011-ci ilin sonuna qədər yekunlaşacağını bildirirlər.

Yeri gəlmişkən, mərkəzin tikintisinə ayrılan pullar rəsmi olaraq açıqlanmasa da, qeyri-rəsmi məlumatlara görə, indiyə qədər tikintiyə 170,3 milyon manat vəsait ayrılıb. Bu ilin investisiya proqramında isə tikinti üçün 88 milyon manatın ayrılması nəzərdə tutulub. Çox böyük ehtimalla, işlərin sürətləndirilməsi məqsədilə əlavə vəsait də ayrılacaq. Əlavə vəsait üçün mənbələrdən biri Prezidentin Ehtiyat Fondu ola bilər.
Qeyd edək ki, Bakının Nərimanov rayonu ərazisində, keçmiş "Səttarxan" zavodunun yerində tikilən Heydər Əliyev Mərkəzinin inşasına 2007-ci ildə başlanıb. Mərkəz özündə müasir texnologiyalarla təchiz edilmiş salonları birləşdirən çoxfunksiyalı və çoxşaxəli struktura malik olacaq. Layihəyə əsasən, Heydər Əliyev Mərkəzi üç başlıca tərkib hissəni və iki yardımçı strukturu özündə birləşdirəcək. Mərkəzin inşa ediləcəyi ümumi ərazi 15,25 hektara bərabərdir. Ümumi ərazinin 2 hektara yaxını əsas binanın və tikililərin yerləşdiyi torpaq sahəsi, 13,25 hektarı isə landşaft ərazisidir. Kompleksin ümumi tikinti sahəsi 57 min kvadratmetr təşkil edəcək. Bütövlükdə əsas binanın ümumi istifadədəki sahəsi 6.039 kvadratmetr olacaq. Xatırladaq ki, Heydər Əliyev Mərkəzinin memarı "Zaha Hadid Architects" şirkətidir. Tikinti işlərini "DİA Holdinq FZCO" şirkəti həyata keçirir. Bu şirkətin Azərbaycandakı partnyoru "İntersun Holdinq" şirkətidir. "İntersun Holdinq" isə "Azersun Holdinq"in təsisçisidir. "DİA Holdinq FZCO" şirkətinin Bakıdakı ofisindən mərkəzin tikintisinin nə zaman başa çatacağı ilə bağlı sualı cavablandırmadılar: "Bu barədə heç bir məlumat verə bilmərik". Şirkətdən bildirdilər ki, onlar mətbuatın suallarını ümumiyyətlə cavablandırmırlar: "Biz ancaq podratçı olaraq Heydər Əliyev Mərkəzində tikinti işlərini həyata keçiririk".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 12439   Tarix: 17 may 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

05.05.2024 173
.

Latviyada təyyarə magistral yola qəza enişi edib

Latviyanın Tallin şossesində mühərriki nasaz olan təyyarə məcburi eniş edib. "Report" xəbər verir ki, bu barədə "La.lv" portalı məlumat yayıb. Belə ki, göyərtəsində iki nəfərin olduğu kiçik mülki aviasiya təyyarəsi Tallin şossesində Adazi yaxınlığında məcburi eniş edib. Latviya Təyyar

05.05.2024 155
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 219
.

Daha bir erməni yalanı ifşa edildi - VİDEO

Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən

05.05.2024 131
.

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbua

05.05.2024 89
.

KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər

Ukrayna avrobondlarının bir qrup xarici sahibləri Kiyevdən dövlət borcuna görə faiz ödənişlərinin 2025-ci ilə kimi bərpa olunmasını tələb etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" məlumat yayıb. Kreditorlar komitəsinə Ukraynanı

05.05.2024 142
.

ABŞ kəşfiyyatı: Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir

Birləşmiş Ştatların kəşfiyyatı hesab edir ki, Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir. "Report" xəbər verir ki, bu sözləri ABŞ Milli kəşfiyyatı direktoru Evril Heyns Konqresin Senatının Silahlı Qüvvələr Komitəsində keçirilmiş dinləmələrdə deyib. Rusiya və Çin arasındak

05.05.2024 164
.

Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Pasxa bayramı münasibətilə paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm

05.05.2024 224
.

Netanyahu girovların müqabilində Qəzzada atəşkəsə hazır olduğunu açıqlayıb

İsrail Qəzza zolağında atəşkəsdən əl çəkməyib və anklavda saxlanılan girovların azad edilməsi müqabilində hələ də atəşkəslə razılaşmağa hazırdır. "Report" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "İsrail girovları azad etmək üçün döyüşü dayandırmağa hazır id

05.05.2024 130