Başı kəsilən hacıxanım ərinə xəyanət edirmiş – TƏFƏRRÜAT - FOTO

"Həccdən gəldikdən sonra oğlan ilə birlikdə lüt şəkillər çəkdirib".

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Nərimanov rayonunda dəhşətli qətl hadisəsi törədilib. Belə ki, adıçəkilən rayonun Montin qəsəbəsi, Aşıq Qərib küçəsi 69 A ünvanında yaşayan 1971-ci il təvəllüdlü İlham Elləz oğlu Süleymanov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məhəbbət Nəriman qızı Süleymanovanın başını kəsərək qətlə yetirib.

Qeyd edək ki, hadisədən dərhal sonra Nərimanov Rayon Prokurorluğunun və rayon polis idarəsinin əməkdaşları olay yerinə yollansalar da, hüquq mühafizə orqanları hələlik məsələ ilə bağlı ətraflı məlumat verməyiblər. Odur ki, biz qətlin təfərrüatını öyrənmək, İlham Süleymanovun həyat yoldaşını hansı səbəbdən öldürməsinə aydınlıq gətirmək məqsədilə sözügedən ünvana getdik.

Sözün açığı, Aşıq Qərib küçəsini tapmaq o qədər də asan olmadı. Lakin çətin də olsa, sonda qeyd olunan ünvana çatdıq. Dar məhəllədən içəri daxil olduqda İlham Süleymanovun yaşadığı evin qarşısında bizi iki nəfər qarşıladı. Onlardan biri yaşlı, digəri isə gənc idi. Ağsaqqal bizi gördükdə mətbuat nümayəndəsi olduğumuzu bildi və "Oğul, düz gəlibsiniz, bu evdir" dedi.

Söhbət zamanı məlum oldu ki, həmin yaşlı kişi İlham Süleymanovun atası Elləz Süleymanovdur. Oğlunun Bakı Metropolitenində elektrik-mexanik işlədiyini deyən ata gəlini Məhəbbət Süleymanovanın məhz namus üstündə öldürüldüyünü bildirdi:

"Mən İlhamın atasıyam. Biz əslən Qərbi Azərbaycandanıq. Gördüyünüz kimi, biz qonşuyuq. Evlərimiz yan-yanadır. Hadisə dünən günorta radələrində baş verib. Polislər gəldikdə artıq saat 2 idi. Oğlum hadisəni törətdikdən sonra evinin qapısını bağlayıb, açarları götürüb könüllü surətdə polisə təslim olub. O, evinin açarlarını polis rəisinə verib və "Arvadımı öldürdüm. Cəsədi evdədir. Gedin, onu çıxarın" deyib. Bundan sonra polislər, prokurorluğun əməkdaşları bura gəldilər. Təxminən 10-15 nəfər idilər. Onlar cəsədi maşına qoyub, morqa apardılar. Bu gün isə artıq meyiti Məhəbbət Süleymanovanın atasıgilə təhvil veriblər. Gəlinin adamları Sabunçu rayonunda yaşayırlar. Bu gün orda yas mərasimidir. Qeyd edim ki, gəlinim də əslən Qərbi Azərbaycandandır. O da bizimlə bir kənddən, Pəmbək mahalının Böyük Qarakilsə rayonunun Hallavar kəndindən idi".

Elləz Süleymanovun sözlərinə görə, dünən axşam saatlarında Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları yenidən oğlunun yaşadığı evə gəlib araşdırma aparıblar:

"Onlar təxminən bir saata yaxın evdə nəsə axtardılar. Hər yerə baxdıqdan sonra qapını bağladılar. Açarı götürüb gedəndə mənə "Dayı, çalışın heç kim evə girməsin. Burda sizlik bir şey yoxdu" dedilər. Biz də deyilənə əməl etdik. Heç kim İlhamın evinə girmədi".

Oğlunun 3 övladının olduğunu deyən ata hadisə ilə bağlı yanlış məlumat verən bir sıra media qurumlarını tənqid etdi:

"İlhamın 3 uşağı var. Böyük oğlunun 17 yaşı, ortancıl oğlunun 16, qızının isə 10 yaşı var. Bəzi mətbuat orqanları yazır ki, guya bu, İlhamın ikinci evliliyi olub. Bu, düz deyil. Onlardan tələb edirəm ki, ağlına gələni yazmasınlar. Gəlsinlər, yerində araşdırsınlar".

İlham Süleymanovun həyat yoldaşı Məhəbbət Süleymanovanı namus məsələsinə görə qətlə yetirdiyini vurğulayan Elləz Süleymanov gəlininin Həcc ziyarətindən gəldikdən bir müddət sonra gənc bir oğlanla çılpaq fotoşəkil çəkdirdiyini, həmin şəxslə sevişdiyini qeyd etdi:

"Oğlum bir müddət öncə arvadından şübhələnməyə başlamışdı. Həmin vaxt məsələ böyüdü və gəlinin qardaşları, valideynləri bura gəldilər. Biz onlara hər şeyi danışdıq, Məhəbbətin namussuz olduğunu, əxlaqsızlıq etdiyini, özünü küçə qadını kimi apardığını dedik. Qeyd edim ki, gəlin bir müddət əvvəl Həcc ziyarətinə getmişdi. O, özünü hacıxanım adlandırırdı. Ancaq özünü əxlaqsız qadın kimi aparırdı. Ziyarətə getmiş şəxs namussuzluq edərmi? O, Həccdən gəldikdən sonra rayonlu oğlan uşağı ilə birlikdə lüt şəkillər çəkdirib. Məhəbbət həmin şəkilləri yastığının altında saxlayırdı. O şəkil bir gün oğlunun əlinə keçib. Uşaq görüb ki, anası oğlanla çılpaq vəziyyətdə şəkil çəkdirib. Uşaq az qalmışdı ki, əsəbdən dəli olsun. Nəvəm şəkli bizə göstərdi. Oğlumun ağlı başından çıxmışdı. Dərhal Məhəbbətin atasını, anasını, qardaşlarını çağırdıq və şəkli onlara da göstərdik. Qoy bilsinlər ki, qızları namussuz, əxlaqsızdır. Onların bütün qohum-əqrəbası məsələdən agah oldu. Bundan sonra gəlinin adamları onu götürüb apardılar. Məhəbbətə dedilər ki, sənin burda yaşamağa ixtiyarın yoxdur. Beləcə, gəlini apardılar. Lakin 5-6 gündən sonra, biz evdə olmadığımız vaxt gəlin anası ilə bura gəlib. Onlar evdə olan əşyaların yarısını götürüb maşına yükləyib, aradan çıxıblar".

Elləz Süleymanovun sözlərinə görə, gəlini anası ilə birgə evi boşaltdıqdan bir müddət sonra yenidən evə qayıdıb:

"Gəlinin qardaşları, valideynləri gəlib oğluma minnətçi düşürlər ki, qızımızı bağışla. Beləcə, Məhəbbət yenidən evə qayıdır. Təxminən bir həftə ərzində İlhamgilin evindən səs-səmir çıxmır. Ancaq bir həftədən sonra dava-dalaş başlayır. Onu da deyim ki, gəlinim heç də sakit adam olmayıb. Bunu qonşular da təsdiqləyə bilərlər ki, onun səs-küyü küçədən eşidilirdi. O, dəfələrlə ərini evə buraxmayıb. Çox tərbiyəsiz adam idi. Məhəbbətlə çılpaq şəkil çəkdirən oğlan gizli şəkildə hasardan evə daxil olub və səhərə kimi gəlinlə bir yerdə olub. Biz evdə olmadığımız vaxtda onlar qapını bağlayıb səhərə kimi min cür oyundan çıxırdılar. İş o yerə çatmışdı ki, İlham məcbur olub evin müxtəlif yerində gizli kamera quraşdırmışdı. Məhz bundan sonra hadisə aydın oldu. Məlum oldu ki, Məhəbbət həmin cavan oğlanla evdə əxlaqsızlıq edirmiş. Vallah, bala, heç bir kişi namus məsələsində sakit qala bilməz. Heç kim razı olmaz ki, onun arvadı başqası ilə yatıb-dursun. İlham bundan xəbər tutanda arvadının başını kəsdi və özü də könüllü surətdə polisə təslim oldu. O, bu cür namussuzluğa dözə bilmədi. Əslində, heç bir normal kişi buna dözə bilməzdi. Bizim millət qeyrətsizliyi götürmür".

Oğlunun ailəsini normal dolandırdığını deyən ata gəlininin qonşulara, tanımadığı şəxslərə faizə pul verdiyini dedi:

"Oğlum Bakı Metropolitenindən 650 manat maaş alırdı. Bundan başqa, əlil olduğu üçün 60 manat təqaüd alırdı. Aylıq gəliri heç də az deyildi.

Onun əlindən çox iş gəlir. İlham sənətkar kimi də peşəkar idi. O, təmir işləri də görürdü və qazandığı pulları evinə, həyat yoldaşına gətirirdi. Məhəbbət isə oğlumun qazandığı pulları faizə verirdi. Hamıya isə deyirdi ki, dolana bilmirəm, ərim yaxşı baxmır, pulumuz yoxdur.

O qadın əsl "afiristka" olub. Oğlumun pullarını əlindən alıb ancaq özünə xərcləyirdi. Qonşuluqda Qazax rayonundan kirayənişin qalır. O, yazıq Məhəbbətə qul kimi işləyirdi. Qab-qacağını yuyur, evini silib-süpürür, bir sözlə nökərlik edirdi. Həmin qazaxlı qadının bir oğlu var. Məhəbbət bütün bunların qarşılığında onu ancaq yemək-içmək verirdi. Yəni qul kimi rəftar edirdi".

Söhbətin bu yerində Elləz Süleymanov oğlunun evinin qarşısında dayanan qırmızı rəngli "Hundai İ20" markalı, 90-FZ-028 dövlət nömrə nişanlı avtomobili göstərərək həmin maşının gəlininin olduğunu bildirdi:

"Məhəbbət Həcc ziyarətindən qayıtdıqdan sonra ərinin pulları hesabına alıb. O, yazıq İlhamı dəli eləmişdi.

Elə hey deyirdi ki, mən özümə maşın alacam. Axırda bazara gedib bunu aldı. Maşının hər hansı bir sənədi, gəlinin isə sürücülük vəsiqəsi yoxdur. Təcrübəsiz sürücü olduğundan maşını aldıqdan sonra iki dəfə qəza törədib. Maşını iki dəfə vurdurub. Bu maşın oğlumun əməyi hesabına alınsa da, Məhəbbət İlhamı ona yaxın buraxmırdı. Oğul, bir sözlə gəlin bizim başımıza olmazın oyun açdı, oğlumu bədbəxt etdi".

oxu.az

Başı kəsilən hacıxanım ərinə xəyanət edirmiş – TƏFƏRRÜAT - FOTOBaşı kəsilən hacıxanım ərinə xəyanət edirmiş – TƏFƏRRÜAT - FOTOBaşı kəsilən hacıxanım ərinə xəyanət edirmiş – TƏFƏRRÜAT - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 10163   Tarix: 26 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kəlbəcərdəki qəzada yaralanan hərbçimiz vəfat etdi

Müdafiə Nazirliyi Kəlbəcər rayonunda qəzaya düşən hərbçilərlə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, rayon ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib. Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərb

03.05.2024 538
.

Murad bu kanalda xəbər aparıcılığına başladı

Aparıcı Murad Əzimzadə xəbər aparıcılığına başlayıb. OLAY yazır ki, o, çalışdığı "Space" kanalında xəbərlərin əsas buraxlışı ilə izləyici qarşısına çıxıb. Əzimzadə bu barədə feysbuk hesabında yazıb. "Qismətdə "Space Xəbər"in əsas buraxılışının aparıcısı olmaq da var imiş. Xəbə

03.05.2024 491
.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

15:51 0
.

Altı gündür axtarışda olan Nigar tapıldı: "Anamın telefonunu qırıb, suya atdım" - VİDEO

Tərtərdə itkin düşən və altı gündür axtarışda olan Nigar tapılıb. Bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində məlumat verilib. Nigar barəsində yayılan iddialar barədə danışıb. O bildirib ki, evdən qaçaraq Tərtərdən Bərdəyə getmək istəyib:. "Anamın telefonunu qırıb, suy

03.05.2024 811
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

03.05.2024 705
.

"Azərbaycan vətəndaşları Şengen vizasının alınmasında maneələrlə üzləşirlər" - Turizm eksperti

"Şengen vizasının alınmasında ciddi qaydalar tələb olunur və Azərbaycan vətəndaşları həmin ölkələrə gedərkən maneələrlə üzləşirlər. Azərbaycan vətəndaşı Almaniya və ya Polşaya gedərkən saatlarla səfirliyin qarşısında dayanır,bəzi hallarda tamamilə imtina alır". Bu sözləri turizm eksperti Sami

03.05.2024 416
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

03.05.2024 774
.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

03.05.2024 789
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

03.05.2024 535