Abituriyentlər imtahandan öncə nə etməlidirlər?

Abituriyentlər imtahandan öncə nə etməlidirlər?Ali məktəbə imtahan verdiyi gün şagirdlər üçün ən yaddaqalan, ən maraqlı, ən həyəcanlı, bəziləri üçünsə ən qorxulu və narahatverici günlərdən biri olur. Bu imtahan doğrudan da insan həyatı üçün önəmli bir mərhələdir. Buna görə də imtahana mümkün qədər yaxşı hazırlaşmaq, həm savad, həm psixoloji, həm də fiziki cəhətdən imtahan günü hazır olmaq lazımdır. Qeyd edilənlərdə abituriyentlərə kömək olacağını düşünərək, onlara bir neçə praktiki məsləhətlər vermək istəyirik:

1. Boş yerə həyəcanlanmayın
İmtahan verəcəyiniz tarixi yadınızdan çıxarmayın, ancaq hər dəqiqə də yadınıza salıb özünüzü həyacanlandırmayın.
İmtahana bir gün qalmış isə heç elmi məlumat oxumayın.

2. İdmanla daha aktiv məşğul olun
İnsan sağlam həyat tərzi üçün daima idmanla məşğul olmalıdır. Amma əgər abituriyntlərdən hansısa tənbəllik edirsə, imtahanda uğurlu nəticə əldə etmək üçün imtahan gününə az qalmış mütləq idmanla məşğul olmalıdır. Çünki idman zehni fəaliyyətin yaratığı yorğunluğu aradan qaldırmaq üçün çox effektivdir.

3. Təbiət sizə kömək edəcək
İmtahana 2-3 gün qalmış özünüzü təbiətin qoynuna atsanız, çox yaxşı olar. Elə bir şərait yoxdursa, ən azı təmiz havada gəzmək beynin fəaliyyətinin yüngülləşməsinə kömək edər. Çünki açıq havada qəbul edilən oksigen beynin sürətlə işləməsinə səbəb olur. Bundan başqa, bol meyvə və maye qəbul edin. Həmin gün axşamı kompüter və televizordan uzaq durun.

4. Pozitiv ruhiyyədə olun
Heç bir insan "hərşeyşunas" deyil, hər bir şeyi bilmir. Abituriynlər də, həmçinin 5 fənnin bütün incəliklərini bilə bilməzlər. Əgər siz kifayət qədər imtahana hazırlaşmısınızsa, onda pozitiv ruhiyyədə olun. Bəli, bilmədiyiniz sual da düşə bilər. Amma əksəriyyəti bildiyiniz suallar olacaq. İkincisi, çətin sual təkcə sizin rastınıza çıxmayacaq. Əgər çətin sual varsa, sizin rəqibləriniz də o suallarla qarşılaşacaq. Ona görə də özünüzü qorxutmayın, pozitiv olun.

5. "Onlar səndən daha bilikli deyil"
Adətən abituriyentlər elə bilir ki, imtahan verən dostları daha güclüdür və onun bildikləri rəqiblərinin bildikləri ilə müqayisədə azdır. Ancaq bu, belə deyil. Rəqibləriniz də sizin haqqınızda elə fikirləşir. Onlar da sizin dahi olduğunuzu düşünür. Ona görə narahatlığa əsas yoxdur. Siz özünzə inanın və imtahanda bilginizdən maksimum istifadə edin.

6. Ziyarətgahları və ya körpələr evini ziyarət edin
Biz müsəlman olduğumuzdan Allaha inamımız, güvənimiz sonsuzdur. Ona görə də Allahın sevimli bəndələrini ziyarət etdikdə, həmçinin körpələr evi və ya kimsəsizlər evini ziyarət etdikdə qəlbimizdə mənəvi rahatlıq yaranır, uğurlu gələcəyə inam yaranır. İmtahanöncəsi stresi və həyəcanı azaltmaq üçün belə ziyarətlər çox xeyirli ola bilər.

7. İmtahan üçün lazım olan sənədləri diqqətdə saxlayın
İmtahandan bir gün öncə, yatmazdan əvvəl imtahana aparmalı olduğunuz sənədlərə bir daha göz gəzdirin. Onları ləkələnməkdən, suya düşməkdən və s. problemlə üzləşməkdən qoruyun.

8. İmtahan səhəri yuxudan erkən oyanın
İmtahan günü yuxudan gec oyanmaq beynin sürətini aşağı salır. Axşamdan tez yatın ki, səhərdən oyanmaq sizi yuxusuz qoymasın. İmtahan günü də televizora və kompüterə baxmayın. Çalışın əhval-ruhiyyənizi şux saxlayasınız. Körpə uşaqla oynamaq ona nəvaziş göstərmək də imtahanda uğur qazanmağınıza vəsilə ola bilər.

Hər bir abituriyentə uğurlar!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7591   Tarix: 16 may 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428