Bakı Su İdmanı Sarayı- FOTO
Bakı Su İdmanı Sarayı I Avropa Oyunlarına tam hazırdır.
Altı hektar ərazisi olan bu nəhəng idman qurğusu yüksək keyfiyyətlə inşa edilib və artıq istifadəyə hazırdır. Paytaxtın Bayıl qəsəbəsində, Bakı bulvarının yeni salınan hissəsində yerləşən və ümumi sahəsi 72 min kvadratmetr olan Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir.
Su İdmanı Sarayında üç hovuz yaradılıb. Uzunluğu 50, eni 25, dərinliyi isə 2,5 metr olan əsas hovuz su idmanının müxtəlif növləri üzrə yerli və beynəlxalq səviyyəli yarışlar üçün nəzərdə tutulub. Əsas zaldakı hündürlükdən suya tullanma hovuzunun uzunluğu 25 metrdir. Burada hündürlüyü 1, 3, 5, 7,5 və 10 metr olan beş pilləli suya tullanma platforması inşa edilib.
Su İdmanı Sarayında yarışları eyni vaxtda 6 mindən çox tamaşaçı izləyə biləcək. Bundan əlavə, sarayda əlil tamaşaçılar, VVIP, VIP və media bölmələri inşa olunub.
Sarayın binasında Avropa Olimpiya Komitəsinin və Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə uyğun olaraq funksional və köməkçi sahələr yaradılıb. Binada üzgüçülər üçün xüsusi məşq platformaları və avadanlığı quraşdırılan fitnes - akrobatika, ağır atletika zalları mövcuddur. Su İdmanı Sarayının ikinci zalında məşqlər üçün üzgüçülük hovuzu inşa olunub. Hovuzun uzunluğu 51, eni 20 metrdir.
Xatırladaq ki, aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın iştirakı ilə Bakı Su İdmanı Sarayının açılışı olub.
Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, bu sahədə yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə Prezident İlham Əliyev 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında sərəncam imzalayıb. 2013-cü il aprelin 19-da isə dövlətimizin başçısının iştirakı ilə bu möhtəşəm idman sarayının təməli qoyulub.
İlk Avropa Oyunlarına hazırlığın mühüm mərhələsi olan Bakı Su İdmanı Sarayının inşası bir daha bu mötəbər beynəlxalq idman tədbirinin yüksək səviyyədə baş tutacağına əminlik yaradır.
BiG.AZ bu möhtəşəm Saraydan ən son görüntüləri təqdim edir.












BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 4940 Tarix: 08 may 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fransalı futbolçunun məşq zamanı ayağı sınıb
Fransanın "Lans" komandasının futbolçusu Conatan Qradinin məşq zamanı ayağı iki yerdən sınıb. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı fransalı müdafiəçi əməliyyat olunduqdan sonra uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Qeyd edək ki
30.11.2025 377 Yağışa baxmayaraq, stadionda anşlaq yaşanır - Video
Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda "Qarabağ" Niderlandın "Ayaks" komandasını qəbul edəcək. "Qafqazinfo" xəbər verir ki, paytaxtda soyuq və yağışlı hava şəraitinə baxmayaraq, azarkeşlər "köhlən atlar"a dəstə
10.12.2025 757 "Qarabağ" - "Ayaks" oyununun hakimləri açıqlandı
Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununa haim təyinatları açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim FİFA referisi Rade Obrenoviç olacaq Ona ya
08.12.2025 616 "Qarabağ" Azərbaycan Kubokunda 1/4 finala yüksəldi
Azərbaycan Kubokunun 1/4 finalında "Qarabağ" "Karvan-Yevlax"la qarşılaşıb. "Qafqazinfo" xəbər verir ki, "Azərsun Arena"da keçirilən görüşdə Qurban Qurbanovun komandası 3:0 hesablı qələbə qazanıb. "Qarabağ" – "Karvan-Yevlax" - 3:0. Qol: Nərima
03.12.2025 712 "Formula-1" pilotlarının reytinqi açıqlanıb
"Sky Sports" telekanalı 2025-ci il "Formula-1" mövsümündə ən yaxşı pilotların reytinqini təqdim edib. -ın məlumatına görə, səsvermənin nəticələrinə əsasən, ən yüksək balı "Red Bull"un pilotu, dördqat dünya çempionu Maks Ferstappen qazanıb. "McLaren"dən olan yen
13.12.2025 423 "Barselona"nın üzvü ilk dəfə ardıcıl iki matçda ehtiyat oyunçular skamyasından meydana çıxmayıb
"Barselona"nın futbolçusu Robert Levandovski karyerasında ilk dəfə ardıcıl iki matçda ehtiyat oyunçular skamyasından meydana çıxmayıb. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu, La Liqanın XVI turunda "Osasuna"nı 2:0 hesabı ilə məğlub etdikləri matçda yaşanıb. 3
14.12.2025 432 "Keçmişə qayıtmağa ehtiyac yoxdur" - Qurban Qurbanov+Video
"Qarabağ" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Karvan-Yevlax"ı 3:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin sualların
03.12.2025 742 MMA və Qrapplinq Federasiyasında dəyişiklik: Tofiq Musayev rəhbərliyə gətirildi
Azərbaycan MMA və Qrapplinq Federasiyasının İdarə Heyətində dəyişiklik edilib. Səsvermənin nəticələrinə əsasən, Tofiq Musayev federasiyanın vitse-prezidenti seçilib. Tofiq Musayev çıxış edərək göstərilən etimada görə təşəkkür edib və bu idman növünün inkişafı üçün əlindən gələni etməyə hazır olduğun
06.12.2025 573 Yuri Vernidub: "Yaxın vaxtlarda hər hansı transferin həyata keçirilməsi gündəmdə deyil"
"İndi turnir cədvəlində yerimiz yaxşı deyil, amma mövsümün sonunda mütləq ön pillələrdə olmalıyıq". xəbər verir ki, "Neftçi"nin yeni baş məşqçisi Yuri Vernidub bu barədə paytaxt təmsilçisinin rəsmi saytına müsahibəsində qeyd edib. O bildirib ki, heyət çox keyfiyyətli futbolçularda
13.12.2025 426