Rektorun qızını döyən oğlan azadlığa çıxır

Rektorun qızını döyən oğlan azadlığa çıxırBunu açıqlamasında vəkil Adəm Məmmədov deyib. O, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızını döyməkdə təqsirli bilinən Zaur Məmmədovun tezliklə azadlığa çıxacağını istisna etməyib.

Vəkilin sözlərinə görə, məlum videoda hər hansı bir cinayət əməlinin olması faktı mövcud deyil.

"Cinayət işində xuliqanlıq, ictimai münasibətlərin kobud şəkildə pozulmasından söhbət gedir. Bununla bağlı Ali Məhkəmənin müvafiq qərarı var. Orda ictmai münasibətlərin pozulma normaları qeyd olunub. Həmçinin dövlətə və vətəndaşlara ziyan vurulması halları da var. Bu qərar uyğun olaraq mübahisə olunan yerdə həmin şəxslərin söyüş söymələri, söyüşün nə qədər davam etməsi, həmin sözləri kimlərin eşitməsi məsələləri tam araşdırılmalıdır. Videodan da görünür ki, Məmmədov qardaşları Ülkər İsayevanı yalnız avtomobildən bayıra çıxardırlar. Ona qarşı hər hansı bir kobudluğun olmasını əks etdirən kadrlar videoda yoxdur. Ağır söyüş və təhqirin olmaması, zərərçəkmiş şəxsə xəsarət yetirilməməsi, eyni zamanda dövlət və vətəndaşların əmlakına ziyan vurulması halları mövcudd deyilsə, cinayət işinə ya bəraətverici əsaslarla xitam verilməlidir, ya da gələcəkdə bu iş yenidən məhkəməyə göndərilərsə, onlar barəsində ittiham hökmünün çıxarılması çox çətin olacaq"-deyə A.Məmmədov bildirib.

Vəkil hesab edir ki, istintaq bu işdə cinayət əməllərinin olub-olmamasını sübuta yetirməlidir: "İctimai münasibətlərin hansı formada pozulması halları istintaq zamanı sübuta yetirilməlidir. Video çəkilişə ilkin olaraq baxanda, orada hər hansı bir cinayət əməlinin olması faktı öz təsdiqini tapmır. Ali Məhkəmə Plenimunun qərarı var. Cinayət Məcəlləsinin 132-ci maddəsi 2012-ci ildə məcəllədən çıxarılıb. Yəni bu maddə İnzibati Xətalar Məsəlləsinə daxil edilib. C. M-nin 128.1 maddəsi isə döyülmə ilə bağlıdır. Onların işində döyülmə əməli yoxdur. Tərəflər də bu məsələ ilə bağlı şikayətçi deyillər. Burada şikayət də əsas deyil. Burada ictimai münasibələrin pozulması əsas götürülür. Bu işdə ictimai münasibətlərin pozulması faktını mən görmürəm. Videodan görünür ki, orada söyüş söyüləməsi və vətəndaşların bunu eşitməsi sıfıra bərabərdir. Orada ucadan söyüş söyülməyib. Bu hiss olunmur. Danışıqlar həmin şəxslərin öz aralarında gedir. Bu söhbəti yalnız onların özləri eşidirlər. Ona görə də cinayət işinə xitam verilib bəraət hökmü çıxarılmalıdır".

Qeyd edək ki, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanı döyməkdə təqsirləndirilən Zaur Məmmədov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Ülkər İsayevanın döyülməsi ilə bağlı yayılan video böyük əsk-səda doğurmuşdu. H.İsaxanlı mətbuata açıqlamasında qızının döyülməsi xəbərini təkzib edərək videoda görünən xanımın qızı olmadığını bildirib.

azvision.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4290   Tarix: 27 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda ev yanıb

Bakı şəhərinin Xəzər rayonunda ev yanıb. BİG.AZ Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli iki otaqlı evin bir otağının yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafiz

19:10 0
.

Bazar günü 32° isti olacaq

Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 26-31 isti olacaq. Atmosfer təzyiqi normada

12:24 131
.

Peskov: "Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq"

"Rusiya bütün mübahisəli məsələlərin həlli, həmçinin sülh müqaviləsinin imzalanması üçün Azərbaycan və Ermənistan arasında təmasların davam etdirilməsinin tərəfdarıdır". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda delimitasiya prosesinə etirazlara münasibət bildirərkə

15:40 0
.

Azərbaycanda müəllim vəfat edib - FOTO

Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbin müəllimi vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, məktəbin fizika müəllimi Vəkil İsmixan oğlu Abbasov 60 yaşında dünyasını dəyişib

20:10 0
.

Braziliyada fəlakət: Evsizlərin qaldığı oteldə baş verən yanğında 10 nəfər ölüb

Braziliyanın cənubundakı Porto Aleqri şəhərində evsizlərin qaldığı oteldə yanğın olub. BİG.AZ xəbər verir ki hadisə nəticəsində 10 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölənlərin sayının artacağı gözlənilir. Porto Aleqre Bələdiyyə Başçısı Sabastiao Melo sosial media hesabından verdiyi açıqlamada, ilkin məlumatlar

10:00 72
.

"Filosof Atakan" 5 ildən sonra... - Foto

Türkiyədə 5 il öncə "Filosof Atakan" adı ilə tanınan Atakan Kayalar illər sonra yenidən gündəmə gəlib. "Qafqazinfo" xəbər verir ki, onun barəsində Türkiyə mətbuatı məlumat yayıb. Hazırda 15 yaşı olan Kayalar məşhurlaşdığı vaxtdan danışıb:. "Birdən-birə məşhurlaşanda özümü yorğu

10:59 287
.

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus VAZ-2106

18:20 0
.

İsrailin hücumunda öldürülən anasının bətnindən xilas edilən körpə ölüb

İsrailin hücumunda öldürülən anasının bətnindən xilas edilən körpə ölüb. xəbər verir ki, körpə Sabrin əl-Sakani bazar günü gecə yarısından az sonra Rəfahdakı xəstəxanada qeysəriyyə əməliyyatı ilə ana bətnindən çıxarılıb. Xaotik mühitdə həkimlər körpənin ciyərlərinə hava sıxmaq üçün əl nasosundan istifad

26.04.2024 388
.

Bu mövsümün ən dəbli cins şalvarları

Rusiyalı stilist Natalya Temiralieva bu ilin cins dəblərindən danışıb. "Enli ayaqlı, yüksək belli cins şalvarlar ən dəbli modellərdən birinə çevrilib", - deyə stilist bildirib. Stilistin sözlərinə görə, bu model ayaqlarını vizual olaraq uzatmaq və daha incə göstərmək istəyənlər üçün idealdır

10:40 269