Müşfiq Şahverdiyev: "Elə olurdu 20 gün çimə bilmirdim"

Müşfiq Şahverdiyev: "Elə olurdu 20 gün çimə bilmirdim"Aktyor Müşfiq Şahverdiyev "Əslində mən" verilişinin qonağı olub.

Yumor ustası həyatından, ağır günlərindən danışıb:

"1989-cu ildə atam dünyasını dəyişib. Anam atamın ikinci həyat yoldaşı idi. Anam çox əziyyət çəkib, işləyib bizi saxlayırdı. Sonra özüm çalışdım. Yeddinci sinifdə oxuyanda restoranda mətbəxdə təmizlik işləri görürdüm. Müxtəlif yerlərdə işləmişəm. Dərsə gedə bilmirdim, işləyib ailəmi saxlayırdım. Universitetə daxil olmağım isə möcüzə idi. Bakıda qalmağa yerim yoxuydu. Bir dostumla kirayə qalmağa başladım. Yeməyə heç nəyimiz olmurdu. Tələbəliyimi çətin keçirmişəm. Elə olurdu 20 gün çimə bilmirdim. Sonra yumorist kimi çalışdım, toylarda tamadalıq edirdim. Yaxşı pul qazanırdım. Anamı və bacımı Lənkərandan bura gətirdim, Bakıda yaşamağa başladıq. Bir dostumdan 25 min dollar alıb, başqasına borc verdim. Qaytarmadılar, üstümdə qaldı. Maşınımı belə satıb, onu ödədim. Sonra başladıq anamın qızıllarını satıb, pulunu xərcləməyə. Axırda faizə pul götürdüm. Borc içində idim. Elə səviyyəyə düşmüşdüm ki... Hər axşam evimizin yanında stadiona gedib, ağlayırdım".

M.Şahverdiyev "Maşın" şouda udduğu avtomobildən bəhs edib:

"Ən pis günümdə Murad Dadaşovdan zəng gəldi. Məni şousuna dəvət etdi. Sevindiyimdən bilmirdim neyləyim. Tək problemim o idi ki, geyinməyə paltarım yoxuydu. Bir dostum zəng etdi ki, sürücüdən sənə 3 min dollar göndərirəm, nə istəyirsən et. Yarışmaya bir gün qalmışdı, dəhşətə gəlirdim ki, bu möcüzədir. Getdim avtomobili qazandım. Onunla yanaşı on minlik hədiyyələr verdilər. Maşını satıb, borclarımı ödədim. Həmin ili dövlət mənə ev verdi. Şouda olarkən atamın ilk həyat yoldaşından olan uşaqları ilə barışdıq. Böyük qardaşım mənə dəstək oldu. "My name is İntiqam" filmini çəkdim. İndi işlərim çox yaxşıdır. Ən böyük arzum qala gecə keçirmək idi. Və mən Azərbaycanda yerli filmə qala keçirən ilk adam oldum".

Aktyor "My name is İntiqam 2"nin çəkiləcəyini bildirib. Ekran işi Moldovada lentə alınacaq. axsam.az\


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1955   Tarix: 25 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Almaxanımın yeni görüntüsü TƏƏCCÜBLƏNDİRDİ - FOTO

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli yeni fotoları ilə sosial mediada gündəm olub. xəbər verir ki, ifaçı yeni görüntülərini paylaşıb

14.12.2025 761
.

"O qədər acı çəkmişəm ki, vecimə deyilsiniz"

Aktrisa Zümrüd Qasımova sosial şəbəkədə ona tənqid yazanlara cavab verib. Axşam.az xəbər verir ki, ona mənfi rəy yazanların əksəriyyəti xanımlardır. Aktrisa əlavə edib ki, təhqir yazanlar sevgisizlikdən əziyyət çəkirlər:. "Bu həyatda o qədər acı çəkdim ki, sizin fikirləriniz mənim heç vecimə d

13.12.2025 210
.

"2 ildir şirniyyat yemirəm"

Müğənni Rəvan Qarayev son 2 ildir fərqli qidalandığını açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi "ərəngarəng" verilişində uzun müddətdir ciddi pəhriz saxladığını bildirib. O, əlavə edib ki, artıq neçə müddətdir şirniyyatdan uzaqdır:. "Qlütensiz çörək yeyirəm. Bir çörəyə 7 manatdan ço

09.12.2025 686
.

Hollivud şoku: aktyor Piter Qrin Nyu-Yorkda ölü tapıldı

ABŞ-da tanınmış aktyor Piter Qrin Nyu-Yorkdakı mənzilində ölü vəziyyətdə tapılıb. xəbər verir ki, bu barədə "New York Daily News" nəşri məlumat yayıb. 60 yaşlı aktyorun ölüm səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb. Məlumata görə, "Maska" və "Kriminal Çtivo" (Pulp Fiction

13.12.2025 251
.

"Zootopia 2" kassa rekordu qırdı

"Zootopia 2" filmi ilk nümayişindən 17 gün sonra dünya üzrə kassa gəlirlərində 1 milyard dollarlıq həddi keçib. "The Hollywood Reporter"ə istinadən xəbər verir ki, bu göstərici istənilən Hollivud animasiya filmindən və ya yaş məhdudiyyəti olmayan istənilən filmdən daha yüksək nəticədir

14.12.2025 140
.

"Abid Şərifovun xanımı o qadınlara həsəd aparırdı"

Şair Nazilə Səfərli bir zamanlar aparıcısı olduğu "Banu" verilişindən ayrılmasından danışıb. Axşam.az xəbər verir ki, bu haqda "Pərvizə görə" proqramında söz açan şair bunları deyib:. "Abid Şərifovun (Baş nazirin sabiq müavini - red.) həyat yoldaşı gördüm ki, "Banu"

08.12.2025 800
.

"Yaprak Dökümü"nün aktrisası TANINMAZ HALDA - FOTOlar

"Yaprak Dökümü" serialında "Sedef" obrazını canlandıran aktrisa Seda Demirin son görünüşü diqqət çəkib. Demirin sosial şəbəkə hesabında paylaşdığı fotolar pərəstişkarları tərəfindən sevinclə qarşılanıb. 42 yaşlı aktrisanın paylaşdığı fotolar minlərlə bəyənmə toplayıb. Seda Demir

14.12.2025 307
.

Xalq artisti: "2 aydan bir ev alıram, hobbimdir"

Xalq artisti Röya Ayxanı qonaq olduğu verilişlərin birində aldığı sualla məəttəl qalıb. xəbər verir ki, izləyicilərdən biri sənətçiyə "Hər 2-3 aydan bir ev alır" sözləri sənətçini təəccübləndirib. Gənc izləyici bu məlumatı onun makler dostundan aldığını bildirib. Sual qarşısında təəccüblənə

13.12.2025 298
.

Ciqanın qızı intihara cəhd edib

Tanınmış bloger Oksana Samoylova və reper Ciqanın qızı intihara cəhd edib. Axşam.az xəbər verir ki, bloger bu barədə yeni realiti-şou seriyasında qızı ilə bağlı çətin bir dövr keçirdiklərini açıqlayarkən danışıb. Samoylova bildirib ki, 12 yaşından 13,5 yaşına qədər olan müddətdə qızı intihara cəhd edib

13.12.2025 257
.

TOP MP3