Ədəbi dil normalarını ən çox pozan kanalların adları açıqlandı

Ədəbi dil normalarını ən çox pozan kanalların adları açıqlandıAzərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın yerinə yetirilməsi ilə bağlı mətbuat konfransı keçirilib.

Mətbuat konfransında bu ilin yanvar-aprel aylarında Dilçilik İnstitutu və Milli Televiziya və Radio Şurasının "Televiziyaların xəbər proqramlarının dili" mövzusunda birgə keçirdiyi monitorinqin nəticələri açıqlanıb. İnstitutun direktoru, akademik Tofiq Hacıyev dövlət proqramının yerinə yetirilməsi sahəsində görülən işlərdən söz açıb.

O, ədəbi dilin KİV sahəsində, xüsusən də televiziyalarda işlənməsinin özəllikləri və mövcud problemlər, o cümlədən nöqsanlar haqqında danışıb. T. Hacıyev deyib ki, ölkənin 6 televiziya kanalını əhatə edən monitorinqdə (İctimai TV, ANS TV, ATV, "Space TV", "Lider TV" və "Xəzər TV") xəbər və xəbərdən törəmə proqramların dili araşdırılıb, bu proqramların dilinin normaya uyğunluğu nəzərdən keçirilib:

"Televiziyalarda müəyyən irəliləyişlər nəzərə çarpır. Amma televiziya sahəsi elədir ki, orada irəliləyişdən daha çox qüsurlar hiss olunur".

MTRŞ sədrinin müavini Qafar Cəbiyev qurumun TV-lərlə bağlı apardığı son monitorinqlər zamanı diqqəti cəlb edən əsas nöqsanlardan danışıb. O, dil nöqsanlarının aradan qaldırılmasında monitorinqlərin əhəmiyyətini xüsusi qeyd edib.

İnstitutun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli TV-lərin dilinin monitorinqi sahəsində bəzi problemləri diqqətə çatdırıb. O, dil qüsurlarının aradan qaldırılması məqsədilə Dilçilik İnstitutunun MTRŞ ilə birgə may ayında keçirəcəyi təlimlər barədə də məlumat verib.

İnstitutun aparıcı elmi işçisi, televiziyaların monitorinqi üzrə qrup rəhbəri Şahlar Məmmədli monitorinq zamanı ümumilikdə 400-dən artıq norma pozuntusu aşkarlandığını söyləyib və dil səviyyələri üzrə 145 səciyyəvi nümunənin tədqiqata cəlb edildiyini nəzərə çatdırıb:

"Onlardan 74-ü leksik-üslubi, 29-u fonetik, 41-i isə qrammatik normaya aid dil qüsurlarıdır. Araşdırma zamanı 20% fonetik norma, 24% leksik norma, 27% üslubi norma, 22% morfoloji norma və 7% sintaktik norma pozuntusu məlum olub. Faktlar göstərir ki, aparıcıların nitqində üslub səhvləri daha çoxdur.

Ədəbi dil normalarının pozulma hallarını əks etdirən faktlardan 15%-i "İctimai TV"də, 14%-i ATV-də, 15%-i ANS TV-də, 18%-i "Xəzər TV"də, 17%-i "Space TV"də, 21%-i isə "Lider TV"də müşahidə edilib. Buna baxmayaraq, dil səviyyələri üzrə fərqli nəticələr üzə çıxıb: fonetik normanın tələblərinə ən çox "İctimai TV", ən az ATV riayət edib.

Leksik-üslubi normalar ən çox ATV və ANS TV-də gözlənilib.

Qrammatik normanın pozulma halları isə ən çox "Xəzər TV"də müşahidə edilib".

Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.

apa.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 614   Tarix: 16 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874