Bakı 2015 Brüsseldə təqdim olundu - FOTO

Qonaqlara Heydər Əliyev Fondunun müxtəlif nəşrləri - kitablar, musiqi diskləri hədiyyə edilib

Pasport Belçikanın paytaxtı Brüsseldə Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə "Bakı-2015" birinci Avropa Oyunlarının təqdimat mərasimi keçirilib.

Heydər Əliyev Fondundan verilən məlumata görə, Brüsselin "Egmont" sarayında təşkil olunan təqdimat mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roqqe, Belçika Olimpiya Komitəsinin baş katibi Filip Vander Putten və Avropa Parlamentinin vitse-prezidenti Riçard Henri Çarnetski çıxış ediblər.

Belçikanın ictimai-siyasi xadimlərinin, bu ölkədə akkreditasiya olunan səfirliklərin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanda birinci Avropa Oyunlarına hazırlıq işlərindən bəhs olunub və "Bakı-2015"ə həsr olunan film nümayiş etdirilib. Filmdə Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə "Bakı-2015" üzrə hazırlıqlar, Azərbaycanda idman sahəsinin inkişaf etidirilməsi baxımından həyata keçirilmiş işlər barədə məlumat verilir.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın son illərdə idman sahəsində əldə etdiyi uğurlardan danışaraq birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin bu nailiyyət və idmana dövlət qayğısının nəticəsi olduğunu bildirib.

Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roqqe Azərbaycanın ev sahibliyi edəcəyi bu mötəbər tədbirin idmançılar, o cümlədən dünya gənclərini ruhlandıracağına əminliyini bildirib və çox qısa vaxtdan sonra, iyun ayında Azərbaycanda böyük idman bayramının şahidi olacaqlarını söyləyib.

"Bakı-2015" birinci Avropa Oyunlarının uzun müddət yaddaşlarda qalacağını diqqətə çatdıran Belçika Olimpiya Komitəsinin baş katibi Filip Vander Putten və Avropa Parlamentinin vitse-prezidenti Riçard Henri Çarnetski bu önəmli idman tədbirinin ölkələr arasında əlaqələrin genişlənməsi baxımından da əhəmiyyətli olduğunu vurğulayıb.

Daha sonra qonaqlara pianoçu, caz ifaçısı Elçin Şirinov və onu müşayiət edən musiqiçilər tərəfindən müxtəlif caz kompazisiyaları təqdim edilib. Tədbir iştirakçıları, eyni zamanda paytaxt Bakı və Azərbaycanın regionları ilə tanışlıq imkanı yaradan foto-sərgi ilə də tanış olublar. Sonda qonaqlara Heydər Əliyev Fondunun müxtəlif nəşrləri - kitablar, musiqi diskləri hədiyyə edilib.

Xatırladaq ki, iyunun 12-dən 28-dək Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində Heydər Əliyev Fondu tərəfindən bir sıra ölkələrdə "Bakı-2015"in təqdimatına həsr olunan tədbirlər keçirilir. Bu təqdimat mərasimləri birinci Avropa Oyunlarının əhəmiyyətinin çatdırılması, Təşkilat Komitəsi tərəfindən görülən işlər barədə məlumatlandırma, Azərbaycanın tarixi və mədəniyyətinin təbliğı baxımından önəmlidir.

anspress.com

Bakı 2015 Brüsseldə təqdim olundu - FOTOBakı 2015 Brüsseldə təqdim olundu - FOTOBakı 2015 Brüsseldə təqdim olundu - FOTOBakı 2015 Brüsseldə təqdim olundu - FOTOBakı 2015 Brüsseldə təqdim olundu - FOTOBakı 2015 Brüsseldə təqdim olundu - FOTOBakı 2015 Brüsseldə təqdim olundu - FOTOBakı 2015 Brüsseldə təqdim olundu - FOTOBakı 2015 Brüsseldə təqdim olundu - FOTOBakı 2015 Brüsseldə təqdim olundu - FOTOBakı 2015 Brüsseldə təqdim olundu - FOTOBakı 2015 Brüsseldə təqdim olundu - FOTOBakı 2015 Brüsseldə təqdim olundu - FOTOBakı 2015 Brüsseldə təqdim olundu - FOTOBakı 2015 Brüsseldə təqdim olundu - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 999   Tarix: 16 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yağış nə vaxt dayanacaq? - Hava ilə bağlı vacib açıqlama

"Yaxın günlərdə dağlıq rayonlarına qar yağacaq". Bunu Qaynarinfo-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Direktor bu gün Bakıda və Abşeron yarmadasında, eləcə də bölgələrdə yağıntılı hava şəraitinin davam edəcəyini vurğulayıb

11:37 1765
.

İsrailin hücumları nəticəsində Qəzzada 10 min insan yoxa çıxıb

İsrailin hücumları nəticəsində Qəzzada 10 min insan yoxa çıxıb. BİG.AZ xəbər verir ki, itkin düşənlərin dağıntılar altında qalıb. Digər tərəfdən, İsrailin Qəzzada hücumlarına məruz qalanların 72%-i qadın və uşaqlardır. Qəzzada hökumətin media ofisinin yaydığı açıqlamada İsrailin 210 gündür Qəzzaya dava

14:36 124
.

Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb

Ukrayna Prezidenti Volodimir Zelenskiyə və dövlətin yüksək hərbi-siyasi rəhbərliyinin bəzi nümayəndələrinə qarşı sui-qəsd hazırlayan agent şəbəkəsi ifşa edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Saxlanılanlar arasında V. Zelenskini

17:46 207
.

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək. xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb. Qeyd edək ki, bu il müsabiqə İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda olacaq. Xatırlada

10:20 278
.

Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI

Müharibə və qəzaları saymasaq, son illər Azərbaycanda kişilər fərqli səbəblərdən dünyasını dəyişirlər. Təsadüfi deyil ki, ölkədə uzunömürlü pensiyaçılar arasında da qadınlar üstünlük təşkil edirlər. Bəs kişilər niyə tez ölür?. Terapevt Sübhan Hacıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, nəinki Azərbaycanda

16:06 329
.

Bakıda oteldə zəhərlənərək ölən vəzifəli şəxslərlə bağlı QORXUNC İDDİA

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur otellərin birində dəhşətli hadisə baş verib. -a istinadla xəbər verir ki, oteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. -ın əldə etdiyi məlumat

15:10 1057
.

"Ali Baş Komandan ərazi bütövlüyümüzü tam bərpa etməklə xalqı Ulu Öndər Heydər Əliyevin görmək istədiyi mənzərəyə qovuşdurdu"

"Azərbaycan Respublikası Qafqaz bölgəsinin yeni və dayanıqlı təhlükəsizlik sistemini yaratmaqla bərabər, Avrasiya məkanında etibarlı təhlükəsizlik mühitinin formalaşmasına əməli töhfələr verir, qlobal miqyasda təhlükəsizliklə bağlı təhdidlərin aradan qaldırılmasında öncül mövqe tutur və bu statusun

13:50 95
.

Paşinyan sabah mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də mətbuat konfransı keçirəcək. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Konfransın saat 12:00-da baş tutacağı qeyd edilib

06.05.2024 291
.

Bakıda hoteldə zəhərlənmə: İki nəfər öldü - FOTO

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib. xəbər verir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirili

14:00 566