Kəpənək və Çobanyastığı [Hekayə]

Kəpənək və Çobanyastığı [Hekayə]Günlərin bir günü bir tırtıl gözlərini dünyaya açır. İnstinktləri ilə hərəkət edib önünə nə gəlirsə yeməyə və yeni yuvasını qurmağa başlayır. Bir müddət sonra yuvasına girər və yenidən doğuşun möcüzəvi gözəlliyi ilə möhtəşəm bir kəpənək olaraq ucsuz-bucaqsız təbiət içində xoşbəxtliklə qanad çırpır. Kəpənək dağlar təpələr aşar meşələrin üzərindən keçər və bir vadidə dincəlmək üçün aşağıdakı çiçəklər arasına enir. Çiçəklərlə bəzənmiş bu cənnət küncündəki bir dənəsi o qədər çiçəyin arasında kəpənəyin bütün diqqətini çəkir və qarşı qoya bilmədiyi bir istəklə bu çiçəyin yanına uçur.
Bu çiçək bir çobanyastığıdır. «Salam sizi uzaqdan gördüm amma yaxından çox daha gözəlmişsiniz» deyir kəpənək. Utanır çobanyastığı bütün utancaqlığı ilə «xoş gəldin məndə təklikdən çox sıxılırdım yaxşı ki gəldin» deyir. Və aralarında xoş bir söhbət başlayır bir-birlərinə özləri haqqında danışırlar və axşam olur.Gecəni birlikdə keçirirlər səmaya dalıb ayı ulduzları seyr edirlər, dalıb eləcə yatıb qalırlar. Kəpənək səhər oyandığında çobanyastığını seyr edərək ona duyduğu hissin heyranlıqdan kənar bir duyğu olduğunu onsuz ola bilməyəcəyini hiss edir.Günəşin qızğın işıqlarının çobanyastığının narın yarpaqlarına zərər verməməsi üçün onun üzərində uçub ona kölgə edir ona sevgisini qışqırmaq istəyir ancaq «ya o məni sevməmişsə ya məni artıq yanında görmək istəməzsə» deyə qorxub hisslərini aça bilmir. Nə var ki çobanyastığıda eyni duyğular ilə yanmaqda və yenə eyni qorxu səbəbiylə eşqini etiraf edə bilməməkdədir. Bu şəkildə bir-birlərindən xəbərsiz iki sevgili saatlarla sürən xoşbəxt birliklərini davam etdirirlər. Və Kəpənək artıq yorğun düşdüyünü və getmə vaxtının gəldiyini hiss edir " mən artıq getməliyəm" deyir. Sonsuz bir ağrı içinə düşən çobanyastığı dərin bir kədər ilə " niyə yoxsa yanımda xoşbəxt deyilsənmi «deyə soruşur.
»Xeyr deyir kəpənək. Biz kəpənəklərin ömrü üç gündür və mən ömrümü tamamladım" deyir. Quru xəbər kimi bu sözlər çobanyastığının ürəyinə ox kimi batar həyata istəyini yox edir. Kəpənək son bir səylə «səni çox sevirəm» deyir. Çobanyastığı kədər içində ikən eşitmiş olduğu bu etiraf qarşısında sanki birdən donar qalar yalnız dodaqlarından «mən də» sözü zorla çıxır. Kəpənəyin ardından gözü yaşlı bir şəkildə baxarkən «məni sevirmiş! Bilsəydim kaş ki… Məndə daha əvvəl söyləyə bilsəydim kaş ki...» deyərək gözyaşlarını ürəyinə axıdır.
Bu kədər çobanyastığının həyata istəyini yox edir, ləçəkləri saralıb solmağa bir-bir düşməyə başlayır. Hər yarpaq enişində içindən «məni sevirmiş» deyir. O gündən bu günə aşiqlər sevildiklərindən əmin olmaq üçün çobanyastığının yarpaqlarını qoparırlar sevir… sevmir, sevir… sevmir deyə...

Mənbə: www.kayzen.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7702   Tarix: 30 aprel 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

36 tarakan yeyib rekord qırdı

İnsanlar sırf məşhur olmaq və tarixə düşmək üçün çox şey edəcəklər. İdmançılar, musiqiçilər və ya rəssamlar - burada hər şey sadədir və istedadın olması ilə tənzimlənir. Əgər istedad yoxdursa, o zaman sadəcə sərt reallıqlara uyğunlaşmalı və normal insanların heç vaxt cəsarət edə bilməyəcəyi şeyləri etməlisən

28.04.2024 414
.

"Ailəni gəlinlər və kürəkənlər dağıdır"- Müşerref Akay

Tanınmış müğənni Müşərref Akay televiziya proqramlarından birində taleyindən giley-güzar edib. -ın xəbərinə görə, o gəlin və kürəkənin əsla daxil olduqları ailənin doğma fərdi kimi davranmadıqlarını söyləyib. "Ailəni gəlmələr dağıdır - Gəlinlər və kürəkənlər. Ailəyə gələn kürəkən, gəlin ailəni

05.05.2024 439
.

Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO

Siyəzən sakini Cavid Yəhyayev tullantılardan sənət əsərləri hazırlayır. 2012-ci ildən bu işlə məşğul olan sənətkar istifadə etdiyi metalları adətən avtomobil təmiri sexlərindən, eləcə də metal qəbulu məntəqələrindən topladığını deyir:. "Əvvəllər avtomobil təkərlərindən fiqurlar hazırlayırdım. Artı

04.05.2024 270
.

Bakıda kuryoz olay-VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziy

28.04.2024 480
.

Almaniya və Fransanın kitabxanalarından minlərlə zəhərli kitab müsadirə edilib

Almaniyanın və Fransanın şimal-şərqində yerləşən Strasburq şəhərindəki kitabxanalardan üzlükləri arsenlə (sıçanotu) örtülmüş minlərlə kitab yığışdırılıb. Strasburq Milli və Universitet Kitabxanasının əməkdaşı Jerom Şvaytser bildirib ki, hələ 1840-cı illərdə yaşıl üzlüklü kitablar dəb halına gəlib v

05.05.2024 195
.

Həbsdən çıxıb yenə eyni qadını qaçırtdı

ABŞ-ın Florida ştatında qadını qaçırmaqda ittiham olunaraq həbs olunan şəxs sərbəst buraxılıb və iki ay sonra yenidən eyni qadını qaçırıb. xarici KİV-ə istinadla bildirir ki, 53 yaşlı Ceffri Holley 11 ittihamla yenidən həbsxanaya qayıdır. Holley 2022-ci ilin avqustunda qadını oğurlamaqda təqsirləndirilərə

04.05.2024 375
.

"TikTok"da bir-birini tapan "əkizlər" trend oldu

TikTok sosial şəbəkəsində bir-birlərinə çox bənzəmələri ilə diqqət çəkən iki azərbaycanlının söhbəti trend olub. -ın xəbərinə görə, biri Zərdab, digəri Ağcabədi rayonundan olan Məhəbbət və Ədalət adlı bu iki nəfər sosial şəbəkədə təsadüfən tanış olublar və oxşarlıqlarına özləri də mat qalıblar. Sosia

05.05.2024 1078
.

Qızartmazdan əvvəl bunu edin: Kotletlər dağılmayacaq

Kotlet hazırlayarkən bir çox insan qızartma zamanı parçalanma problemi ilə qarşılaşır. xəbər verir ki, bunların hamısı düzgün olmayan hazırlıq və tipik səhvlərdir. Kotletlərin dağılmaması üçün əsas məsləhətləri təqdim edirik: . Düzgün kompozisiya. Kotletləri bişirməzdən əvvəl inqrediyentlərin tərkibin

05.05.2024 611
.

Əmlak bazarında "tilov effekti" - ARAŞDIRMA

Yanvar ayından etibarən daşınmaz əmlak bazarında yeni qaydaların tətbiqinə başlanılıb. Əmlak ekspertləri və alqı-satqı edənlərin sözlərinə görə, 20 min manatdan yuxarı əməliyyatlar üçün notariat kontorları tərəfindən yazılı bəyannamə tələb olunur. Yəni daşınmaz əmlak alan şəxs ödədiyi vəsaitin mənbəyin

04.05.2024 252