Yumurta deyib keçməyin

Yumurta deyib keçməyinYumurtanı qaynatdığınız suyu atmayın

Yumurta qaynadılan su mineral və kalsiumla zəngindir. Dibçək güllərini bu su ilə sulayaraq solmuş güllərə yeni həyat verə bilərsiniz. Yumurtanı qaynatdığını suyu ilıqlaşandan sonra saça tökmək də çox faydalıdır. Yumurta proteinlə zəngin olduğu üçün qaynayanda tərkibindəki protein suda həll olur, bu su isə saçları daha sağlam edir.

Yumurtanın qabıqlarını da qablardakı kiri təmizləmək məqsədi ilə istifadə edə bilərsiniz. Qablardakı kiri təmizləmək üçün qabın içinə yumurtanın qabıqlarını atıb qaynadın. Qabın divarlarndakı kirin yox olduğunu görəcəksiniz.

Yumurta ağının inanılmaz faydası

Yumurta ağını yanana yerə sürtməklə ağrının və qızartının qarşısını almaq mümkündür. Lakin yumurtanı yaranın üzərinə qoymazdan əvvəl soyuq su ilə yaxşıca yumaq lazımdır.

Yumurta alanda nələrə diqqət etməli?

Yumurta alanda qabığının təmiz olmasına fikir verin. Qırıq və çatlamış yumurtaları almaq olmaz. Unutmayın ki, yumurta tez xarab olur. Yumurtanın yaxşı qalması üçün soyuducuda saxlamaq lazımdır. Yumurtanın təzə olub-olmadığı ancaq sındırmaqla müəyyən etmək olar. Təzə yumurtanı sındıranda ağı və sarısı yayılmır və bir-birinə qarışmır. Bayat yumurta isə su və CO2 itirdiyi üçün ağırlığı da azalır. Duzlu suya yumurta atanda, təzə yumurta dibə çökür, bayat yumurta isə üzdə qalır.

Çiy yumurta yemək olmaz

Yumurtanı çiy yemək olmaz. Çiy yumurtanın həm həzm olunması çətindir, həm də B qrupu vitaminlərdən biotinvücudda istifadə olunmur. Yumurta istifadə edilməzdən bir müddət əvvəl soyuducudan çıxarılmalıdır. Şirniyyatlarınızın çox şişməsini istəyirsinizsə, yumurtaları soyuducudan 2-3 saat əvvəlcədən çıxarın. Yumurtanı qaynadanda suda çox saxlamaq olmaz. Belə ki, bayat yumurtanın tərkibindəki dəmir, sulfat ilə birləşərək yumurtanın ətrafında yaşıl halqa əmələ gətirir. Dəmir azalır.

Yumurtanın ağı 4 dəqiqədə, 12 dəqiqədə isə yumurta tam bişir. Yumurta otaq temperaturunda 7 gün, soyuducuda isə 1ay qala bilər. Yumurta sarısı və ağındakı rəng fərqinin səbəbi nədir?

Yumurta sarısının tündlüyü toyuğun yeminə görə dəyişir. Rəngin fərqi yumurtanın keyfiyyətli olub-olmamasını bildirmir. Toyuğun yemində buğda çox olarsa, yumurtanın sarısı açıq, qarğıdalı çox olarsa, sarısı daha tünd olur.

Qabığı qəhvəyi yumurtaların fərqi nədir?

Yumurtanın qabığının rəngi toyuğun cinsi ilə bağlıdır. Qəhvəyi yumurtanın ağ yumurtadan heç bir üstünlüyü yoxdur.

atv.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2879   Tarix: 29 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875