Rəngarəng kirpiklərlə füsunkar baxışlara sahib olun - FOTO

Rəngarəng kirpiklərlə füsunkar baxışlara sahib olun - FOTORəngarəng kirpiklərlə füsunkar baxışlara sahib olun - FOTODünyanın məşhur vizajistləri hər il yeni makiyajda yeniliklər tətbiq etməklə biz xanımları təəccübləndirirlər. Bu il də yeni bir çılğınlıq dəbə minəcək. 2015-ci ildə rəngarəng kirpiklər dəbin zirvəsini fəth edəcək.

Tuş makiyajın ayrılmaz parçasıdır. Həcmli, uzun və tək-tək ayrılmış kirpiklər gözləri ön plana çıxarmağın ən yaxşı yoludur.

Bu mövsümdə çəhrayı, qırmızı, mavi, yaşıl və bənövşəyi rəngli tuşlardan istifadə adi hal alacaq. Siz də rəngarəng kirpik dəbi ilə ayaqlaşmaq istəyirsinizsə, BiG.AZ-ın məsləhətlərinə əməl edin!

Rəngarəng tuşlar kirpiklərdə toplanır. Ona görə də bir qat çəkməyiniz kifayətdir.

Belə tuşlar bütün diqqəti gözlərə çəkdiyi üçün makiyajın geri qalanında sadəliyə üstünlük verilməlidir.

Rəngli tuş çəkdikdə saçları toplamaq məsləhətdir. Atquyruğu və ya hörülmüş saç modelləri uyğundur.

Mavi tuşla makiyaj

Mavi tuşları bir çox qadın sevir. Ancaq çox vaxt düzgün makiyaj edə bilmədikləri üçün gülməli vəziyyətə düşürlər. Mavi tuşdan istifadə etdiyiniz günlər dərinizə xəfif bir tonal krem çəkin, pudra ilə tonal kremin davamlılığını artırın. Qaşlarınızı qaş qələmiylə qüsursuz hala gətirin və dodaqlarınızı incə çəhrayı rəngə boyayın. Makiyajınız hazırdır.

Çəhrayı tuşla makiyaj

Neon çəhrayı rəngə müraciət etməyin. Daha tünd çəhrayı çalarına üstünlük verin. Dərinizə sadəcə BB və ya CC krem çəkin. Dodaqlarınıza boya çəkməyin, sadəcə dodaq balzamı ilə xəfif parıltı və nəm verin. Kirpiklərin dibinə tuş ilə eyni rəngdə olan qələm çəkə bilərsiniz.

Bənövşəyi tuşla makiyaj

Bənövşəyi tünd rəng hesab edildiyi üçün makiyajınızı daha asan şəkildə tamamlaya bilərsiniz. Dərinizlə eyni rəngdəki tonal krem çəkdikdən sonra kölgəli göz makiyajı tətbiq edə bilərsiniz. Göz kölgəsində tünd bənövşəyi və ya boz rəngə üstünlük verə bilərsiniz.

Qırmızı tuşla makiyaj

Qırmızı tuş ən iddialı seçimdir. Ancaq doğru makiyajla qırmızı tuşla da gözəl görünmək mümkündür. BB və ya CC krem çəkdikdən sonra pudra ilə makiyajın davamlılığını artırın. Daha sonra dodaqlarza dəri tonunuza yaraşan və tuşunuzla uyğunlaşan qırmızı rəngli dodaq boyası çəkin.

Bu makiyajla həm dəbdəbəli, həm də gözəl görünəcəksiniz.

trend.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1573   Tarix: 29 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO

İsmayıllı rayonunda müalicəvi əhəmiyyəti olan bir sıra bitkilər bitir. Onlardan biri də insan sağlamlığı üçün əhəmiyyətli olan pəl bitkisidir. Baharda bitən pəl insanlar arasında geniş istifadə olunmaqdadır. Həmçinin, onun qiymətinin də ucuz olduğu bildirilir. Daha ətraflı APA TV-nin materialında:

27.04.2024 332
.

Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB

Evləndikdən sonra üzüklərin dəyişdirilməsi ənənəsi var. Yeni evlənən cütlüklər bir-birinin sağ əlinin 4-cü barmağına üzük taxırlar. xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrində toy üzükləri fərqli barmaqlara taxılır. Dini baxımdan. Məlumdur ki, xristianlar sağ əllərinə üzük taxırlar

27.04.2024 804
.

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Günəşdə həftə ərzində ikinci yüksək dərəcəli güclü partlayış qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb. "Mayın 5-də Moskva vaxtı ilə saat 09:01-də (Bakı vaxtı ilə 10:01) 3663 (N24W22) Günəş ləkələri qrupund

14:22 141
.

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib. "Report" xəbər verir ki, bu barədə "Reuters" vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb. Agentlik bildirib ki, "Tesla"nın baş direktorunun "elektromobil istehsalçısı üçün ikinci ən böyü

28.04.2024 287
.

Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?

İki gün öncə baş verən yol-nəqliyyat hadisəsində qəribə bir hal yaşanıb. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar. Halbuki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. insanla

27.04.2024 518
.

Məşhur rejissor Baydenin seçki kampaniyasına qatılıb

Rejissor Stiven Spilberq ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçki qərargahı ilə avqustda keçirilməsi planlaşdırılan Demokratik Milli Konvensiyanın strategiyasını hazırlamaq üçün əməkdaşlıq edir. Uzun müddət Bayden tərəfdarı olan Spilberq artıq konvensiyanın təşkilatçıları ilə görüşlərdə fəal iştira

28.04.2024 349
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

13:58 177
.

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Hər bir evdar qadınlar kələmi öz şəxsi üsulları ilə bişirir və ona müxtəlif məhsullar əlavə edirlər. xəbər verir ki, çoxları xardal, tomat pastası və ya xamaya üstünlük verir. Ancaq bu komponentlər hamıya məlumdur. Çünki onlar tez-tez istifadə olunur. Bununla belə, daha maraqlı variantlar var. Yumurta

28.04.2024 469
.

Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər

Mayın 5-6-da geomaqnit qasırğası olacaq. Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, hazırda Günəş aktivliyi yüksək səviyyədədir. Baş verən M9.1 (R2 güclü) alışması bu ilin M sinif alışmaları arasında ən güclüsü olub. Digər akti

11:30 157