Cəfərinin 9 faydalı xüsusiyyəti
Cəfəri çox zəngin kimyəvi tərkibə malikdir. Cəfəridə A, C, B qrupu, PP, fol turşusu kimi əvəzsiz vitaminlər, müxtəlif faydalı mikroelementlər (dəmir, kalium, kalsium, maqnezium, fosfor, natrium və s.), efir yağları, zülal, fermentlər və s. var.
Məhz bu zəngin tərkib cəfərini insanın sağlamlığı üçün çox faydalı edir:
1. Cəfəri insanın ürək-damar sistemi üçün çox faydalıdır. Cəfərinin daim qəbulu qan damarlarını möhkəmləndirir, ödemləri aradan qaldırır, ürəyin fəaliyyətinə müsbət təsir edir.
2. Cəfəri dəmləmələri (yarpaqlar və köklər istifadə olunur) və şirəsi arterial təzyiqi normallaşdırır.
3. Cəfəri güclü sidikqovucu xüsusiyyətlərinə malikdir. Məhz bu səbəbdən cəfəri sidik ifrazı sistemi iltihabları zamanı, böyrək daşı xəstəliyi zamanı təbii müalicəvi vasitə kimi istifadə oluna bilər. Cəfəri dəmləmə, şirə şəklində istifadə olunur. Uzun müddət ərzində qəbul etdikdə cəfəri böyrəkləri qumdan, duzlardan, hətta kiçik daşlardan təmizləyir.
4. Cəfəri C vitamini ilə olduqca zəngindir. Bu səbəbdən cəfəri insanın immun sisteminə də çox müsbət təsir edir, orqanizmi möhkəmləndirir.
5. Cəfərinin tərkibində fermentlər və inulin var ki, bu maddələr həzm prosesləri yaxşılaşdırır.
6. Cəfəri damaqları bərkidir və dişləri ağardır, ağızdan gələn pis qoxunu yox edir.
7. A vitamini ilə zəngin olan cəfəri gözlər üçün də çox xeyirlidir.
8. Cəfəridə fol turşusu var. Bu səbəbdən göyərti hamilə qadınlar üçün çox faydalıdır.
9. Cəfəri kosmetologiyada çox geniş istifadə olunur. Cəfəri ilə maskalar və kremlər üz dərisini ağardır, gözlərin altında olan qara kölgələri yox edir, çilləri və piqment ləkələri daha az görünən edir. Bunun üçün 1 dəstə cəfəri blenderdə xırdalanır, 1 xörək qaşığı xama və 1 xörək qaşığı limon şirəsi ilə qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maska ilıq su ilə yuyulur.
Cəfəri dəmləməsi dəridə iltihablar, civzələr zamanı da yaxşı müalicəvi təsir edir, dərini təmizləyir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2 yaşa qədər uşaqlara qətiyyən belə dərmanları vermək olmaz - Xəbərdarlıq
Uşaqlara öskürək siroplarını səbəbsiz yerə vermək təhlükəli ola bilər. xəbər verir ki, bu barədə rusiyalı pediatr Darya İvanova xəbərdarlıq edib. Onun sözlərinə görə xüsusilə bəlğəmi duruldan dərmanlar körpələr üçün ciddi risk yaradır. Bu dərmanlar bəlğəmin həcmini artırır və uşaq onu çətinliklə xari
30.11.2025 420 Acı bibər yemək xeyirli imiş
Yeməklərə əlavə olunan acı bibərin metabolizmanı təxminən 5% sürətləndirdiyi sübut olunub. Axşam.az xəbər verir ki, Pensilvaniya Dövlət Universitetinin professorları bununla bağlı araşdırma edib. Tədqiqatçılar müəyyən ediblər ki, yeməklərin acılığı artdıqca yemək sürəti azalır və insan daha az yeyir
28.11.2025 502 20 günlük stress ömrü 10 saat qısaldır - Psixoloq
Stress hormonal sistemi aktivləşdirir və müxtəlif orqanlarda uzunmüddətli pozuntular yaradır. Uzun sürən daxili gərginlik psixosomatik xəstəliklərin yaranmasına şərait yaradır. Bu xəstəliklərə yüksək təzyiq. Mədə və onikibarmaq bağırsağın yara xəstəliyi. Astma. Artrit. Dermatoloji problemlər. Hətta ikinc
30.11.2025 372 Yaşı 5-dən az olan uşaqlara diqqət - Təhlükə var
Son illər dünyada uşaq ölümlərinin sayı artıb. Bu qorxunc tendensiya erkən doğum nəticəsində dünyaya gələn uşaqlar arasında özünü daha qabarıq şəkildə göstərir. BİG.AZ xəbər verir ki, 37 həftədən tez baş tutan doğum erkən doğum sayılır. Həmin uşaqların ağciyəri və ürəyi tam formalaşsa da, bağırsaq sistem
08.12.2025 580 Yeməkdən dərhal sonra çay içmək olmaz - Yan təsiri var
Çay dünyanın ən populyar içkilərindən biridir və onun müxtəlif növlərinin faydaları haqqında çoxsaylı araşdırmalar mövcuddur. Lakin çayın istifadəsi bəzən çox xoşagəlməz yan təsirə səbəb ola bilər. Qaynarinfo -a istinadən xəbər verir ki, çaydakı birləşmələr dəmirin mənimsənilməsinə mənfi təsir göstəri
01.12.2025 557 Hicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
30.11.2025 9175 Sarımsaq əzməsini ziyilin üstünə vurun - Yox edəcək
Həkim uşaqlarda ziyillərdən xilas olmaq üçün hansı xalq üsullarının təhlükəsiz olduğunu açıqlayıb. xəbər verir ki, uşaqlarda ziyillərin müalicəsində bəzi xalq üsullarından istifadə oluna bilər, lakin bu metodlara yalnız dermatoloqla məsləhətləşdikdən sonra müraciət edilməlidir. Bunu tibb elmləri namizədi
30.11.2025 358 Çipsdən niyə imtina etmək lazımdır? - Kardioloqlar açıqladı
Kardioloqların fikrincə, gün ərzində sağlam qəlyanaltılar istifadə etmək artıq çəkinin və ürək xəstəliklərinin qarşısını almağa kömək edir. Lakin nəyin yeyilməsi xüsusilə önəmlidir. Qaynarinfo xəbər verir ki, "Parade" nəşri üçün danışan kardioloqlar xəstələrinə uzaq durmağı tövsiyə etdiklər
08.12.2025 605 8 saatdan az yatmaq ömrü qısaldır - Alimlər
Oreqon Sağlamlıq və Elmlər Universitetinin alimləri müəyyən ediblər ki, yuxusuz qalmaq ömrü xeyli qısaldır. BİG.AZ xəbər verir ki, tədqiqatın nəticələri "SLEEP Advances" jurnalında dərc olunub. Alimlər ABŞ-dəkı böyük milli məlumat bazasını təhlil edərək CDC tərəfindən 2019-2025-ci illərdə toplanmı
10.12.2025 462