Azərbaycanda Ay və Günəşin tam tutulmasının tarixi açıqlanıb

Azərbaycanda Ay və Günəşin tam tutulmasının tarixi açıqlanıb"Cari ilin ilk Ay tutulması aprelin 4-də müşahidə olunacaq və təbiət hadisəsi 3 saat 29 dəqiqə davam edəcək". Bu barədə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev məlumat verib.

Onun sözlərinə görə, bu tutulma hadisəsi 2014/2015-ci illərin tetrad deyilən tsiklinin 3-cü tutulmasıdır: "Əsas tutulma təqribən 5 dəqiqə, daha dəqiq desək, 4 dəqiqə 43 saniyə davam edəcək. Proses Bakı vaxtı ilə 14.03-də başlayacaq. Maksimum tutulma isə 17.00-da gözlənilir. Ümumilikdə tutulma hadisəsi 19.58-də sona çatacaq. Burada söhbət kölgədə olan yarım tutulmadan gedir".

Cari ilin ilk Ay tutulmasının Azərbaycanda müşahidə etməyin mümkünsüz olacağını deyən Elçin Babayev əlavə edib ki, təbiət hadisəsini insanlar əsasən Şimali və Cənubi Amerikada, eləcə də Asiya ölkələri və qismən də Avstraliya ərazisində müşahidə edə biləcəklər.

Rəsədxana rəsmisi əlavə edib ki, bəzən bu təbiət hadisəsini "qanlı ay" adlandırırlar: "Çünki Günəş tutulmasından fərqli olaraq, Ay tutulmasında ayın səthi tünd kül rəngdən qırmızımtıl rəngə boyanır. Təbii ki, bunun da fiziki əsasları var.

Yəni, bu, işıq şüalarının əlavə olaraq səpilməsi nəticəsində meydana çıxır. Ona görə də ayın səthi müşahidə olunarkən qırmızı rəngə boyanır. Bu səbəbdən də qədimdən Ay tutulması müşahidə olunarkən hansısa qorxunc hadisənin ilkin əlaməti kimi qiymətləndirirdilər.

Lakin müasir dövrdə bunun səbəbi elmə və əksər insanlara məlum oldu. Ona görə də Ay tutulmasının insan orqanizminə bilavasitə təsiri yoxdur. Buna sadəcə əsrarəngiz təbiət hadisəsi kimi baxmaq olar".

O, həmçinin qeyd edib ki, Ay tutulmasının insanlar üçün heç bir təhlükəsi yoxdur: "Bu, yalnız bəzi insanlara psixoloji təsir göstərə bilər ki, təqribən 5 dəqiqə müddətində ayın səthi qırmızımtıl rəngə boyanacaq. Odur ki, tutulma sırf astronomik hadisədir. Ona görə də burada hər hansı bir mənfi təsirdən söhbət gedə bilməz. Hətta Günəş tutulması elmi cəhətdən Ay tutulmasından daha çox informasiya verir".

Cari il üçün növbəti ikinci Günəş və Ay tutulmalarının tarixlərini xatırladan direktor müavini əlavə edib ki, ikinci Günəş tutulması sentyabrın 13-də, ikinci Ay tutulması isə sentyabrın 28-də olacaq: "Sentyabrda baş verəcək növbəti Günəş və Ay tutulmalarının heç biri Azərbaycanda müşahidə olunmayacaq.

Ümumilikdə götürdükdə isə Azərbaycanda tam tutulma 2060-cı ilin aprelin 30-da gözlənilir. O dövrə qədər baş verən tutulmalar isə qismən tutulmalar olacaq".

apa.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1751   Tarix: 27 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133