Azərbaycan ALAC əl qumbaraatanları istehsal edəcək - FOTO
Effektiv atış məsafəsi 300 metrədək təşkil edir.
2015-ci il fevralın sonlarında Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov ANS telekanalına müsahibəsində bildirib ki, ölkəmiz Braziliyanın GESPİ şirkəti ilə tank əleyhinə raketlərin birgə istehsalı haqqında danışıqlar aparır.
"Yaxın vaxtlarda bu firmanın təmsilçiləri danışıqların növbəti mərhələsi üçün Azərbaycana gələcəklər. Lakin nəticələr cari ilin aprelində məlum olacaq. Braziliyanın Müdafiə nazirliyi Azərbaycan tərəfini apreldə keçiriləcək silah sərgisinə dəvət edib, müvafiq sənədlər məhz orada imzalanacaq", - deyə, Yavər Camalov bildirib.
"AZERBAIJANI ARMED FORCES" (U.T.A.G ) veb-resursunun məlumatına görə, söhbət GESPİ-nin buraxdığı 84 mm-lik birdəfəlik ALAC tank əleyhinə qumbaraatanlardan gedir.
ALAC (Arma Leve Anticarro) tank əleyhinə əl qumbaraatanı üzərində iş hələ 90-cı illərin əvvələrində başlayıb.
Hazırda onun istehsalı ilə GESPİ və Indústria de Material Bélico do Brazil (IMBEL) şirkətləri məşğul olur.
2014-cü ildə silahın istehsalı başlayıb – Braziliya ordusu GESPİ və İMBEL-dən 180 ədəd ALAC sifariş edib.
2014-cü ilin sonlarında Braziliya mətbuatı ALAC-ın dörd ölkəyə - bir Afrika, iki Yaxın Şərq və bir Asiya ölkəsinə (sonuncunun Azərbaycan olduğu güman edilir) tədarükü barədə danışıqların getməsindən yazmışdı.
Faktiki olaraq, ALAC İsveçin məşhur Saab AT4 əl qumbaraatanın analoqudur.
Ümumi çəkisi 7,5 kq olan ALAC 2,4 kiloqramlıq kumulyativ döyüş başlığına malikdir. O, 300 mm-dən çox qalınlıqda poladı deşir. Birdəfəlik daşıma-atəş borusunun uzunluğu 1020 mm-dir. Effektiv nişanalma və atəş məsafəsi 300 metr təşkil edir. Qumbara bu məsafəni cəmi 1,5 saniyəyə qət edir.
oxu.az




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2123 Tarix: 25 mart 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Müşfiqin Sumqayıtda parkda olarkən vəfat etməs
10:59 284 Dırnaq yeməyin təhlükələri - ondan necə qurtulmaq olar?
İnsanlar dırnaq yeməyə hələ uşaqlıq dövründən başlayır. Bəzi hallarda bu vərdiş yetkin yaşda da qalır. Halbuki bunun fəsadları təkcə estetik problemlərlə məhdudlaşmır. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər dırnaq yemə vərdişini çox vaxt stresslə əlaqələndirilirlər. Dırnaq yemək adətə
19:00 94 "Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar
Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı
14:04 245 Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi
Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib
13:58 206 Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA
Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ
16:29 207 Mirmahmud Fəttayevin nəvəsinin ölümünün təfərrüatı bilindi
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin qəfil ölümünün təfərrüatları məlum olub. Mirmahmud Mirəlioğlunun qardaşı Mirfəyyaz Fəttayev Qaynarinfo-ya aşıqlamasında Müşfiq Fəttayevin avtomobildə dünyasını dəyişdiyini bildirib:
16:58 254 Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı
Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal
15:10 212 Tayland Kamboca müharibəsində son durum
Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v
15:55 167 Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi
Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il
19:45 65