Bakı üçün qorxunc proqnoz

Bakı üçün qorxunc proqnozSon zamanlar qonşu ölkələrdə, eləcə də, Azərbaycanda zəlzələlərin sayı çoxalıb. Mütəxəssislər hesab edirlər ki, son vaxtlar Azərbaycanda seysmoloji ocaqlarda vəziyyət dəyişir.

Bu səbəbdən də, ölkənin seysmoloji xəritəsi yenilənəcək. Bu məsələlərə aydınlıq gətirmək üçün Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli anspressin suallarını cavablandırıb.

Seysmoloji aləmdə məlum olub ki, Azərbaycanda fəaliyyətdə olan seysmik reallaşdırma xəritəsi dəyişdirilməlidir. Azərbaycanın seysmoloji xəritəsinin dəyişdirilməsinə səbəb nədir?

- 1970-ci illərdə hazırlanan seysmoloji xəritəyə əsasən Bakıda aktivlik 6 bal gücündə idi. 1980-cı ildə isə həmin xəritə bir daha işləndi və burada aktivlik 7 bal gücünə müəyyən edildi. 1991-ci ildə tərtib olunan müvəqqəti seysmoloji xəritədə isə bu aktivlik 8 bal gücündə göstərilir. Lakin araşdırmalar zamanı məlum oldu ki, müvəqqəti seysmoloji xəritədə bir çox yanlışlıqlar var. Bu səbəbdən də, dövlət tərəfindən göstəriş verilib ki, layihələri həyata keçirmək üçün yeni seysmoloji xəritə hazırlanmalıdır. Yeni tədqiqatlara başlamışıq. Araşdırmalarımız zamanı müəyyən etdik ki, Bakıda ümumi götürəndə seysmoloji aktivliyin 8 bal gücündədir. Lakin yerli qurunt şəraitinə uyğun olaraq bu səviyyə arta bilər. Yəni ola bilər ki, Bakının müəyyən ərazisində 9 bal gücündə zəlzələ baş versin. Buna görə də, Bakıda tikilən binalar 9 bala uyğun olmalıdır.

Yeni tədqiqat işlərimizə görə, Lənkəran, Lerik, yəni Cənub-Talış zona əvvəllər deyildiyi kimi 8 yox, 9 ballıq seysmoloji aktivlikdə yerləşir. Saatlı-Sabirabad zonasında da yüksək intensivlikli zəlzələlər ola bilər. Belə yerlər kifayət qədər böyükdür.

Bakı üçün təhlükə Xəzər dənizindəki ocaqlardan gəlir. Həmin ocaqların tədqiqi tərəfimizdən araşdırılır. Çox təəssüf ki, 2 ildən artıq xaricdən alınan dəniz dibi üçün nəzərdə tutulan seysmoloji avadanlıqlar qurulmayıb. Onları dəniz dibinə yerləşdirmək üçün tləb olunan maliyyə olmadığı üçün həmin məsələ açıq qalır. Həmin avadanlıqlar anbarda qalıb. Svadanlıqlar quraşdırılarsa, dənizdə olan ocaqların parametrləri dəqiqliklə öyrənilər.

Hazırda Azərbaycan üçün ən təhlükəli zəlzələ ocaqları hansı bölgələrdədir?

- Ən təhlükəli zəlzələ ocaqları Böyük Qafqazın, Kiçik Qafqazın Azərbaycan hissələri, Xəzər dənizində güclü zəlzələ ocaqları var. Bundan başqa, digər ərazilərdə orta güclü zəlzələrin olması mümkündür. Lakin həmin ocaqlarda yeraltı təkanlar baş verərsə, yalnız həmin ərazilər deyil, digər yaxın ərazilər də titrəyişə məruz qala bilər.

Ümumilikdə Azərbaycanda seysmik təhlükə 8 bal, Böyük və Kiçik Qafqaz əraziləri isə 9 ballıq zonalar kimi rəsmi olaraq təsdiqlənib. Azərbaycan bütünlüklə seysmik təhlükəli ərazidir.

- Yapon alimləri iddia edirlər ki, zəlzələni öncədən hesablayıb, deyə biləcək avadanlıqlar hazırlayıblar. Bəs Azərbaycanda belə avadanlıqların quraşdırılması mümkündürmü?

- Hələ ki, indiyə qədər zəlzələni əvvəlcədən xəbər verə biləcək cihaz hazırlanmayıb. Hətta bu ixtira yaponların özlərinə belə qismət olmayıb. Azərbaycanda isə Amerikadan xüsusi cihazlar alınıb. Bu cihazlar vasitəsilə Xəzər dənizində quraşdırılır. Quraşdırılan avadanlıqlar vasitəsilə dənizin ən dərin nöqtəsində belə baş verə biləcək ən kiçik titrəyiş qeydə alınacaq. Qeydə alınan məlumatlar nə qədər çox və nə qədər dəqiq olsa, gələcəkdə seysmik təhlükənin qiymətləndirilməsi məsələsi də bir o qədər etibarlı olacaq. Zəlzələdən əvvəlcədən xəbər verməkdənsə, ona qarşı tədbir görmək lazımdır.

- 2000-ci ildə Bakıda baş verən 6 ballıq zəlzələ binalarda, tikinti obyektlərində dayanaqlıq gücünü zəiflədə bilərmi?

- Həmin zəlzələ ola bilməz ki, binalara təsir etməsin. Baş verən zəlzələ binaların özülünü tərpədərək, onların dayanaqlıq gücünü zəiflədə bilər. Düşünürəm ki, həmin binalar müasir seysmik zonalara uyğun deyil. Həmin binaların özülü bərkidilməlidir. Daha yaxşı olardı ki, köhnə binalar sökülüb, yeni seysmoloji məlumatlara uyğun tikilsin.

- Bəs zəlzələ baş verərsə, əhali nə etməlidir?

- Əgər zəlzələ baş vermiş ərazidə zədələnmiş binalar varsa, bu binalara girmək məqsədə uyğun deyil. Çünki həmin avterşoklar zədələnmiş binanı bir az da silkələyib dağıda bilər. Ona görə də zədələnmiş binada yaşamaq təhlükəlidir.

anspress.com


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3745   Tarix: 21 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan neftinin qiyməti düşdü

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2.56 ABŞ dolları və ya 2.55% azalaraq 98.01 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycan neftinin əvvəlki qiyməti 100.57 ABŞ dolları olub

11:45 160
.

Azərbaycana Avropadan turist axını 15 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana Avropa ölkələrindən 41 941 turist səfər edib. "Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur. O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 20 731 turist gəlib. Bu da

17:30 139
.

Bakıya və Abşeron yarımadasına dolu düşməsi ehtimalı var - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasının bəzi şəhərərtafı ərazilərində dolu prosesinin olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 29-u saat 22:50-yə olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi şəhərərtafı ərazilərində dol

29.05.2026 380
.

Pentaqon rəsmisi: "Biz Azərbaycanı geostrateji tərəfdaş hesab edirik"

"Azərbaycan dünyanın çox mürəkkəb bir hissəsində yerləşir. Maraqlıdır ki, ölkə həm Türkiyə, həm də İsrail ilə güclü münasibətlərə malikdir. Bütün bu səbəblərə görə biz Azərbaycanı geostrateji tərəfdaş hesab edirik". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Müharibə katibini

21:00 0
.

ŞAD XƏBƏR! Bu tarixdən ƏT UCUZLAŞACAQ

Qurban bayramı ilə əlaqədar ölkədə dana və quzu ətinin qiymətində artım qeydə alınıb. Ötən iki gündə Bakıda dana əti 17-18, quzu əti isə 22-23 manata satılıb. Rayonlarda isə bu qiymət müvafiq olaraq 16-17, 20-21 manat arasında dəyişib. Bakının Zabrat kəndində iribuynuzlu və xırdabuynuzlu heyvanları

14:38 225
.

İşsiz şəxslərə VACİB XƏBƏR: Bu halda pul ALACAQLAR

oxuculara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə təqdim edəcəyimiz mövzu işsizlikdən sığorta ödənişi almış şəxsərlə bağlıdır. Bu ödənişi almış şəxsə növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün nə qədər sığorta stajı tələb olunur?. Belə ki,"İşsizlikdən sığorta haqqında"

19:31 132
.

Limonlu su zərərli ola bilər - Bu məhsullarla qarışdırmayın

Limonlu su bəzi qidalarla birlikdə qəbul edildikdə mədəni qıcıqlandıra, həzmi çətinləşdirə və qida maddələrinin mənimsənilməsinə təsir göstərə bilər. Mütəxəssislər bildirirlər ki, bu məşhur içki müəyyən məhsullarla birlikdə istifadə olunduqda mədə yanması, narahatlıq və həzm problemləri yaranır. xaric

14:45 157
.

Azərbaycan banklarına depozit qoyuluşu azalıb

Bu il mayın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 337,5 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,8 %, ilin əvvəli ilə müqayisədə 0,9 %, ötən il mayın 1-nə nisbətən isə 0,2 % azdır. Depozit portfelini

18:30 131
.

Bakıda "mall"un dam örtüyü uçdu - Video

Ötən gecə güclü külək Bakıda bir sıra fəsadlar törədib. BİG.AZ "Unikal"a istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən "Bakıxanov Mall" ticarət mərkəzinin dam örtüyü uçub. Damdan qopan böyük dəmir parçaları yola və park edilmiş avtomobilləri

10:09 269
.

TOP MP3