Kinayəli gülüşə görə qonşusunu öldürən şəxsin məhkəməsi başlayıb - FOTO

Kinayəli gülüşə görə qonşusunu öldürən şəxsin məhkəməsi başlayıb - FOTOSamir bıçaqla Nizaminin döş qəfəsinə iki zərbə endirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəzər rayon sakini Samir Eynalovun (1984-cü il təv.) CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə başlayıb.

ittihama əsasən, ötən il avqustun 31-i, axşam saat 18 radələrində Samir Eynalov kafedə spirtli içki qəbul edəndən sonra sərxoş vəziyyətdə kirayədə yaşadığı Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsindəki evinə gəlib. Evin həyətində qonşusu, Masallı rayon sakini Nizami Nuriyevin (1969-cu il təv.) gülməsini gördükdən sonra, ondan çölə çıxmasını tələb edib və özü də arxasınca gedib. "Sahil" şadlıq sarayının qarşısında, Nuriyevin ona tərəf baxıb kinayəli gülməsini bəhanə edib ilk olaraq yumruqla sifətinə, sonra isə sinə nahiyəsinə iki bıçaq zərbəsi vurmaqla onu qəsdən öldürüb.

Faktla əlaqədar ilkin olaraq Binəqədi rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi qaldırılıb. Təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Nizami Nuriyevin ölümünə döş qəfəsinin deşilmiş-kəsilmiş yarasından irəli gələn kəskin qanitirmə səbəb olub.

Məhkəmə prosesində Samir Eynalov ittiham üzrə özünü təqsirli bilməyib. Onun sözlərinə görə, həmin axşam Nizami ona kinayəli baxıb, güləndən sonra həyətdən özü çıxıb gedib. Bundan 10-15 dəqiqə sonra Samir siqaret almaq üçün marketə gedib, ordan çıxıb 50 metr aralanandan sonra isə təsadüfən Nuriyevlə rastlaşıb. Eynalov Nuriyevi kənara çəkib, gülüşünün səbəbini soruşduqda sonuncu ona söyüş söyüb və yerdən daş götürüb burunundan zərbə vurub. Cavab olaraq Samir əvvəlcədən evdən götürdüyü bıçaqla Nizaminin döş qəfəsinə iki zərbə endirib, sonra isə taksiyə əyləşərək Binəqədi RPİ 40-cı polis bölməsinə gəlib və könüllü təslim olub.

Prosesin növbəti baxışı martın 10-na təyin edilib.

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2574   Tarix: 06 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən İranda məcburi eniş edib

İranın Məşhəddən Tehrana uçan sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Məşhəd hava limanına qayıdıb və məcburi eniş edib. xəbər verir ki, Mehr Xəbər Agentliyinin məlumatına görə, Rezevi Xorasan Hava Limanları İctimaiyyətlə Əlaqələr Müdiri Həsən Cəfəri mövzu ilə bağlı məlumat verib. İran rəsmis

30.04.2024 233
.

İmtahan nəticələri açıqlandı

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) Axşam.az-a verilən məlumata görə, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə ( ) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edə

30.04.2024 373
.

"Azərbaycanda qiymətli kağızlar bazarı zəif formalaşıb" - Emin Qəribli

Sahibkarlığın İnkişafı Fondu qiymətli kağızlara investisiyaları 3 dəfə artırıb.Bu il yanvarın 1-nə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) aktivlərindəki investisiya qiymətli kağızlarının ümumi dəyəri 89,326 milyon manat təşkil edib. İqtisadçı ekspert Emin Qəribli -a bildiri

30.04.2024 354
.

Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuşda delimitasiya məsələsini xalqına bir stəkan su ilə izah edib. Bu barədə o, "Dövlət haqqında söhbətlər" adlı videoçarxında danışıb. Hökumət başçısı bildirib ki, dövlətlərdə suverenliyin ən mühüm atributu xalqın öz hüquq və vəzifələrinin dairəsin

30.04.2024 469
.

Bakıda alışan TIR-da 212 ədəd paltaryuyan və qabyuyan yanıb FHN-dən AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 212 ədəd paltaryuyan və qabyuyan maşın yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən -in sorğusuna cavab olaraq bildirilib. "Yaxınlıqda dayanan "Scania" markalı yük avtomobilini

10:09 56
.

Prezident bir qrup rektoru təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bir qrup rektor "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib. xəbər verir ki, təltif olunanlar sırasında Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, UNEC-in rektoru professor Ədalə

10:05 62
.

Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə iştirak edir - YENİLƏNİR + CANLI YAYIM

Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edir. Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı

10:14 22
.

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

Bu gündən 2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır. Axşam.az xəbər verir ki, elektron qaydada həyata keçirilən sənəd qəbulu sentyabrın 13-nə qədər davam edəcək. Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi 3 may-13 sentyabr tarixlərində olacaq. Tədris digər dillərdə aparıla

10:35 0
.

Xırdalanda evlər ucuzlaşdı: Mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində satışa çıxarılan evlərin sayı kəskin artıb. -ın məlumatına görə, elan saytlarında da müxtəlif qiymətlərə Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində mənzillərin kütləvi şəkildə satışa çıxarıldığını görmək mümkündür. Şəhər sakinləri bildiriblər ki, son illə

30.04.2024 1247