Azərbaycanda terrorçu dəstə zərərsizləşdirildi

Azərbaycanda terrorçu dəstə zərərsizləşdirildiMilli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi anti-terror əməliyyatı nəticəsində Azərbaycan Respublikasında terrorçuluğa hazırlıq və digər ağır cinayətlərin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – Xəlilov Niyaməddin İltifat oğlu, Bəyimov Rufis Əhməd oğlu, Həşimli Rəşad Şövkət oğlu, Musayev İlqar Fikrət oğlu, Rzayev Anar Rza oğlu və Abdullayev Ceyhun Fazil oğlu saxlanılıblar.

Keçirilmiş baxış nəticəsində onların üzərindən və yaşadıqları mənzillərdən 4 ədəd "Makarov" tipli tapança, 1 ədəd "TT" tipli tapança, 5 ədəd tapança darağı, 35 ədəd patron, 1 kiloqrama yaxın trotil şaşkası, 2 ədəd "RQD-5" tipli əl qumbarası aşkar edilərək götürülmüşdür.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərə­findən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1-ci, 28,214.2.3-cü (mütəşəkkil dəstə tərəfindən silah və silah qismində istifadə olunan predmetlərdən isitifadə etməklə terrorçuluğa hazırlıq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə) və 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılmışdır. Xəlilov Niyaməddin İltifat oğlu, Bəyimov Rufis Əhməd oğlu, Həşimli Rəşad Şövkət oğlu, Musayev İlqar Fikrət oğlu, Rzayev Anar Rza oğlu və Abdullayev Ceyhun Fazil oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasında şəriət qaydaları ilə idarə olunan dövlət qurmaq məqsədilə ölkə ərazisində ictimai-siyasi sabitliyi pozmaq, təxribat-pozuculuq və terrorçuluq aksiyalarını törətmək və "cihad etmək" üçün 2014-cü ilin noyabr ayında adları çəkilən şəxslər və qeyriləri mütəşəkkil dəstə yaradaraq, özlərinə "əmir" də təyin etmişlər.

Dəstə üzvləri "cihad" üçün əvvəlcə pul vəsaiti əldə etmək məqsədilə Azərbaycan Respublikasında yaşayan, "kafir" hesab etdikləri, "qanını və malını" özlərinə "halal" bildikləri müxtəlif zəngin şəxsləri qarət etməyi və əldə olunacaq vəsait hesabına hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı sui-qəsdlərin və ölkə ərazisində müxtəlif yerlərdə terrorçuluq aksiyalarının həyata keçirilməsini planlaşdırmışlar. Onlar odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə edərək terrorçuluq aksiyalarının törədilməsi üçün hazırda istintaqla araşdırılan mənbədən xeyli sayda silah-sursat əldə etmiş və mütəşkkil dəstənin tərkibində vəzifə bölgüsü aparmışlar.

Məlum olmuşdur ki, dəstə üzvləri tez bir zamanda külli miqdarda pul vəsaiti əldə etmək üçün Mərdəkan qəsəbəsindəki bağ evlərindən birini qarət etdikdən sonra, 2014-cü ilin noyabr ayında quldurluq məqsədilə Qəbələ rayonundakı "Soyuq bulaq" restoranının sahibinin evinə daxil olaraq sonuncunu qətlə yetirmişlər. Bundan sonra daha bir neçə hüquqazidd əməllər törədən dəstə üzvləri noyabr ayının sonunda gecə saatlarında Bakı şəhərinin Əhmədli qəsəbəsində və Binəqədi rayonu ərazisində yerləşən ticarət obyektlərinə qanunsuz daxil olaraq oradan xeyli miqdarda müxtəlif ləvazimat, ərzaq məhsulları, eləcə də çoxlu sayda sim-kart oğurlamışlar. 2015-ci ilin fevral ayında isə dəstə üzvləri Sumqayıt şəhərində "VAZ 2106" markalı avtomobili oğurlayaraq, həmin avtomaşınla əvvəlcədən planlaşdırdıqları quldurluq əməlini törətmək məqsədilə Göyçay rayonuna gəlmişlər. Lakin iradələrindən asılı olmayan səbəbdən planlaşdırdıqları həmin cinayəti həyata keçirə bilməmiş, qaçırdıqları avtomaşını isə ehtiyat hissələrinə ayıraraq sonradan satıb pulunun onlara çatdırılması üçün Ağdaş rayonundakı tanışlarından birinin həyətində saxlamış və taksi ilə Bakı şəhərinə qayıtmışlar. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində mütəşəkkil dəstə zərərsizləşdirilmişdir.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyən olunması üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

atv.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 937   Tarix: 04 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 220
.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

16:40 117
.

Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Qoma şəhərinin hərbi tribunalı düşmənlə üz-üzə mövqelərini özbaşına tərk edərək cəbhə xəttindən qaçdıqlarına görə beşi zabit olmaqla səkkiz əsgərə ölüm hökmü çıxarıb. "Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məluma

13:30 136
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 196
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 662
.

CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib

İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında aparılan danışıqlar nəticəsiz başa çatıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS News" məlumat yayıb. Bundan əvvəl tərəflər atəşkəslə bağlı Qahirədə görüşsələr də, sonda razılığa gələ bilməyiblər. Eyni zamanda

16:10 110
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

13:49 7785
.

Latviyada təyyarə magistral yola qəza enişi edib

Latviyanın Tallin şossesində mühərriki nasaz olan təyyarə məcburi eniş edib. "Report" xəbər verir ki, bu barədə "La.lv" portalı məlumat yayıb. Belə ki, göyərtəsində iki nəfərin olduğu kiçik mülki aviasiya təyyarəsi Tallin şossesində Adazi yaxınlığında məcburi eniş edib. Latviya Təyyar

18:40 0
.

Küçədə qadının boğazını kəsib öldürdü

Türkiyədə qadın küçədə öldürülüb. yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhəri Sincan qəsəbəsində baş verib. 34 yaşlı S.K. ilə 28 yaşlı Edanur K. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı oğlan bıçaqla qızın boğaz və bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirib. Həmçini

10:00 325