Avropa Oyunlarına hazırlığın nə qədər ciddi olduğunu görürəm

Avropa Oyunlarına hazırlığın nə qədər ciddi olduğunu görürəmBakıda keçiriləcək birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərindən biri də qadın idman gimnastikasıdır.

Olimpiya idman növü olan gimnastika yarışlarında Azərbaycanı 3 atlet təmsil edəcək. Onlar 6 cüt medal uğrunda – komanda hesabı, şəxsi birincilik, həmçinin ayrı-ayrı finallar – tir üzərində hərəkətlər, müxtəlif hündürlüklü qollar, dayaqla tullanma və sərbəst hərəkətlərdə mübarizə aparacaqlar.

- Gimnastikaya gəlişiniz haqda danışın. Necə oldu ki, məhz idmanın bu növünü seçdiniz?

- Valideynlərim gimnastika üzrə məşqçidirlər və mən zalda böyümüşəm. Xüsusi seçimim yox idi və dörd yaşımdan məşq etməyə başladım.

- Necə düşünürsünüz, idmanın başqa sahəsində uğurlu ola bilərdinizmi?

- Özümü başqa sahələrdə sınamaq üçün şansım var idi. Əsasən, musiqi və şahmatla məşğul olurdum. Daha sonra məktəbə getdim və ikinci növbədə idim. Mən seçim qarşısında idim və gimnastikanı seçdim. Bu, mənim seçimim idi. Anam və nənəm buna qarşı idilər, məni rəqsə yazdırmaq istəyirdilər. Lakin bu, məni çox qıcıqlandırırdı. Uşaqlıqda bəyənməsəm də, böyüdükcə rəqsə daha loyal yanaşmağa başladım.

- Yarış günü emosiyalarınızla necə bacarırsınız? Təmkinli olmağınızın sirri nədədir?

- Fərqli olaraq. Hər problemin həllində onun mənbəyinə qayıtmaq lazımdır. Təhlillər apardıqca hər şeyi dərk edirsən. Bəzən alınmasa da, artıq bununla heç nə etmək olmur.

- Fikrinizcə, idmanın hər hansı növündə vacib olan nədir?

- Öz üzərində çalışmaq və məqsədə doğru getmək.

- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu, idmanın növündən asılıdır?

- Heç bir peşəkar idman insana sağlamlıq vermir. Lakin tamamilə fərqli şeylər verir. Sağlamlıq üçün bədən tərbiyəsi ilə məşğul olmaq lazımdır. Gimnastikanın üstün cəhətlərindən biri odur ki, rəqibin yoxdur, necə məşq etmisənsə, o cür də çıxış edəcəksən. Ümumi gimnastika insan sağlamlığı üçün əhəmiyyətlidir. Böyük idman səyahət imkanları, ad və həyat tərzi qazanmaq şansı verir. Mən təsəvvür edə bilmirəm ki, idman karyeramı bitdikdən sonra nə işlə məşğul olacağam. Məşqçi kimi davam etmək şansım var, lakin bu addımı atmağa hələ hazır deyiləm. Daim hərəkətdə olmağa, tanımadığım ölkələrə səyahət etməyə öyrəşmişəm.

- İdmanda kumiriniz varmı?

- Xeyr. Nailiyyətlərinə görə hörmət etdiyim şəxslər var. Təqlid etməyi düzgün saymıram.

- Yaxın gələcək üçün idman planlarınızdan danışın.

- Zədəmi nəzərə alaraq, nə isə planlaşdırmaq hazırda mənə çətindir. İndi bir məqsədim var – ayağımı müalicə etmək və Avropa Oyunları haqda düşünmək. Məhz Oyunlara görə bərpa olunmağı qərara aldım və üç ildir ki, işləyirəm. Çox yaxşı formada olmaq istəyirəm. İki ay öncə əməliyyat edilsəm da, hər şey lazımı kimi olmadı. Zədədən sonra mənə sağalmağımın çətin olacağını demişdilər. Özümə də maraqlı idi, bacara biləcəyəmmi ya yox. Karyeramı davam etdirməyin nə qədər perspektivli olmasına Avropa Oyunlarından sonra baxacağıq. Lakin gündən-günə çətinləşir. Buna özüm üçün qərar verməliyəm, çünki bir müddət sonra Rio-de-Janeyroda təşkil ediləcək Olimpiadaya lisenziya qazanmaq şansımın olduğu dünya çempionatı keçiriləcək.

- Avropa Oyunları sizin üçün necə əhəmiyyət kəsb edir? Bu Oyunlara necə hazırlaşırsınız?

- İlk dəfə karyeramı bitirdikdən sonra Bakıya gəldim. Bura mənim çox xoşuma gəldi və üç il burada qalmağı qərara aldım. Universiadada iştirak edə bilmədim, məşqçilər icazə vermədilər. Bundan sonra isə zədədən əziyyət çəkdim. Düşünürəm ki, Avropa Oyunları da universiadaya bənzəyir, burada da gimnastikanın növləri təmsil olunacaq. Mən bu yarışlara hazırlığın nə qədər ciddi olduğunu görürəm. Mənim üçün çox maraqlıdır, ona görə də bu yarışlarda özümü sınamaq istərdim.

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyiniz başqa arzularınız, məqsədləriniz varmı?

- Düzü, heç bilmirəm. Konkret olaraq arzularım yoxdur, lakin idmandan sonra özümü təsdiq etmək istərdim. İdman çox gözəldir. İdmanda çox şey qazandım, lakin o başa çatır. Bundan sonra özünü başqa sahədə tapmalısan. Misalüçün, məşqçilik peşəsi məni cəlb edir. Burada özümü sınamasam olmaz, uşaqlara təlim keçmək istərdim.

- İdmanla gündəlik həyatınızı birləşdirə bilirsinizmi?

- Mən idmanla yaşayıram, özümü bu sahədən kənarda təsəvvür edə bilmərəm. Bu, elə mənim adi həyatımdır.

- Adətən azarkeşləriniz tribunalardan sizi necə dəstəkləyirlər? Onlardan nəyi eşitmək istərdiniz?

- Onlar məni dəstəklədikcə çox sevinirəm. Ən adi sözlər belə mənə güclü təsir edir.

- Onlara nə demək istərdiniz?

- Demək istərdim ki, onların dəstəyi hər idmançı üçün vacibdir. Bu yaxınlarda Meksikada yarışda nümunəvi çıxışlarda olmuşdum. Orada bizi çox səmimi və isti qarşıladılar. Azarkeşlər dəstəkləyir, biz də müsbət enerji alırdıq. Bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm.

azertac.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1015   Tarix: 03 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər"

İtaliyalı güləşçi Frank Çamisio Bakıda ona 300 min dollar dəyərində rüşvət təklif edildiyini iddia edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə güləşçi "La Repubblica" qəzetinə açıqlama verib. İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio keçən həft

12.04.2024 1967
.

"Neftçi"nin legioneri Rumıniyaya qayıdacaq?

"Neftçi"nin müdafiəçisi Yuri Matias yeni mövsümə Rumıniyada başlaya bilər. Braziliyalı futbolçu "ÇFR Kluj"un maraq dairəsindədir. Rumıniyalı futbol eksperti Mihay Stoyka hesab edir ki, "ÇFR Kluj"un baş məşqçi postuna Dan Petresku təyin olunarsa, Matias yeni sezona həmi

21.04.2024 323
.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14.04.2024 803
.

"Çelsi"nin keçmiş baş məşqçisi "Portu"nun prezidenti olub

Portuqaliyalı futbol məşqçisi Andre Villaş-Boaş "Portu"nun prezidenti olub. "Report" xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb. "Andre Villaş-Boaş "Portu"nun yeni prezidentidir. 26 876 üzv qurumun 32-ci rəhbərini seçib", – məlumatd

28.04.2024 201
.

"Real"ın oyunçusu La Liqada mart ayının ən yaxşısı seçilib

İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Junior La Liqada mart ayının ən yaxşı futbolçusu seçilib. "Report" xəbər verir ki, 23 yaşlı braziliyalı martda keçirdiyi 3 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Vinisiusun mükafat uğrunda rəqibləri "Barselona"nın hücumçus

30.03.2024 334
.

2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir

Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər. xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyin

12.04.2024 956
.

"Formula 1": Çin Qran-prisinin mükafatçıları müəyyənləşib

'Formula 1" üzrə Çin Qran-prisinin mükafatçıları bəlli olub. "Report"un məlumatına görə, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen birinci yeri tutub. "Maklaren"in ingiltərəli sürücüsü Landro Norris ikinci, Ferstappenin meksikalı komanda yoldaş

21.04.2024 281
.

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci "Kelechek" beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar. Bu barədə -a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Bildirilib ki, Zəhra böyüklər

15.04.2024 370
.

"Qarabağ"ın futbolçusunun şəhərdə dönər kefi - VİDEO

Ağdamın "Qarabağ" klubunun braziliyalı futbolçusu Olavio Juninyo diqqət mərkəzinə düşüb. -in məlumatına görə, "Qarabağ"ın ulduz futbolçusunun şəhərdə dönər almasının görüntüsü yayılıb. Futbolçu lavaşda dönər aldıqdan sonra onu elə küçədəcə yeməyə başlayıb. Xatırladaq ki, "Qarabağ"

02.04.2024 565