Cona pərəstiş edirlər

Cona pərəstiş edirlərƏvvəllər "Cihadçı Con" adıyla tanınan, ötən həftə isə gerçək adının Məhəmməd Emvazi olduğu ortaya çıxan İngiltərə vətəndaşı haqda yeni bilgilər yayılıb. Terrorçunun qapalı bir şəxs olduğu və psixoloqlar tərəfindən seçilərək kameralar qarşısına çıxarıldığı bildirilib. Bu barədə Əbu Ayman adlı İŞİD-in keçmiş üzvü BBC-yə məlumat verib.

Ayman Məhəmməd Emvazinin "Hər kəsdən uzaq durduğunu" bildirib. Onun sözlərinə görə, aralarında Ceyms Folley və Stivn Sotlofun da olduğu qərbli girovların başlarının kəsilərək öldürüldüyü əks olunan videolarda üzündəki maskayla Qərb liderlərini təhdid edən Emvazi həm də qəddarlığı ilə seçilir:

"Mən onunla Suriyada tanış oldum. Heç kimlə söhbət etmirdi. Həmişə tək olardı. Tanış olduğumuz ilk günlərdə Əsəd rejiminə qarşı döyüşən sıravi əsgər idik. Suriyadakı vətəndaş müharibəsinin şiddətləndiyi dövrlərdə ölkəyə gələn xarici cihatçılar ümumiyyətlə Suriyanın şimalındakı "Atmen" qaçqın düşərgəsi yaxınlığında toplanırdı. Daha sonra çevrə genişləndi.

Şəhərdəki evləri ələ keçirən Qərb döyüşçüləri Tvitter və İnstaqram hesablarından "Beş ulduzlu cihad" adıyla komfortlu həyatlarını izah etməyə çalışırdı. Amma Məhəmməd Emvazi bunları etmirdi". O dövrlərdə İngiltərədən gələn döyüşçülərin evini bir neçə dəfə ziyarət etdiyini deyən Əbu Ayman Məhəmməd Emvazinin ilk andan qəribə davrandığını söyləyib:

"Bizə qarşı çox soyuq idi. Heç danışmazdı. Biz xarici cihadçılarla birgə namaz qılırdıq. Amma o, bizimlə namaza da gəlmirdi. Digər ingilis qardaşlarımız bizi küçədə gördüyündə salam verirdi. Amma Məhəmməd başını o biri tərəfə çevirirdi, bizi saymırdı". Terror təşkilatının peşəkar psixoloqlar vasitəsi ilə cihadçılara güclü təsir etdiyini deyən Ayman "Cihadçı Con"un heç bir xüsusiyyəti ilə digərlərindən fərqlənmədiyini, onda qeyri-adi bacarığın olmadığını deyib: "İŞİD-in peşəkar psixoloqları var.

Kimi seçəcəklərini və necə məşhur edəcəklərini çox yaxşı bilirlər. Amma yenə də Emvazinin xüsusi heç bir tərəfi yox idi. "Cihadçı Con" başqa biri də ola bilərdi". Qadın və uşaqları öldürməsi tələb olunduqdan sonra terror təşkilatını tərk etdiyini deyən Əbu Ayman "Cihadçı Con"un ərəblər arasında çox məşhur olduğunu, hətta ona görə yüzlərlə insanın təşkilata qoşulduğunu iddia edib:

"Onun çox sayda pərəstişkarı var. Bir çox insan onun videolarını izlədikdən sonra İŞİD-ə qoşulub. Təşkilat ondan çox yaxşı istifadə edirdi. O, artıq Avropadakı müsəlman qardaşlarımızı cəlb etmək üçün istifadə edilən bir silah idi". Bildirək ki, BBC-nin etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, İŞİD təşkilatı Emvazinin yerini gizli saxlayır və onun təhlükəsizliyini təmin etmək üçün xüsusi səy göstərir.

axar.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1294   Tarix: 03 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233