Zibilimiz yanıb bizi qızdıracaq, külü isə yollara töküləcək

Zibilimiz yanıb bizi qızdıracaq, külü isə yollara töküləcəkAzərbaycanda, xüsusilə də Bakıda kommunal təmizlik mədəniyyətinin nə yerdə olduğu hamıya məlumdur. Bakının hər yerində "göz oxşayan" tullantıları, zibillikləri görməmək mümkün deyil. Amma bir şad xəbər də var ki, artıq bu zibillərdən qurtulmaq üçün zibil zavodu inşa edilir və yaxın illər ərzində zibillərimiz bizə fayda verməyə başlayacaq.

Belə ki, prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" çərçivəsində tullantılarının yandırılması, emalı, çeşidlənməsi zavodunun tikilməsi qərara alınıb. Bununla bağlı Balaxanı qəsəbəsində ayrılmış 20 hektar ərazidə inşa olunan və illik gücü 500 min ton təşkil edəcək zavodun layihələndirilməsi, tikintisi və 20 illik istismarı nəzərdə tutulur. Zavodun layihələndirmə-tikinti işlərinin ümumi məbləği 346 milyon avrodur.

Balaxanı bərk məişət tullantılarının yandırılması zavodu hər biri 250 min ton olan 2 xətdən və elektrik enerjisini istehsal edən turbindən ibarətdir. Tullantıların yandırılması nəticəsində elektrik enerjisi əldə etmək mümkün olacaq. Elektrik enerjisinin miqdarı ildə 231,5 mln KVt saat enerjiyə bərabər olacaq. Zavodun 2012-ci ildə istifadəyə veriləcəyi bildirilir.

Qeyd edək ki, podratçı şirkətin- Fransanın "CNİM" S.A. şirkətinin rəsmi səhifəsindən əldə etdiyimiz məlumata görə, Balaxanı zavodunun layihələndirilməsi, tikintisi və istismarı bütünlüklə "CNİM" S.A tərəfindən həyata keçirilir. Şirkət bu sahədə 50 illik təcrübəyə malikdir. Şirkətin dünya üzrə 143 tullantı idarəetmə zavodu var. Fransız şirkəti tullantıların çeşidlənməsi, təkrar emalı, eləcə də tullantıların yandırılması ilə məşğul olur.

Avropa İttifaqının istismar və ekoloji tələblərinə cavab verən müasir texnologiyalar əsasında inşa edilən zavodun tullantılarının yandırılmasından yaranan kül yol tikintisində istifadə olunacaq.

Qeyd edək ki, Bakıda il ərzində təxminən 1 milyon tona yaxın zibil yaranır. Gün ərzində adambaşına 700-800 qram məişət tullantısı atılır. Dövlət başçısının sərəncamı ilə mövcud ekoloji problemlərin planlı sürətdə həll edilməsi məqsədilə də "Təmiz Şəhər" adlı ASC yaradılıb. "Təmiz Şəhər" dən tulantıların necə çeşidlənəcəyini öyrənməyə çalışdıq. ASC-dən konkret olaraq bildirildi ki, bu qurum Bakının ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirir. Qurumdan bildirildi ki, tullantıların toplanması və daşınması, o cümlədən onların ilkin mərhələdə çeşidlənməsi onların səlahiyyətində deyil.

Onu da bildirək ki, tullantıların tərkibində müxtəlif tərkibli maddələr olduğundan onların hamısının yandırılması düzgün deyil. Belə ki, müxtəlif kimyəvi tərkibli maddələrin yandırılması ətyraf mühitə daha çox ziyan vurduğundan, yandırılma prosesindən öncə zibillərin çeşidlənməsi mütləqdir. Azərbaycanda isə çeşidlənmə prosesinin hansı mərhələdə həyata keçiriləcəyi hələ ki, naməlumdur.

Hazırda Bakıda əhali bütün tullantıları, yəni şüşədən tutmuş plastik, karton, qida qalıqları, adi çörək qırıntılarına kimi hər bir şey eyni torbaya dolduraraq bir zibil qutusuna atır. Bir çox inkişaf etməkdə olan ölkələrdə isə məişət tullantıları üçün xüsusi rəngli sellofan torbalar paylanır. Rəngli torbalar öz rənglərinə görə onlara atılacaq tullantıların mənalarını bildirir. Və ya küçələrdə yerləşdirilən zibil qablarının üzərində lazımi şəkillər yerləşdirilir. Bəzi ölkələrdə müəyyən növ tullantı, məsələn plastik şüşələr üçün həftənin bir günü elan edilir ki, əhali müvafiq torbaları yolun kənarına yığır. Tullantıların yığılıb çeşidlənməsi ilə məşğul olanlar isə proses zamanı çətinlik çəkmir.

Azərbaycanda da belə bir təcrübə artıq mövcuddur. "Təmiz şəhər" ASC "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində yaranan bərk məişət tullantılarının daha səmərəli idarə edilməsi məqsədi ilə ötən ilin fevral ayından etibarən tullantıların çeşidlənməsi üzrə tədbirlər həyata keçirib. İçərişəhər əhalisi, burada fəaliyyət göstərən təşkilatlar və Qoruğun qonaqları arasında maarifləndirmə işləri aparılıb. İlkin mərhələdə üzvi və qeyri-üzvi tullantılar çeşidlənib. Bu məqsədlə tullantıları ayırmaq üçün xüsusi işarələnmiş konteynerlər Qoruq ərazisində yerləşdirilib, əhaliyə ikiseksiyalı tullantı qabları və müxtəlif rəngli tullantı torbaları paylanıb.

Milli Ekoloji Departament Forumunun rəhbəri Telman Zeynalov bildirir ki, "Təmiz Şəhər" ASC bu yaxınlarda Balaxanı qəsəbəsinin özündə məişət tullantılarının çeşidlənməsi ilə bağlı layihə təqdim edib və bununla bağlı açıq dinləmələr keçirilib. T. Zeynalovun sözlərinə görə, onlar da həmin dinləmələrdə iştirak edərək öz təkliflərini irəli sürüblər.

"Biz tullantıların idarə edilməsi ilə məqsədi ilə əhali arasında güclü və mütəmadi maarfiləndirmə işlərinin aparılmalı olduğu vurğuladıq. Məsələn, küçələrə müxtəlif qutular qoymaq və hansı qutuya nəyi tullamaq olar barədə məlumatlar verilməlidir. Ən vacibi isə zibillərin toplanmasını eyni maşınlar həyata keçirməməlidir. Məsələn, Bakı şəhəri İcra Hakimiyyəti avtodayanacaqlarda ağır metaldan olan zibil qutuları qoyub Onların 3 dəliyi var və hər birinə özünəməxsus tullantılar atmaq lazımdır. Amma zibilyığan maşın gəlib onların hamsını bir yerə töküb aparır. Onda belə sual yaranır ki, bu zibil qabları niyə qoyulur? Əgər onların hamısı bir yerə yığılıb aparılırsa, belə daşınacaqsa, belə zibil qutularının qoyulmasına nə ehtiyac var?"

T. Zeynalovun sözlərinə görə, hazırda "Təmiz Şəhər" ASC bununla bağlı çeşidlənmə zavodu tikir. Zavod üç yerdə - Balaxanı, Suraxanı və Qaradağ rayonunda olacaq.

"Bizim və başqa 7 təşkilatın daxil olduğu qrupun apardığı monitorinq zamanı Bakıda Balaxanıdan savayı qat-qat nəhəng zibilxanalar aşkar edildi. Onların xəritəsini işlədik və "Təmiz Şəhər" ASC-yə təqdim etdik",- deyə Milli Ekoloji Departament Forumunun rəhbəri əlavə etdi.

İqtisadçı ekspert Nazim Məmmədov isə hesab edir ki, nəinki Bakının özündə, hətta rayonlarda belə tullantıların istehsalı ilə bağlı minizavodların təsis edilməsinə ehtiyac var. Bu həm də iqtisadiyyatın inkşafına müsbət təsir göstərər, çünki tullantılardan kifayət qədər məhsullar, o cümlədən elektrik enerjisi almaq mümkündür.

"Qeyd edim ki, Avropa İttifaqı vaxtı ilə inkişaf etmiş ölkələr, o cümlədən Azərbaycana da bu tipli layihələrin həyata keçirilməsi üçün qrantlar ayrımışdı. O vəsaitlərin Azərbaycana 25-30 illik faizsiz olaraq verilməsi nəzərdə tutulurdu. Bir neçə il bundan öncə bizim bölgədə belə bir layihənin həyata keçirilməsi ilə bağlı bir layihə göndərdik. Bu layihələrə maliyyə dəstəyini xarici şirkətlərin ayırmasına baxmayaraq, layihə yerlərdə dəyərləndirilmədi. Yerli icra başçıları bildirdilər ki, Nazirlər Kabineti buna icazə verməlidir. Lakin heç bir qanunda belə bir şey nəzərdə tutulmayıb. Yerli icra hakimiyyəti orqanlarından tələb olunan zavodla bağlı müvafiq torpaq sahələri, sənədlərin verilməsi ilə bağlı olan məsələlərdir. Biz vaxtı ilə belə bir təklif irəli sürmüşdük. Hesab edirəm ki, bu məsələdə Nazirlər Kabinetinin də bir qərarı olmalıdır. Bu iş təkcə Bakı şəhərində deyil, bölgələrdə də həyata keçirilməlidir".

Ekoloq Fəqan Əliyev isə düşünür ki, tullantıların çeşidlənməsi, yığılması, yandırılması böyük tullantılara məruz qalmış Abşeron yarımadasında məsələni daha da gərginləşdirəcək: "Orada çeşidlənmədən savayı, onun yandırılması prosesi də gedəcək. Yandırılma prosesi gedən zaman Abşeron yarımadasında küləyin iki böyük istiqaməti var. Bunun biri şimal, digər isə cənub şərq küləyidir. Yandırılan zaman tullantılardan ayrılan tüstü, emissiya tamam şəhəri tuta bilər. Bu isə çox böyük ekoloji fəsad verə bilər".

Ekoloq seçilən yeri uyğun görmədiyini xüsusi olaraq vurğuladı: "Bunun üçün Abşeronun çıxış yerləri daha münasib olardı. Abşeron yarımadası olduqca gərgindir. Bir tərəfdən Abreşonda böyük karyerlər fəaliyyət göstərir, daşlar hamısı orada kəsilir. Onda görə də şəhərin üzü toz olur, göydən palçıq yağır. Bu daşların kəsilməsi Abşeron yarımadasını çox zədələyir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5524   Tarix: 21 aprel 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Dörd aylıq körpənin balkondan düşərək vəfat etdiyi yerin görüntüləri yayılıb. -ın məlumatına görə, bədbəxt hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində baş verib. Eyvandan düşərək dünyasını dəyişən dörd aylıq Ayla Eyvazlının babasının sözlərinə görə, hadisəyə səbəb ehtiyatsızlıq olub

22:27 0
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

17:29 189
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

21:00 0
.

Rusiya: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-nin Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bildirib. xəbər verir ki, Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib. Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitli

20:45 0
.

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib. Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:. "Deyilənə görə, o qadın mollalı

20:29 0
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

16:22 187
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

14:37 101
.

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub. BİG.AZ xəbər verir ki, ölkənin hər yerində universitet kampuslarına yayılan "İsrailin Qəzzaya hücumlarına reaksiya" aksiyasında paytaxt Vaşinqtondakı Corctaun və Corc Vaşinqton universitetlərinin tələbələri də iştirak edib. ABŞ-ın aparıc

11:48 93
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

20:27 0