Azərbaycan xoşbəxt beşlikdədir

Azərbaycan xoşbəxt beşlikdədirNataliya Zavyalova.

Azərbaycan 2014-cü ilin nəticələrinə görə dünya reytinqinin ən xoşbəxt ölkələrindən ibarət beşliyə daxil olub. "Xoşbəxt siyahıya" Fici başçılıq edir, ən bədbəxt isə Yunanıstan və İraqdır.

Rusiya isə bir il ərzində göstəricilərini 2 dəfə yaxşılaşdıraraq, reytinqdə 16-cı yeri tutur.

Bu barədə "Novıye izvestiya" portalında dərc olunmuş "Azərbaycan xoşbəxt beşliyə düşdü" adlı məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, Gallup International/WIN tədqiqat agentliklərinin assosiasiyası tərəfindən aparılan qlobal sorğuda 65 ölkədən 70 min insan iştirak edib. Xoşbəxtlik indeksi, özünü xoşbəxt hesab etməyən insanların faizinin, özünü xoşbəxt sayan insanların faizindən çıxmaqla müəyyənləşdirilir.

Həmin yazını təqdim edirik:

"Azərbaycanlılar ölkələrinin yüksək "xoşbəxtlik" reytinqinə təəccüblənməyiblər.

"Bizim dövlətimiz stabildir. Azərbaycan rəhbərliyi ümumilikdə ölkənin, eləcə də hər bir vətəndaşın maraqlarını nəzərə alır" - Moskva Dövlət Linqvistik Universitetində (MDLU) Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Bella Sirac qızı Musayeva deyib.

Ölkəmizin düzgün siyasəti nəticəsində mən Moskvada, rusiyalı tələbələrin öyrəndikləri Azərbaycan mədəniyyətini, dilimizin təbliği ilə məşğul olduğum, Rusiyanın aparıcı dilçilik Ali məktəbindəyəm... Azərbaycan paytaxtı gündən-günə gözəlləşir. Bu yaxınlarda Bakıda olmuşam və hava limanından evə gedərkən yolda yaşıla boyanmış gözəl bir bina gördüm. Taksi sürücüsü bunun Bakı-2015 Birinci Avropa Oyunları (Olimpiya oyunları bu ilin iyununda Bakıda keçiriləcək) üçün tikilmiş yeni stadion olduğunu söylədi.

Əgər azərbaycanlıların fikirlərini yekunlaşdırsaq əsas məqam budur: "Biz gələcəyə inanırıq, həyatımızda yaxşılığa doğru dəyişikliyi görürük və bu səbəbdən də özümüzü xoşbəxt hiss edirik".

Yanvar ayının ortalarında Dünya Bankı (World Bank) GEP (Global Economic Prospects)
qlobal artım proqnozunu dərc etmişdi. Hesabata müvafiq olaraq desək, Azərbaycan cari ildə ümumdünya iqtisadi inkişafını ən azı bir faizdən artıq keçəcək (Azərbaycanın 4,4%-i dünya üzrə 3%-ə qarşı).

Bu yaxınlarda "New York Times" qəzeti ənənəvi səfər üçün əlverişli ölkələrin illik dünya reytinqində Bakını 52 turistik istiqamət siyahısına daxil edib. "National Geographic" jurnalının "Gecə həyatı üçün ən yaxşı şəhərlər" adlı reytinqində Azərbaycanın paytaxtı Bakı "onluğa" düşüb.

"Bakı qüdrətli meqapolisdir, burada qədimlik müasirliklə uzlaşır. Və ən əsası Rusiyadan olan turistlər özlərini burada rahat hiss edirlər", - ölkəyə səfər edən rusiyalı səyahətçilərin rəyi belədir.

"Xoşbəxtlik indeksi, cari vəziyyətin inkişafı və yaxşılaşması müşahidə edilən ölkələrdə artır. Başqa sözlə desək, xoşbəxtlik indeksi ədalət və ümidin hakim olduğu ölkələrdə artır", Azərbaycanın yüksək reytinqini şərh edən Gallup International/WIN-in Şərqi Avropa, Rusiya və MDB üzrə direktor-koordinatoru və holdinqin prezidenti Andrey Milexin bildirib".

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 608   Tarix: 29 yanvar 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459