Bu evlilik mənə həyat dərsi verdi

Bu evlilik mənə həyat dərsi verdiMədəni, dürüst, geniş intellekt sahibi olduğu qədər də səmimi, təvazökar... Məşhur bir ailənin övladı, ən əsası isə bilgili, sayğılı...

BiG.AZ axar.az-a istinadən tanınmış sənətçi, Azərbaycanın xalq artisti Flora Kərimovanın qızı Zümrüd Şəfiyevanın müsahibəsini təqdim edir.

Qısa arayış:

Şəfiyeva Zümrüd Faiq qızı 1980-ci il iyulun 31-də Bakı şəhərində dünyaya gəlib. 1996-cı ildə 6 saylı orta məktəbi bitirən Zümrüd ali təhsilini ABU-da müalicə işi ixtisası üzrə alıb. 2006-ci ildə ailə həyatı quraraq İngiltəryə köçüb. Daha sonra İngiltərə vətəndaşlığını alaraq Siti London Univerisitetinin Psixologiya fakültəsində oxuyub. Hazırda Londonda yaşayır və doktorantura pilləsi üzrə təhsil almağa hazırlaşır.

Müsahibəyə başlayanda dedi ki, yemək bişirir. Məncə, bu lap yerinə düşdü. Beləcə, ilk sualım Zümrüd xanımın evliliyi ilə bağlı oldu.

- Zümrüd xanım, bildiyimiz kimi siz həyat yoldaşınızdan ayrılmısınız. Sonra həyatınızı necə davam etdirirsiniz, sizin üçün çətin deyil ki, keçmiş həyat yoldaşınızla, ailəsiylə münasibətləriniz nə yerdədir?

- Bəli, biz ayrılsaq da, bir-birimizə böyük sayğımız var. Onun ailəsi hər zaman mənə dəstək olub və hətta ayrılandan sonra da münasibətlərimiz dəyişməyib. Keçmiş həyat yoldaşımın qohumları burada, Londonda yaşayırlar. Onların mənə qarşı olan istiliyini və hörmətini hər zaman hiss edirəm. Bilirəm ki, bu dediklərim kənardan real qəbul edilməyə bilər, çünki ayrılıqlar adətən ya gərginlik, ya da müsibətlərlə bitir. Amma bizdə belə olmadı... Mən onların hər zaman dəstəyini, sevgisini hiss etmişəm! Bunun üçün də keçmiş həyat yoldaşıma, onun ailəsinə minnətdaram. Bu evlilik mənə həyat dərsi verdi. Mənəvi olaraq məni çox böyütdü.

- Bəs bu ayrılığa səbəb nəydi?

- Ayrılığımıza səbəb bizim təbiətən çox müxtəlif insanlar olduğumuzu başa düşməmiz oldu. Bəziləri danışır ki, guya biz uşaq söhbətinə görə və yaxud yoldaşımın xəyanətinə görə ayrılmışıq... Amma inanın ki, bu, belə deyil. İnsanlar yeni evləndikdə bir az havalı olurlar və yalnız zaman keçdikdən sonra hər şeyin fərqinə təmkinlə varmağa başlayırlar. Bizdə də belə oldu... Bir neçə il sonra fərqli insanlar olduğumuzu anladıq. Qəribə səslənsə də, biz qucaqlaşıb ayrılmışıq. İndi də bir yerdə rastlaşsaq, bir-birimizə əziz insanlar kimi davranacağıq. Amma mən Londonda yaşayıram, onlarsa artıq Bakıda.

- Yenidən ailə qurmaq fikriniz varmı? Bir də evlənəcəyiniz insanın milliyyəti, dini sizin üçün önəm daşıyırmı?

- Təbii ki, bütün qadınlar kimi mən də bunu düşünürəm... Amma bunun hələ nə vaxt baş verəcəyini bilmirəm. İçimdə belə bir hiss var ki, Tanrı mənə xeyirli bir yol açacaq... Məncə, insan öz daxili dünyasına yaxın olan şəxslə evlənməlidir. Bunu həm də psixoloji təhsili olan bir insan kimi söyləyirəm... Yalnız maddi rifaha, zahiri görünüşə, ya da şöhrətə aldanıb ailə qurmaq, zənnimcə, gələcək ailə həyatının əsl dəyərlərini təhlükəyə atmaq deməkdir. Qısası, evlənəcəyim insan mənim düşüncə tərzimə, həyat fəlsəfəmə və mənəvi dəyərlərimə uyğun biri olmalıdır.

- Zümrüd xanım, bəs Londonda maddi ehtiyaclarınızı necə qarşılayırsınız?

- Allaha şükür ki, maddi sıxıntım yoxdur. Londondakı iş yerim ixtisasıma aiddir. Hazırda pisxoloji, fiziki və əqli problemləri olan insanlarla işləyirəm. Asan olmasa da, bu təcrübəni keçməliyəm ki, təhsilimi doktorantura səviyyəsində davam etmək imkanım olsun. Qərb ölkələrində doktorluq rütbəsinə çatmadan professional və müstəqil bir mütəxəssis kimi fəaliyyət göstərmək mümkünsüzdür. Yəni bir tək bakalavr və magistraturanı bitirmək kifayət deyil.

- İstərdim ki, İngiltərə ilə Azərbaycanı müqayisə edəsiniz...

- Müqayisə etmək istəməzdim, çünki tam obyektiv ola bilməyəcəm. Mən öz vətənimin övladıyam. Onun haqqında obyektiv bir fikir söyləsəm, bu, nankorluq kimi görünə bilər. Söyləməyəndə də obyektivlikdən kənar olacam... Bircə onu demək istərdim ki, burda yaşayış çox rahat və qaygısızdır, amma insanları soyuq və praqmatik... Vətənimdə isə bunun tam əksi... Rahatlığım burayla baglıdır, qəlbimdəki sevgimsə - vətənimlə...

- Burdan bir sual ortaya çıxır ki, bəs niyə İngiltərəyə yaşamağa getdiniz?

- Bilirsiz, əslində, xaricdə yaşamaq mənim seçimim deyildi, bu, taleyin işidir... Sadəcə, ailə qurandan sonra Londona köçməli oldum, çünki keçmiş həyat yoldaşım və ailəsi o zaman burada yaşayırdı... Sonra London universitetinə daxil oldum. Ailə həyatım bitdiyində isə yenidən Bakıya qayıda bilərdim, amma bu ixtisası dərindən öyrənmək üçün burada qalmağı üstün tutdum. Bir çox fundamental elmlərə nisbətən psixologiya yeni bir elm sayılır və bu elmin təməli də məhz Avropada qoyulub. Bildiyiniz kimi, bizdə psixologiya sahəsi o qədər də inkişaf etməyib. Onun üçün də bu ölkədə professional kimi təkmilləşəndən sonra vətənimdə insanlara layiqincə xidmət edə biləcəyimə ümid edirəm. Ümumiyyətlə, yaşadığım ölkənin mühiti insanın dünyagörüşünü inkişaf etdirən bir mühitdir. Vətənimdən uzaq yaşasam da, məni sevən və qayğıma qalan şəxslərin əhatəsindəyəm. Mən şanslı insanam. Burada da dost qazandım. Ünsiyyətdə oldugum şəxslər daxilən zəngin insanlardı. Həyat məni həmişə yaxşı insanlarla qarşılaşdırır. Buna görə Tanrıma hər zaman şükür etmişəm...

- İstərdim ki, sualların istiqamətini dəyişim. Bir az da ananız Flora xanımdan danışaq... Sizcə, Flora xanım xaricdə nə dərəcədə tanınır, dinlənir, sevilir? Siz bu yöndə nə kimi işlər görürsünüz? Və onun ən çox sevdiyiniz mahnısı hansıdır?

- Flora Kərimova mənim üçün sadəcə Anadır. Onu müğənni kimi yenicə anlamaga başlamışam (gülür...) Anamın köhnə mahnılarını daha çox sevirəm. O mahnıların sədası dünyadan gəlməli idi. Yeni mahnılarını da sevirəm: "Məhəbbətim", "Nəyim var mənim", "Ruhumuz qovuşacaq"... Düşünürəm ki, Flora xanım bir mügənni kimi öz haqqı çatdığının heç yarısı qədər də tanınmadı... Əslində, Flora xanım öz vokal imkanlarının qarşılığnda ən azı Müslüm Maqomayev qədər tanınmalıydı. Bəzən buna çox heyfsilənirəm. Eyni zamanda, bunların ciddi səbəbləri olduğunu da anlayıram. Flora xanımın professional imkanlarının gerçəkləşdirilməməyi onun üsyankarlığı, prinsipiallığı və əyilməməzliyidir. Bəlkə də taleyi elə yazılıb. Amma bu qədər dediklərimizin qarşılığında, yenə də o, ömrünün hər dədiqəsini sayğı, sevgi, səcdə və pərəstiş içində yaşayır...

- Zümrüd xanım, Flora xanımın şou-biznesdəki söz-söhbətlərinə, İlhamə Quliyevayla, Faiq Ağayevlə münasibətlərinə necə baxırsız?

- Bilirsiz, mən və qardaşım elə bir ailə mühitində böyümüşük ki, valideyinlərimiz bizə seçmək haqqı veriblər. Anam həmişə deyib ki, mənim kimlərəsə olan neqativ münasibətim sizə aid deyil. Onun kiminlə necə münasibət qurduğundan asılı olmayaraq, biz o insanlara hər zaman sayğı ilə yanaşmağa çalışmışıq. Hətta o insanları müəyyən məqamlarda müdafiə də etmişik... Düşünürəm ki, belə bir nadir xüsusiyyət bizim təbii halımız ola bilməzdi. Yəni kəraməti özümüzdə yox, Flora xanımın bizə verdiyi tərbiyədə görürəm...

- Atanızla bağlı soruşmaq istəyirəm. İstərdim atanızdan danışasız.

- Əfsuslar olsun ki, atam yeddi yaşım olanda dünyasını dəyişib. Onu tanıya bilməmişəm. İndi başa düşürəm ki, bir qızın həyatında atanın rolu nə qədər böyükmüş! İndiyə qədər anam mənim dünyamı öz dünyasıyla o qədər doldurmuşdu ki, mən bunların fərqində deyildim. Heç atasızlığı hiss belə etməmişəm. Bu, mənim üçün çox həssas sualdır... Bu günə kimi heç kimsə atamla bağlı mənə sual verməyib. (Susur. Söhbətə ara veririk. Zümrüd xanım kövrəlir) Bəzən düşünürəm ki, atam yaşasaydı, anamın və bizim həyatımız bəlkə də fərqli olardı. Əsasən, son zamanlar atam haqqında çox düşünürəm. Onun necə insan oldugunu anlamaq, onunla ünsiyyətdə olmağa ehtiyacım var... Son zamanlar atamı tanıyan insanların onun haqqında danışdıqlarına diqqət kəsilirəm, dərin hüzünlə dinləyib, onun obrazını şüurumda canlandırmağa çalışıram. Atasız qız yarımçıq olur. İlk dəfədir belə deyirəm. Daha əvvəl bu haqda düşünməmişdim belə. Allah ruhunu şad etsin! (yenə kövrəlir.)

- Qardaşınız haqda düşüncələrinizi eşitmək də çox maraqlı olardı...

- Qardaşım Oktay bu dünyada hər kəsdən, hər şeydən əzizdir mənə. Allah hər bacıya belə qardaş, belə arxa, dayaq qismət etsin. Bu yaxınlarda ona bir mesaj yazmışdım, ikimiz də kövrəldik...Yazdım ki, bir gün belə olsun səndən çox yaşamaq istəmərəm bu dünyada... çünki qanadları sınmış quş olmaq istəmirəm...

- Zümrüd xanım, yeri gəlmişkən, nə əcəb müğənni, sənətçi olmadınız, ananınzın yolunu davam etdirmədiniz?

- Bu məsulliyyəti boynuma götürə bilməzdim. Amma doğrusu, aktrisa olmaq üçün uşaqlıqdan özümdə bir qabiliyyət olduğunu zaman-zaman hiss etmişəm. İncəsənətin tək sahəsidir ki, bəlkə də özümü orada sınaya bilərdim, amma sadəcə bir təcrübə kimi. Çünki peşakar olmaq ücün təbii ki, aktyorluq məktəbini keçmək gərəkdir... Müğənni olmağa gəldikdə isə... bunu heç zaman arzulamamışam. Yəqin qabiliyyətimin yetərincə olmadığını intuisiya səviyyəsində hiss etmişəm... Bircə yadımdadır ki, uşaq olarkən, Alla Puqaçovanın ''Million alıx roz'' mahnısını məmnuniyyətlə hamıya oxuyub, dinlətdirirdim... xüsusilə Flora xanıma... (gülür.)

- Ölkəmizin ən çox nəyi üçün darıxırsız?

- Vətənimin hər şeyi üçün darıxıram... "Yandıran günəşi" üçün, qəlbən bağlandığım insanları üçün, kalorili yeməkləri - pitisi, aşı, qutabı ücün darıxmışam (gülür). Bilirəm, bunlar bəsit şeylərdir... Əslində, insan elə bəsit şeylər üçün darıxır.

- Bəs haçansa vətənə qayıdıb siyasətlə məşğul olmağı heç düşünmüsunüzmü? Məsələn, millət vəkili olmaq istərdiniz?

- Siyasətlə yox, əsla yox. Ola bilər ki, sosial aktivlik göstərim, cəmiyyət üçün faydalı olan maarifləndirmə işləri ilə məşğul olum, bir zaman ictimai xadim kimi fəaliyyət göstərim, amma siyasətçi kimi istəməzdim...

- Sizdə olan bu sadəlik hardan gəlir?

- Sadəlik saglam genetika və düzgün tərbiyənin vəhdətindən yaranır. Sadəliyim valideyinlərimdən gəlir. Atam yaşadıgı dövrün ab-havasını hər mənada qabaqlayan şəxslərdən olub. Olduqca yüksək intellektə, aristokratik zövqə və zərif düşüncəyə malik imiş. Çox imkanlı və kübar olduğuna baxmayaraq, onun sadəliyi, mədəniyyəti və xeyirxaxlığı ilə bağlı bu günə qədər əfsanələr belə mövcuddur desəm, yanılmaram... Anamla qururlanmağım bəlkə də daha təbii görünər, amma mən atamla elə anam qədər qürurlanıram! Qardaşım Oktay da, mən də, onun adına layiq yaşamağa, onun mənəvi zənginliyini və şərəfini gəlbimizdə daşımaga çalışırıq...

- Müsahibəmiz başlamazdan əvvəl dediniz ki, yemək bişirirsiz. Bişdimi?

- (Gülür. Zarafatla) İnanın ki, bu arada İngiltərədə nə qədər tərəvəz varsa, hamısını bir qazana yığıb bişirirəm... Orada nə görüntü, nə dad olacaq bilmirəm... ''Yeriniz məlum'' deyərdim, amma ağlım kəsmir ki, yeməli bir dad alına... (gülür...) Hər halda, yeməyim alınmasa da, inanıram ki, müsahibəmiz alındı. Buna görə, xüsusilə də atamla və qardaşımla bağlı olan suallarınıza görə təşəkkür edirəm! Yolunuz açıq və nurlu olsun!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1633   Tarix: 11 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230