Erməni klubunda azərbaycanlı futbolçu - VİDEO-YENİLƏNİB

Erməni klubunda azərbaycanlı futbolçu - VİDEO-YENİLƏNİBFutbolçu açıqlama verib.

Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq futbolçusu Şamil Qurbanov Ermənistan klubuna transferi ilə bağlı danışıb.

BiG.AZ-ın azerisport-a istinadən verdiyi məlumata görə, futbolçu Azərbaycan-Ermənistan münaqişəsinin iştirakçısı olmadığını, sadəcə futbol oynamaq istədiyini bildirib.

"Mən hər iki xalqa hörmət edirəm. Siyasətçi deyiləm. Mən sadə bir Rusiya vətəndaşıyam", - deyə Şamil Qurbanov bildirib.

15:08

Ermənistanın "Uliss" futbol klubu öz heyətinə azərbaycanlı futbolçunu cəlb edib.

BiG.AZ xəbər verir ki, azərbaycanlı Şamil Qurbanov erməni futbol çempionatının lideri olan "Uliss" klubunun əsas heyətində çıxış edəcək.

Belə ki, Şamil artıq "Uliss"in Antalyada Moldovanın "Milsami" klubu ilə keçirdiyi qarşılaşmada erməni klubunun heyətində meydana çıxıb.

Qeyd edək ki, Şamil Qurbanov Azərbaycan əsilli rusiyalı futbolçudur. O, müdafiəçi mövqeyində oynayır. 1993-cü il aprelin 10-da anadan olub.

Şamil Rusiyanın "Volqa" gənclər akademiyasının yetirməsidir. 2012-ci ilədək Qurbanov "Volqa"nın tərkibində çıxış edib. 2014-cü ilin iyulundan o, Rusiyanın "Saturn" klubunun tərkibində Rusiya Peşəkar Futbol Liqasında 16 matç keçirib.

Müsahibələrindən birində Şamil o zaman millimizin məşqçisi olmuş Berti Foqtsun onu Azərbaycana dəvət etdiyini də bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2249   Tarix: 05 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İspaniya klubu ukraynalı futbolçuya görə cəzalana bilər

İspaniyanın "Jirona" klubu ukraynalı futbolçu Artyom Dobvikin transferinə görə cəzalandırıla bilər. "Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, hüquqşünas Yevgeni Kuzmin futbolçunun transferinin Ukraynada vergidən yayınacaq şəkildə rəsmiləşdirildiyini bildirib

04.05.2024 142
.

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə yeddi medal qazanıblar

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan idmançıları yarışın ilk günündə üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar

14.04.2024 321
.

Mbappe "Real Madrid"in keçmiş futbolçusunun evini aldı

Kilian Mbappe "Real Madrid"in keçmiş ulduz futbolçusunun evini 18 milyon avroya alıb. Məlumata görə, fransalı ulduz futbolçu ispaniyalı Serxio Ramosun Madriddəki evi üçün ispaniyalı müdafiəçiyə 18 milyon avro ödəyib. "Real Madrid" klubu ilə rəsmi müqavilə imzalamayan Kilian Mbappeni

04.05.2024 156
.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14.04.2024 344
.

"Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər"

İtaliyalı güləşçi Frank Çamisio Bakıda ona 300 min dollar dəyərində rüşvət təklif edildiyini iddia edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə güləşçi "La Repubblica" qəzetinə açıqlama verib. İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio keçən həft

12.04.2024 2010
.

"Barselona" iki futbolçusu ilə bağlı qərar verib

İspaniyanın "Barselona" klubunda icarə əsasında çıxış edən Joau Kanselu və Joau Feliks in taleyinə aydınlıq gəlib. "Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, "Barsa" rəhbərliyi Kanselonun xidmətində maraqlıdır və müdafiəçi ilə yeni mövsümün əvvəli müqavil

27.04.2024 299
.

Dani Alveş həbsdən girov müqabilində buraxıldıqdan sonra ilk paylaşımını edib: "Doğru deyil"

Braziliya milli futbol komandasının və Kataloniya "Barselona"sının keçmiş müdafiəçisi Dani Alveş həbsdən çıxandan sonra ilk paylaşımını dərc edib. -ın məlumatına görə, o, bir gün əvvəl "El Periodico"da dərc olunan məqaləyə münasibət bildirib. "Hansısa mediaya müsahibə verdiyi

07.04.2024 581
.

Mourinyo: "65 yaşıma qədər işləmək istəyirəm"

"Çelsi", "Portu", "Real Madrid", "İnter", "Roma" kimi klubları çalışdırmış Joze Mourinyo yeni açıqlama ilə diqqət mərkəzinə gəlib. 61 yaşlı mütəxəssis məşqçilik karyerasını bitirmək fikrində olmadığını vurğulayıb. "Mənim hazırda 61 yaşım var və 6

23.04.2024 389
.

UEFA-dan yeni qərar

UEFA İcraiyyə Komitəsi Avro-2024-də çıxış edəcək milli komandaların iştirak ərizəsində icazə verilən oyunçu limitinin artırılması ilə bağlı qərar qəbul edib. "Qafqazinfo" UEFA-nın saytına istinadən xəbər verir ki, komandalar iştirak ərizələrinə 26-ya qədər oyunçu daxil edə bilərlər. Əvvəllə

03.05.2024 321