Gəlin maşınları bəyləri nə qədər xərcə salır?

Gəlin maşınları bəyləri nə qədər xərcə salır?"Mən ikiqapılı maşında gəlin getmək istəyirəm".

Toy günü insan həyatının ən gözəl günlərindəndir. İnsanlar öz toylarının digər toylardan fərqli, daha çox yaddaqalan, daha görkəmli olması üçün aylarla hazırlıq görürlər.

Bəziləri hətta borc-xərc edir, banklardan kredit götürür ki, təki toy istədiyi kimi keçsin. Çünki bu, bir çox insanın həyatında cəmisi bir dəfə yaşanan və illər keçsə belə, hər zaman xatırlanan bir gündür. Əlbəttə ki, hər şeyin yaxşısını istəmək olar. Amma hər şeyin yaxşısı heç də ucuz başa gəlmir.

Ona görə də, gəlin biz toy gününü bir kənara oyub, toya qədər olan xərclərdən danışaq. Gəlin və bəyin geyimləri, gəlinin bəzədilməsi, bəyin saçının düzəldilməsi kimi önəmli xərclər var. Bir də toyun ən vacib elementlərindən hesab olunan gəlin maşınını da buraya əlavə etmək lazımdır.

Çünki nə qədər adi görünsə də, əslində, ona çəkilən xərc heç də digərlərindən geridə qalmır. Bəziləri gəlini öz maşını ilə gətirsə də, maşını olmayanlar da məcbur olub, avtomobil icarəyə götürürlər. Bəzən isə maşınları olsa da, valideynlərin istəyi ilə kirayəyə ən son model avtomobil götürülür. Çünki oğul anaları adətən, belə bir söz işlətməyi sevirlər "Təki oğlumun toyu olsun, gəlinimi bahalı maşında gətirəcəyəm". Bəzən isə bunu "qonşudan qalma geri" məsələsi üçün də edirlər. Və külli miqdarda maliyyə vəsaiti belə şeylər üçün xərclənir.

Bəzən isə gəlinlər yeni evinə ayaq basmadan, öz istəklərini irəli sürürlər "Mən ikiqapılı maşında gəlin getmək istəyirəm. Rəfiqələrimin yanında başıaşağı ola bilmərəm". Belə olanda da bəy onun sözünü yerə sala bilmir və razılaşır.

Biz də musavat.com olaraq, paytaxtın bəzi yerlərində kirayə gəlin maşınlarının qiyməti ilə maraqlandıq. Görək, bir neçə saata kirayələnən bu maşınlara və onların bəzəklərinə nə qədər pul xərclənir? İlk olaraq onu deyək ki, şəhərdə cəmi bir neçə yerdə bu cür maşınları kirayələmək mümkündür. Bu yerlər əsasən, bəzi metrostansiyaların çıxışlarındadır. Biz də "Gənclik" metrostansiyasının yaxınlığında maşınların kirayə qiyməti ilə maraqlandıq.

Maşınların kirayəsi ilə məşğul Rafiq deyir ki, qiymətlər avtomobillərin markası, kirayələnmə saatı ilə fərqlənir: "Gəlin maşınları avtomobilin markasından və saatından asılı olaraq, 200-400 manat civarında kirayə verilir. Bütün bəzədilmə işləri elə müştərinin gözü qabağında aparılır. Süni gülləri və bəzəkləri istəməyənlər isə xüsusi salonlara müraciət edirlər. Salonlarda maşınlar qeyri-adi dizaynla və təbii güllərlə bəzədilir. Hər şey müştərinin istəyindən asılıdır.

Qiymətlərin fərqli olmasında maşınların markalarından çox, götürülmə müddəti rol oynayır. Hazırda bizdə olan avtomobillər "Ford Mustang", "Porsche panamera", "Porsche Panamera Turbo by Mansory C On", "Mercedes CL-Class" və "Bentley Continental GT V8 S revealed"dir. Bir günlük sifarişin qiyməti 400 manatdır. Əgər bəy iki nəfərlik maşınlardan seçərsə, bu zaman qiymət daha da ucuz olur. Çünki özü idarə edir. Yox, əgər sadəcə, gecə gəlini evdən götürərək saraya qədər aparacaq və geri qaytaracaqsa, qiymət 200 manat olur.

Kirayə şərtləri isə çox sadədir. Əgər sürücünü biz veririksə, heç bir sənədə ehtiyac duyulmur. Əgər bəy özü maşını idarə edəcəksə, sürücülük və şəxsiyyət vəsiqəsinin surətini bizə verməlidir. Məsələ bu qədər sadədir. Maşının bəzənməsi də qiymətə daxildir. Ən gözəl şəkildə bəzəyirik. Hazır şəkildə təhvil veririk. Əgər istəməsələr, bayaq dediyim kimi, bunun üçün xüsusi salonlara müraciət edə bilərlər".

Bununla da məlum oldu ki, bir neçə saatlıq avtomobil gəzintisi üçün xərclənən məbləğ heç də az deyil.

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5912   Tarix: 05 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188