Boşanan dövlət başçıları - FOTO

Boşanma dünyanın ən böyük sosial bəlalarından hesab olunur. Xüsusən Qərb ölkələrində qurulan ailələrin yarısından çoxu sonda boşanma ilə nəticələnir. Bu problem dövlət başçılarından da yan keçməyib. Son illərdə tez-tez prezident və baş nazirlərin boşanması barədə məlumatlar yayılır.

BiG.AZ axsam.az-a istinadən vəzifə başında boşanan dövlət başçılarının siyahısını təqdim edir.

Boşanan dövlət başçıları - FOTO2013-cü il iyunu 6-da Kreml sarayında "Esmeralda" baletinin nümayişi keçirildi. Baleti seyr edənlər arasında Rusiya prezidenti Vladimir Putin və xanımı Lyudmila Putina də var idi. Nümayişdən sonra yerli televiziyaların qarşısına çıxan cütlük ayrılmaq barədə qərara verdiklərini açıqladılar.

"Bizim ortaq uşaqlarımız təhsil alıb və Rusiyada yaşayırlar. Bizim Lyudmila ilə yaxşı münasibətlərimiz var. Lakin evliliyimiz artıq sona çatıb. Biz demək olar ki, bir-birimizi görmürük", - deyə Putin açıqlamışdı.

Lyudmila Putina da ərinin özünü işə həsr etdiyini və onların artıq ayrı yollarla gedəcəyini demişdi.

Boşanan dövlət başçıları - FOTO2001-ci ilin martında Zambiya prezidenti Frederika Çilubanın həyat yoldaşı Vera Çiluba ilə boşandığı məlum oldu. Nikahlarından 9 uşağın dünyaya gəldiyi cütlüyün ayrılma səbəbləri ictimaiyyətə gizli qaldı.

Boşanan dövlət başçıları - FOTO2002-ci ilin dekabrında İsveçin baş naziri Hans Yohan Perssonun həyat yoldaşı Annika ilə boşanmaq üçün məhkəməyə müraciət etdiyi aydın oldu. 2003-cü ilin yanvarında onlar rəsmən ayrıldılar. 8 il evli olan Hans və Veronika Perssonun birgə uşaqları yox idi.

Boşanan dövlət başçıları - FOTO2007-ci ilin oktyabrında Fransa prezidenti Nikolya Sarkozi 11 illik həyat yoldaşı Sessiliya Sarkozidən ayrıldı. 1996-cı ildə ilk həyat yoldaşından ayrılaraq Sessiliya ilə ailə həyatı quran Sarkozi beləliklə, dövlət başçısı səlahiyyətlərini icra edərkən boşanan ilk Fransa prezidenti kimi tarixə düşdü. Sessiliya Sarkozidən ayrıldıqdan 5 ay sonra Sarkozi italyan müğənnisi Karlo Bruni ilə evləndi.

Onun keçmiş həyat yoldaşı isə 2008-ci ilin martında mərakeşli PR-menecer Rişaq Attiasla nikaha girib.

2005-ci ildən ayrı yaşayan cütlük qarşılıqlı istək əsasında boşanmışdı.

Boşanan dövlət başçıları - FOTO2009-cu ilin mayında İtaliyanın baş naziri Silvio Berluskoni uzun illər nikahda olduğu Veronika Berluskonidən ayrıldı. İtaliya mətbuatı bunu hökumət başçısının 18 yaşlı model Naomi Letisiya ilə eşq macərası yaşamasına bağlayırdı. 29 illik evlilikləri müddətində həyat yoldaşına 3 övlad bəxş edən 56 yaşlı Veronika Lario boşanma sənədlərinə əsasən ərindən 65 milyon dollar pul ödəməsini tələb etmişdi. Lakin Berluskoni yalnız 5,5 milyon dollara ödəməyə hazır olduğunu demişdi. 3 il davam edən məhkəmə çəkişməsindən sonra siyasətçi hər gün üçün keçmiş həyat yoldaşına 1200 min avro ödəməyə məhkum edildi. Onlar 2012-ci ildə rəsmən boşandılar.

Boşanan dövlət başçıları - FOTOQvatelama prezidenti Alvaro Kolomonanın həyat yoldaşı Sandra Torreslə boşanması isə çox maraqlı səbəbə görə idi. Belə ki, səlahiyyət müddəti bitən ərindən sonra ölkə prezidentliyinə namizəd olmaq istəyən xanım Torres Konstitusiyaya görə seçkilərdə iştirak edə bilməzdi. Prezident ailəsinin üzvləri və qohumlarının seçkilərdə iştirak etməsi qanunla qadağan idi. Bu maneəni aşmaq üçün 2011-ci ilin martında həyat yoldaşından ayrılan Sandra Torres məhkəmə tərəfindən seçkilərə buraxılmadı.

Boşanan dövlət başçıları - FOTO2011-ci ilin mayında Peru prezidenti Alan Qarsiya həyat yoldaşı Pilar Noreslə 2 ildir ayrı yaşadığını etiraf etdi. Həyat yoldaşı ilə 4 övlada sahib olan prezident nikahdankənar övladının olmasını açıqladıqdan sonra Pilar Noreslə boşanmışdı.

Boşanan dövlət başçıları - FOTOİsveçin baş naziri Frederik Reynfeldt isə 2012-ci ilin martında 20 illik həyat yoldaşı Fillipa Reynfeldtdən ayrılmışdı. 3 övladı olan cütlük boşanma səbəbini ictimaiyyətdən gizli saxlamışdı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3006   Tarix: 31 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tərkibində təhlükəli qatqılar olan süfrəmizin "bəzəyi" - ARAŞDIRMA

"Üç ağ" - duz, şəkər, undan uzaq durun deyirlər. Lakin məhz bu məhsulların Azərbaycanda istehsal və istehlakının artmasının şahidi oluruq. Məsələn, fevral ayında açıqlanan rəqəmlərə görə, ölkədə şəkər istehsalı 25 faiz artıb. Dövlət Statistika Komitəsinin apreldə açıqladığı rəqəmlərdə isə du

17:30 48
.

Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO

Arb-də yayımlanan "Səni axtarıram" verilişində yaşanan hadisə diqqət çəkib. xəbər verir ki, efirə üz tutan şikayətçi qadının ərinin söylədikləri hər kəsi təəccübləndirib. Özündən yaşca böyük qadınla ailə quran gənc oğlan buna məcbur edildiyini iddia edib. Həbsxanaya düşməkdən qorxduğunu deyə

28.04.2024 1091
.

Kondisioner alarkən nələrə diqqət etməliyik? - VİDEO

Havaların istiləşməsi ilə kondisionerlərə tələbat artıb. -ın məlumatına görə, elektronika mağazalarında kondisioner qiymətləri 700 manatdan 2 900 manata qədər dəyişir. Mütəxəssislər bildiriblər ki, kondisioner alarkən ilk önəm verilməli məsələ otağın ölçüsüdür. Ətraflı süjetdə:

21.04.2024 397
.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21.04.2024 273
.

Əmlak bazarında "tilov effekti" - ARAŞDIRMA

Yanvar ayından etibarən daşınmaz əmlak bazarında yeni qaydaların tətbiqinə başlanılıb. Əmlak ekspertləri və alqı-satqı edənlərin sözlərinə görə, 20 min manatdan yuxarı əməliyyatlar üçün notariat kontorları tərəfindən yazılı bəyannamə tələb olunur. Yəni daşınmaz əmlak alan şəxs ödədiyi vəsaitin mənbəyin

22:00 0
.

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir?

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən bu ölkədə yeməyin təxminən 2-3 dəfə bahalaşmasına etiraz edən vətəndaşlar sosial şəbəkələrdə evdən kənarda yeməyi kütləvi şəkildə boykot edən çağırışlar edirlər. Etirazçılar bildirirlə

27.04.2024 341
.

Ben Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu

ABŞ-nin Florida ştatında "Əl-Qaidə" lideri Üsama Ben Ladenin ailəsinin keçmiş mülkü sökülüb. Oklend şəhərində yerləşən bina uzun müddət Usama Ben Ladenin qardaşı Xəlilə məxsus olub. 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş verən terror aktından sonra Xəlil iqamətgahını tərk edərək şəxsi təyyarəs

28.04.2024 406
.

Xidmət sifarişi üçün Xidmet.az saytı

saytı Azərbaycanda müxtəlif xidmətləri təklif edən saytdır. Bakıda və və ölkənin digər regionlarında fəaliyyət göstərən xidmətləri saytında tapa bilərsiz. Sayt istifadəçilərə lazım olan bütün xidmətlər bir saytda toplayaraq, asan və rahat sifariş imkanı yaradır. ilə siz, peşəkar xidmətləri ən ucuz qiymətlərl

23.04.2024 242
.

Bakıda kuryoz olay-VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziy

28.04.2024 460