İntihar etmək istədi, bu yolla fikrindən daşındı

İntihar etmək istədi, bu yolla fikrindən daşındıİntihar fikrindən daşınan biznesmendən 10 məsləhət!

Uğur qazanmağın əsas yolu pul deyil. Ən böyük uğur beynini və fikirlərini idarə etməkdir.

Bir vaxtlar intihar fikrinə düşüb, bu yoldan çəkinən biznesmen Den Valdşmidt uğur qazanmağın yollarını açıqlayıb. Ailem.az hər kəs üçün faydalı olacaq bu məsləhətləri təqdim edir.

Cəmiyyətin diqqətini çəkməyə çalışmayın
İnsanlar var ki, məsələn, televizorda görünmək üçün nə desən etməyə hazırdırlar, təki başqalarının diqqətini çəksinlər. Ancaq bir qrup da var ki, heç kimin diqqətini çəkməyə çalışmır, öz işləri ilə məşğuldur, hətta az pul qazanır. Məsələn, Vinsent Van Qoq həyatı boyu cəmi bir əsərini satıb. 50 dollara. Amma Van Qoq 800-dən artıq şedevr rəsmin müəllifidir. Və onlardan yeddisinin 1 milyon dollardan artıq dəyəri var. Bu o deməkdir ki, sevdiyiniz işlə məşğul olun. Diqqət çəkməyə çalışmayın.

Dəbdəbəli təqdimatlara aldanmayın
Hər gün aktyor, müğənni, biznesmenlərin dəbdəbəli görünən həyatına baxıb köks ötürür və görüntüyə aldanırıq. Düşünürük ki, yüksəlmək asandır. Yox! Hər dəbdəbəli şeyin arxasında ağır zəhmət dayanır. Asan həyat dalınca qaçmayın. Bu, qısa müddətlidir. Mütləq zəhməti sevin və özünüzə qalib gəlin.

Bir işi davamlı edin
Araşdırmalar göstərir ki, ancaq sistemli görülən işlərin sonu uğurla nəticələnir. Bunun üçün özünüzə inanın. Uğur əldə edən insan birmənalı olaraq potensialına inanan insandır.

Yeniliklərdən qorxmayın
Gün boyu "hər şey yaxşı olacaq" deyib özünüzü aldatmayın. Bu, vaxt itkisidir. Çox istəməkdənsə, çox hərəkət edin. İşə başlamaqdan qorxmayın. Yenilik edin. Xoşlamasanız yarımçıq atarsınız.

Balansı unudun
Özünüzü çərçivədə saxlayıb, hər şeyi balanslaşdırmağa çalışmayın. Bu, insanı qocaldır. Bir şeyi daha tez etmək istəyirsinizsə edin. 20 günə bitirməli olduğunuz işi 10 günə edin.

Hərəkət edin
Bəlkə də şaxtalı havada gəzmək sizin arzunuz deyil. Amma bu sizə bol enerji bəxş edəcək. Beynimizi inkişaf etdirməyin ən yaxşı yollarından biri də idmanla məşğul olmaqdır. Qaçın. Yaxın bildiyiniz adamla rinqə çıxın, güləşin (bu sizə ağır gəlsə belə). Çünki fiziki yüklənmələr insan psixologiyasını sağlamlaşdırır.

Fərqli olun
Bizə uşaqlıqdan "heç kimdən fərqlənməməyi" öyrədiblər. Bu, əlbəttə, yaxşıdır, amma həm də fərqlənmək lazımdır. Sərhədlərdən, tabulardan azad olun! Özünüz olduğunuz üçün fərqlənməyə cəhd edin.

Hər şeyi bilən adam kimi davranmayın
Gəlin etiraf edək, axı biz də bəzən kənardan gülməli görünməmək üçün bilmədiyimiz şeyi etiraf etməkdən çəkinirik. Bu, nəyə lazımdır?! Araşdırmalar göstərir ki, məhz bu yoldan daha çox istifadə edən insanlar həyatda az uğur qazanır. Bilmədiyiniz üçün utanmayın. Biz yeni nə isə öyrənmək əvəzinə ağıllı görünməyə çalışırıq.

Geri çəkilməyin
Fortepianoya birinci dəfə əyləşən insan Mosartın 41-ci simfoniyasını ifa etməyi düşünür? Özünü yormasın. Bu, mümkün deyil. Hər uğurlu nəticənin uzun keçmişi var. Əgər sən hər xırda çətinlikdən geri çəkiləcəksənsə, heç bir uğur əldə edə bilməzsən. Bezmə, yorulma, nəticəni düşün və hərəkət et.

Həyatınızı labaratoriyaya çevirin
Həyatınızı labaratoriyaya çevirin. Araşdırma aparın. Hər səhər məqsədlərinizi müəyyən edib, axşam hesabat verin. Bunun nəyi pisdir?! Mütləq kitab oxuyun, hər gün musiqi dinləyin, fiziki, zehni gücünüzdən istifadə edin.

ailem.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1177   Tarix: 30 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292