Qandidən 5 həyat dərsi

Qandidən 5 həyat dərsi"Bizim gələcəyimiz indi gördüyümüz işlərdən asılıdır." (Mahatma Qandi)

Mohandas Qandi – böyük siyasi və idealoji liderlərdən biri olmuşdur. 1915-ci ildə tanınmış hind yazıçısı Robendranat Taqor ilk dəfə Mohandas Qandiyə "Mahatma" titulu vermişdir. "Mahatma" – "Böyük Qəlb", "Böyük Qəlbli" mənasını verir. Amma Qandi özü bu titulu heç vaxt qəbul etmirdi. O, deyirmiş: — "Mən bu titula layiq deyiləm."

Əslində isə, Mohandas Qandi hind xalqının müstəqilliyi və azadlığı yolunda çox şeylər etmiş xadim idi. O hind xalqının azadlığı yolunda apardığı mübarizədə bir çox "güc tədbiq etməmək" metodlarından istifadə etmişdir. Bu metodlar; müstəmləkəçilərin müəssisələrini və onların məhsullarını baykot etmək, işə çıxmamaq, oturaq tətillər etmək və s...

Bundan başqa Qandi kasta (sinif) bərabərsizliyinə qarşı da sərt mübarizə aparmışdır. O, bacardıqca aşağı siniflərin həyat tərzinin yaxşılaşmasına çalışmışdır. M. Qandinin cəmiyyətdə yüksək yer tutmasına baxmayaraq, o, çox sadə bir həyat tərzi keçirmiş, daim rahib paltarı geymiş və vegetarian olmuşdur.

Qandi heç bir qəddarlıq və zor tətbiq etmədən həm özünü dəyişmiş, həm də ətrafındakı bütün aləmi. İndi bu dahi insanın adamlara tövsiyə etdiyi müdriklik dərslərindən bir neçə sitat gətirmək yerinə düşərdi. Bu sitatlardan sonra bəlkə özümüzdə bir dəyişiklik hiss etdik və ətrafımıza təsir edə bildik. Hər şeydən əvvəl özümüzdən başlamalıyıq. M. Qandidən sitatlar:

Dəyişin... Bütün aləmdə hansı dəyişiklikləri görmək istəyirsinizsə, həmin dəyişiklikləri özünüzdə edin. Təkrar edirəm, ilk növbədə özünüzdən başlayın. əgər dəyişmək istəyiriksə, buna özümüz nümunə olmalıyıq. Əgər siz özünüzdə hər hansı bir dəyişikliyə nail ola bilsəniz, bir çoxları da sizə baxıb dəyişəcək. Hər bir kəs hər hansı bir uğursuzluqda höküməti, cəmiyyəti və s. günahlandıra bilər amma tək-tük adam tapılar ki, bütün günahları özündə görsün və özü dəyişməyə başlasın...

Düzgün suallar verin. Sual o zaman daha güclü olur ki, insanların tərəqqisinə xidmət etsin. Düzgün sualları həmişə düz adamlara verin. Həyatın dəyəri verilən sualların dəyərliliyindən birbaşa asılıdır. Siz dəyərli sual verməsəniz, dəyərli cavab ala bilməyəcəksiniz.

Həmişə hərəkətdə olun (fəaliyyət göstərin)... Belə bir fəlsəfi variantı əsas götürmək lazımdır; " Bugün edəcəyin işi sabaha qoyma". Sabah ola bilər ki, olmasın, keçmiş isə arxada qalıb. Biz indiki zamanda yaşayırıq, ona görə də "burada və bu saat" prinsipi ilə çalışmalı və fəaliyyət göstərməliyik. "Bizim gələcəyimiz indi görəcəyimiz işlərdən asılıdır."

Bağışlamağı bacarın. Zəiflər bağışlaya bilmir. Bağışlamaq güclülərə xasdır. Tez bağışlaya bilmək, zəifliyə dəlalət eləmir. Əksinə, bu ruhən güclu olmağı göstərir.

Məsləkinizə diqqət edin. Sizin məsləkiniz, sizin fikirləriniz olacaq. Sizin fikirləriniz sizin sözləriniz olacaq. Sizin sözləriniz sizin əməlləriniz olacaq, əməlləriniz sizin vərdişləriniz olacaq. Sizin vərdişləriniz sizin qiymətiniz olacaq. Sizin qiymətiniz isə sizin taleyiniz olacaq. Öz gələcəyinizi necə görmək istəyirsinizsə, bu yolda inamla addımlamalısınız və uğur qazanmağa çalışmalısınız. Əgər uğur qazanacağınıza inamınız böyükdürsə, demək, mütləq uğur sizinlədir. Birinci dəfədən alınmasa da növbəti dəfələr alınacağına daha inamlı olmalısınız.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1675   Tarix: 30 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925