Yeni kral 4 nəfəri edam etdirdi

Yeni kral 4 nəfəri edam etdirdiBu gün Səudiyyə Ərəbistanında 2 Səudiyyə və 1 Pakistan vətəndaşı edam edilib. Səudiyyə Ərəbistanının yeni kralı Salman ötən cümə günü taxta çıxandan indiyə kimi 4 nəfər haqqında çıxarılmış ölüm hökmü icra olunub.

Lətif Xan Nurzadə Pakistan vətəndaşı idi. O, Səudiyyə Krallığına gizli yolla heroin gətirməkdə müqəssir bilinib. O, müqəddəs şəhər olan Məkkədə edam edilib. Səudiyyə Ərəbistanının daxili işlər nazirinin bəyanatında bu barədə məlumat verilib.

Edam olunan ikinci şəxs Ömər bin Yəhya bin İbrahim əl-Barkati isə yaxın qohumu ilə cinsi əlaqədə olduğuna görə ölümə məhkum edilib. Daxili işlər naziri onun edamı ilə bağlı belə deyib: "Biz onu asdıq ki, başqalarına yaxşıca dərs olsun".

Edam olunmuş üçüncü şəxs isə Yasir bin Hüseyn əl-Həmzədir. O, uyuşdurucu həblərin qaçaq yolla ölkəyə gətirilməsində müqəssir bilinib.

"France-Presse" agentliyi qeyd edir ki, son edamları da nəzərə alsaq, bu ilin əvvəlindən Səudiyyədə artıq 16 nəfər ən ağır cəzaya çatıb.

O da bildirilir ki, 2010-cu ildə Səudiyyədə cəmi 27 nəfər edam edilmişdi. Mərhum kral Abdullahın dönəmində isə bu göstərici xeyli çoxaldı. İllik edamlar 80 nəfərə çatdı, ötən il isə 87 nəfər edam edildi.

Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanı edam hökmlərinə görə insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatlar tərəfindən mütamadi tənqid olunur. İnsan haqlarını pozan ölkələr sırasında Səudiyyə Ərəbistanı öndə gedir.

bizimyol.info


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1486   Tarix: 29 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

16:30 96
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

12:00 181
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

16:50 88
.

Norveçli səyahətçi: Qarabağda minalardan çirklənmənin nə qədər ciddi olduğunu təsəvvür edə bilməzdim

Qarabağda mina çirklənməsinin səviyyəsini ancaq bura gəlməklə dərk etmək olar, çoxları bunu şişirtmə kimi qəbul edir. "Report" xəbər verir ki, bunu norveçli səyahətçi Ulyerqen Vastveyt bildirib. "Mən heç təsəvvürümə də gətirmirdim ki, bu qədər mina basdırılıb, Qarabağda minalardan çirklənm

16:40 91
.

Filippində 5,7 bal gücündə zəlzələ baş verib

Filippində 5,7 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Balangiqa şəhərindən 28 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. Zəlzələ 7,9 kilometr dərinlikdə qeydə alınıb

03.05.2024 228
.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

09:55 647
.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

14:14 138
.

İran XİN rəhbəri və Livandakı səfir Tehran-Beyrut əlaqələrini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın Livandakı səfiri Müctəba Əmani Tehranda görüşərək iki ölkə arasındakı əlaqələri, həmçinin İsrailin Livana təcavüzünü müzakirə ediblər. xəbər verir ki, səfir baş diplomata Tehran-Beyrut münasibətlərinin son vəziyyəti barədə məlumat verib. Nazi

03.05.2024 254
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

12:52 218