Aygün Kazımova Türkiyə vətəndaşı olmaqdan imtina edib

Aygün Kazımova Türkiyə vətəndaşı olmaqdan imtina edibXalq artisti Aygün Kazımova adının hallandığı "Big Apple Music Awards" müsabiqəsinin mükafatlandırma mərasiminə qatılmaya bilər.

"ATV maqazin" verilişinə açıqlama verən müğənni bunu önəmsiz hadisə hesab edir:

"Mükafat verilsə də, verilməsə də mənim üçün dəyişən bir şey olmayacaq. Hazırda başım başqa layihələrə qarışıb. Adımı müsabiqəyə özüm yazdırmamışam. Mükafatlandırma mərasiminin baş tutacağı gün özəl işim olsa, gecəyə qatılmaqdan imtina edəcəm".
Uzun müddətdir Türkiyədə yaşayan A.Kazımova oranın vətəndaşı olmaqdan imtina etdiyini deyib:

"Mənə təklif oldu ki, sizə Türkiyə pasportu verək. Dedim yox, mən Azərbaycan vətəndaşıyam. Orada yaşadığım ev Boğazın arxasındadır. Mənzilimdən çox razıyam, rahatdır. Hər bir şeyim oradadır. Qırağa çıxmağa ehtiyac yoxdur".

Xalq artisti qazancından da bəhs edib:

"Məndən "biznes ledi" çıxmaz. Ən yaxşısı, mən oxuyum. Gəlirim ancaq mahnı və reklamlardan, xüsusi gecələrdən, tədbirlərdən olur. Keçən ilə nəzər yetirsəniz görərsiniz ki, mən bir neçə reklama çəkilmişəm".

Qeyd edək ki, 2007-ci ildən keçirilən "Big Apple Music Awards" müsabiqəsinə Qafqaz, Orta Şərq və Mərkəzi Asiya ölkələrinin tanınmış müğənniləri qatılırlar. Müsabiqə iyunun 14-də Nyu-Yorkda baş tutacaq.

Ötən il müsabiqədə xalq artisti Brilliant Dadaşova və müğənni İlhamə Qasımova mükafata layiq görülmüşdülər. Bu il də nominantlar arasında xalq artisti Brilliant Dadaşova, müğənni-bəstəkar Emin, ifaçı Sevinc Musayeva yer alıblar.

axsam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1199   Tarix: 26 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120