Uşaqlara bu adların qoyulması qadağandır

Uşaqlara bu adların qoyulması qadağandır"Azərbaycandakı ad və soyadların milliləşdirilməsində əvvəlki illərlə müqayisədə inkişaf var. Soyad sonluqlarının dəyişdirilməsi daha çox nəzərə çarpır".

Bunu açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib. O qeyd edib ki, soyad formalarının dəyişdirilməsinə maraq artıb, vətəndaşlar daha çox "-lı" şəkilçisi ilə olan formaya və şəkilçisiz formaya üstünlük verir: "Ümumi ictimai fikrə əsaslansaq, milliləşmə prosesinin sürətləndiyini qeyd edə bilərik.

2-3 il əvvəl ölkəmizdə islam dinini tərənnüm edən adlara üstünlük verilsə də, bu sayda azalma müşahidə edilir. Daha çox türk mənşəli adlara üstünlük verildiyini görürük. Bu sırada Türkiyədən gələn adlar da çoxdur".

"Keçmişdə uşaqlara verilən qəribə adlara indi də rast gəlinirmi" sualına cavab olaraq Mədəniyyət komitəsinin sədri deyib ki, həmin adlar, eyni zamanda həddindən artıq sosialist məzmun daşıyan adlar qəti şəkildə aradan qalxıb.

Nizami Cəfərov onu da vurğulayıb ki, Həsənqulu, Hüseynqulu kimi ikimərtəbəli adların uşaqlara verilməsi də aradan götürülüb. "Bu adlarla bağlı qadağa olmasa da, tövsiyə olunmur".

Onun sözlərinə görə, Azərbaycanda uşaqlara verilməsi qadağan olunan adlar var: "Həmin adlar təhqir məzmunlu, kiçildici məna bildirən adlardır. Hitler adının qoyulması da qadağandır".

Atatürkün adının uşaqlara verilməsinə qadağa qoyulmasına gəlincə, Nizami Cəfərov deyib ki, bu adla bağlı konkret qadağa olmasa da, qoyulması məsləhət görülmür: "Atlıtürk, Ulutürk adları da həmin sıradadır. Fikrimcə, qadağa olmasa da, bu cür adları uşaqlara qoymaq olmaz".

modern.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 10374   Tarix: 23 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364