Hər iki xalq məşəqqətlərə məruz qalıb
Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşəbbüsü ilə 20 yanvar faciəsinin 25-ci il dönümü ilə bağlı Xarkov şəhərində anım mərasimi keçirilib. Xarkov Vilayət Dövlət administrasiyası rəsmilərinin ,diplomatların və diaspora fəallarının qatıldığı tədbirdə dövlət müstəqilliyimiz uğrunda canlarını fəda etmiş qəhrəman oğul və qızlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib .
Bu barədə Xarkovdakı həmyerlimiz Möhsüm Qədiroğlu məlumat verib.
Anım mərasiminə qatılanlar ilk öncə Qanlı Yanvar sənədli filminə baxmaqla 25 il bundan öncə totalitar sovet hakimiyyətinin Azərbaycanda həyata keçirdiyi amansız qətliamlarla tanış olublar.
Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov 25 il bundan öncə müasir silahlarla yaraqlanmış sovet qoşunlarının Azərbaycanda hərbi siyasi cinayət törətdiyini diqqətə çatdırıb. Müdhüş 20 yanvar gecəsində Azərbaycanın cəsur oğul və qızlarının göstərdiyi qəhrəmanlıq şücaətindən söz açan fəxri konsul müstəqil Azərbaycan dövlətinin qurucuları kimi tarixə düşən şəhidlərimizə ümumxalq sevgisindən bəhs edib. O, Azərbaycanın 20 faiz torpaqlarının erməni işğalı altında olduğunu diqqətə çatdıraraq, prezident İlham Əliyevin əmrinə əsasən, qüdrətli Azərbaycan ordusunun qısa bir zamanda torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduğunu vurğulayıb.
Tədbirdə Xarkov vilayət Dövlət Administrasiyasi başçısının müavini Yevgeniy Şaxnenko, Xarkov vilayət deputatlar şurasının sədr müavini Lyudmila Davıdova və digər rəsmi şəxslər çıxış edərək, tarix boyu dövlət müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan və Ukrayna xalqlarının böyük məşəqqətlərə məruz qaldıqlarını bildiriblər. Hər iki xalqın müstəqillik və azadlıq yolunda çoxsaylı qurban verdiklərini qeyd edən dövlət rəsmiləri 25 il bundan öncə qanları bahasına dövlət müstəqilliyini qoruyub saxlayan Azərbaycan xalqına işğal altında olan torpaqlarının tez bir zamanda geriyə qaytarılmasını arzulayıblar.
Mərasimdə azərbaycan xalqının şərəf tarixi olan 20 yanvar hadisələrinin dünya durduqca qəhrəmanlıq təcəssümü kimi xatırlanacağı bildirilib.
aktual.az
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 426 Tarix: 20 yanvar 2015
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşNATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq
Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub. "Report" xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina "X" hesabında yazıb. Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam olduğun
15:45 104 ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
ABŞ HƏMAS-ın Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Sedonada (Arizona) Makkeyn İnstitutunun keçirdiyi forumda çıxışı zamanı deyib: "Hazırda baş verə biləcək ən yaxşı şe
21:40 0 Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb
Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər
19:00 0 PA rəhbəri: "COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir"
"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir". "Report" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının (PA) rəhbəri, COP29 Təşkilat Komitəsinin sədr
15:12 103 Ermənistan və Malta xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borqla telefon danışığı aparıb. xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, həmsöhbətlər ATƏT-in fəaliyyəti və Maltanın təşkilat çərçivəsində sədrliyi ilə bağl
12:39 136 XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür
Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı
15:51 109 Dördüncü kurs tələbəsi vəfat etdi
Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )
21:10 0 Ukraynada vəziyyət: Rusiyanın 2024-cü il üçün əsas məqsədi açıqlandı
Ukrayna rəsmiləri vurğulamağa davam edir ki, Rusiyanın 2024-cü il üçün əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin tamamilə ələ keçirilməsidir. Bu barədə ABŞ-nin nüfuzlu Müharibə Tədqiqatları İnstitutunun Rusiya-Ukrayna müharibəsinə dair hazırladığı gündəlik hesabatda bildirilib. "Ukrayna rəsmilər
17:50 0 İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə
14:09 172