Şəhidlərin meyitlərinin Xəzər dənizinə tökülməsinə imkan verilmədi - FOTO-VİDEO
Rejissor Vahid Mustafayevin bu günlərdə ekrana çıxacaq "Qanlı Yanvar" filmində həm də çoxları ilk dəfə 25 il əvvəl hadisələr zamanı dənizçilərin qəhrəmanlığı ilə tanış olacaq. Həmin vaxt sovet hərbçilərinə müqavimət göstərənlərdən biri onlar olub.
1990-cı ilin 20 yanvarında Azərbaycana hücum edən sovet ordusunun Bakıda törətdiyi qətliam haqqında dünyaya ilk xəbəri dənizçilər verib. 19-dan 20-ə keçən gecə növbədən qayıdan 124 gəmiyə Bakı Buxtasına yan almağa sovet hərbçiləri icazə vermir. Törədilən qətliamdan xəbər tutan dənizçilər mübarizəyə başlayır. İlk addım isə dünyaya SOS həyəcan siqnalının verilməsi olur. Çünki, sovet hərbiçiləri Azərbaycanın yeganə telestudiyasının enerji blokunu partlatmaqla Bakıda baş verənlərin dünya çatdırılmasının qarşısını almışdılar.
Keçmiş gəmi kapitanı Kərəm Məmmədovun sözlərinə görə, SOS həyacan siqnalını verəndən bir saat sonra siqnal Baltik, Qara və Aralıq dənizlərinə çatıb: "Sonra biz tələbnamə hazırladıq. Təlabnamədə yazılmışdı ki, sovet qoşunları Bakıdan çıxmasa, qara şəhərdə olan neft rezervlərinə od vurub yandıracağıq".
Dənizçilərin mübarizəsi bununla bitmir. Onlar sovet ordusunun hərb maşını ilə qırdığı yüzlərlə günahsızın meyitinin izi itirmək niyyətilə Xəzər dənizinə tökülməsinin qarşısını da vaxtında alırlar.
Keçmiş "Neft-Qaz 64" gəmisinin kapitanı Rövşən Dəmirov: "Bizə xəbər gəldi ki, onlar meyitləri iki gəmidə gətirirlər. Dənizə tökəcəklər. Biz də lövbəri qaldırıb o gəmilərin qarşını kəsməyə getdik. Yarm saat ərzində bizim gəmini atəşə tutdular. Dəniz qaydalarına görə gəmi saya oturanda gəminin qırmızı işığını yandırırlar. Biz də gəmidə olan iki ədəd qırmızı işığı yandırdıq. Ondan sonra onlar bizdən aralandılar".
O zaman gəmidə keçirilən toplantıda kapitanlar dənizçilərə xilasedici gəmilər vasitəsilə sahilə getməyi təklif etsə də, heyət üzvlərin birmənalı olaraq təklifdən imtana edib sona qədər mübarizəni davam etdirirlər.
Keçmiş "Şirvan 2" gəmisinin kapitan köməkçisi Ağalar İbrahimov: "Həmin vaxt "Sabit Orucov" adına gəmini hərbiçilər gülləboran etdilər. Hərbçilər bundan sonra gəmidə olan 22 nəfəri həbs etdilər. Onlardan 3 nəfəri gəmidə saxlanılmaqla 19 nəfər Şüvəlan təcridxanasına aparıldı. Onların içərisində mən də var idim".
Həmin hadisələr zamanı sovet ordusu ilə mübarizə aparanlarla yanaşı qəhrəman dənizçilərimizin göstərdiyi şücaətlərdə kinorejissor Vahid Müstafayevin ssenarisi əsasında çəkilinə "Qanlı Yanvar" filmində əksini tapıb.
Qətliamın ən xırda detallarının belə unudulmadığı film yanvarın 20-də bütün ölkə ərazisində ümumxalq nümayişinə çıxarılacaq.
anspress.com



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1408 Tarix: 20 yanvar 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA
Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ
16:29 143 Qərb ölkələrində qadın cinayətlərinə görə ömürlük həbs cəzası verilir... Bəs ölkəmizdə niyə cəzalar artırılmır?
Niderland, Belçika kimi Avropa ölkələrində qadın cinayətləri ayrıca keteqoriya olaraq hesab edilir və buna görə ağır cəzalar verilir. İtaliya isə qadını öldürən şəxsi ömürlük həbs cəzasına məhkum edir. Ölkəmiz isə dünyada qadın cinayətlərinə görə ən az həbs cəzası verilən ölkələrdəndir. Bizdə qadın cinayətin
15:03 210 Tayland Kamboca müharibəsində son durum
Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v
15:55 122 Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)
Güclü hava qüvvələri istənilən ölkənin müəyyənedici xüsusiyyətidir və onun dünya siyasətinə təsiri haqqında çox şey deyə bilər. Bu, bir çox ölkənin qırıcı təyyarələrin və digər təyyarələrin təkmilləşdirilməsinə investisiya qoymasının səbəblərindən biridir. Qaynarinfo xəbər verir ki, "Slash Gear"
17.12.2025 402 Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı
Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal
15:10 166 "Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu
Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə
11:56 305 Gənclər risk altındadır: elektron siqaretlərə qarşı sərt tədbirlər vacibdir
"Elektron siqaretlər mütləq şəkildə qadağan edilməlidir. Çünki bu məhsullar müxtəlif kimyəvi maddələrdən istifadə olunmaqla hazırlanır. Bu isə onların ənənəvi tütün siqaretlərindən daha zərərli olması ehtimalını artırır. Adi tütünün zərərli olduğu danılmazdır, lakin onun tərkibi məlumdur və bitk
15:19 148 Avropa Birliyi ölkələri Rusiyadan qaz alışını dayandıracaq
Avropa Parlamenti Avropa Birliyi ölkələrindən 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz idxalını dayandırmağı tələb edən qanun layihəsini qəbul edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını 2026-cı ilin sonuna qədər, boru kəmər
12:51 158 Ölkəmizdə humanizmin növbəti təntənəsi
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden
10:35 208