Neftin qiymətinin ucuzlaşması Azərbaycanı qorxutmur

Neftin qiymətinin ucuzlaşması Azərbaycanı qorxutmur"Manat artıq avrodan bahadır".

Neftin qiyməti praktiki olaraq hər gün ucuzlaşaraq son illərdə olan rekord həddə çatıb: yanvar ayının 14-də Brent və WTI markalı neftin qiyməti bir barel üçün 46 dollardan ucuz olub.

Çox güman ki, əgər kotirovkaları 2008-2009-cu illər üçün olan göstəricilər üçün müqayisə etsək və analitiklərin proqnozlarına inansaq bu, hələ son deyil.

Bir çox neft hasil edən ölkələr üçün bu, bu gün bir nömrəli problemdir. Amma postsovet məkanında neft çıxarılması ilə məşğul olan neft bazarlarından gündəlik xəbərləri sevinclə qarşılamasalar da panika ilə reaksiya verməyən dövlət var. Bu, Azərbaycandır.

Bu barədə Deutsche Welle-də ("Alman dalğası") dərc edilmiş "Neftin qiymətinin ucuzlaşması Rusiya üçün olduğu kimi, Azərbaycan üçün qorxulu deyil" adlı məqalədə deyilir.

Məqalədə qeyd edilir ki, neftin qiymətinin ucuzlaşması ucbatından Rusiyada rubl 2014-cü ildə olan dəyərindən 40 faiz ucuzdur və ucuzlaşmaqda davam edir, bu isə böhranı sürətləndirir.

Azərbaycan manatı isə öz dəyərini faktiki olaraq saxlayıb, hətta avroya nisbətdə möhkəmləndirib də. Buna alman-Azərbaycan əmtəə-istehsalat palatasının icraçı direktoru və idarə heyətinin üzvü Florian Şröyder (Florian Schröder) diqqəti cəlb edib.

"İndiyə qədər Azərbaycana dollar kütləsinin azalması üçün külli miqdarda pul yatırılıb. Bu tədbirin və neftin qiymətinin ucuzlaşması, cəmdə sıfıra bərabər effekt verdi. Manat avrodan bahadır. Güclü manat ixrac iqtisadiyyatı üçün problemdir", - o qeyd edib.

Amma kursun enməsi üçün Şröyder xüsusi səbəb görmür:

"Əgər devalvasiya olsa, mənim fikrimcə, səthi olacaq".

Azərbaycanın vəziyyəti Rusiyanın vəziyyətindən kəskin şəkildə fərqlənir, rublun dəyərdən düşməsinin səbəbi kapital axını və xarici investorların getməsi oldu, Şröyder təhlil edir:

"Azərbaycanda buna bənzər heç nə müşahidə edilmir".

Bakı bu gün də iqitsadi inkişafın yüksək göstəricilərini nümayiş etdirir, məqalədə qeyd edilir:

"Bu, 2000-ci illərin ortalarında olan 20 faizlik sıçrayışlar deyil, amma 2015-ci ilə Dünya Bankının ÜDM proqnozu 4,3%-dən ibarətdir. Azərbaycan iqtisadiyyatının özəlliyi Rusiya iqtisadiyyatı ilə müqayisədə, o qlobal iqtisadiyyata elə də güclü sövq etməyib və ona görə də xarici şoklardan daha yaxşı qorunub", - Şröyder deyib.

Amma əgər neftin qiymətləri əvvəlki səviyyəyə qayıtmasa, Bakı əlavə tədbirlərsiz keçinə bilməz, ekspertlər əmindirlər.

"Axı, ölkə büdcəsi neftin bir barelinin 90 dollar orta illik qiyməti ilə müqayisə edilib. Azərbaycanın Mərkəzi Bankı 2014-cü ilin payızında 2015-ci il üçün proqnozlarını kotirovkaların bir barel üçün 90 dollar həddinə qayıdacağı ehtimalı üzərində qurub, bu, Azərbaycan İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) analitik məktubunda qeyd edilib. Neftin dünya bazarlarında azalması, kotirovkaların isə sürətlə artması ehtimalı varmı?", - məqalədə qeyd edilib.

"Azərbaycan hakimiyyəti cari il üçün büdcəyə yenidən baxmalı olacaq. Gəlirlər maddəsində aşkar problemlər yaranır, amma bu, Bakı siyasətçiləri üçün həlledilməz deyil", - Almaniya əmtəə-istehsalat palatasının Şərqi Avropada Federal Birliyinin (DIHK) rəhbəri Tobias Bauman (Tobias Baumann) belə hesab edir.

Amma Azərbaycan ən pessimist ssenaridə belə öz makroiqtisadi sabitliyi üçün narahat olmaya bilər, məqalədə qeyd edilib:

"Azərbaycan əhalinin sayına görə ən aşağı borc səviyyəsinə malik ölkələrdən biridir. Neft Fondunda (SOFAZ), eləcə də Mərkəzi Bankda ehtiyatlar mövcuddur. Mövcud rəqəmləri interpretasiya edirəm, belə ki, bu gün mövcud olan şərtlərə əsasən neftin bir barelinin qiyməti 50 dollar olduğu halda belə ölkə 10 il dayanacaq", Florian Şröyder yekunlaşdırıb.

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 858   Tarix: 17 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətindəki Staritsa yaşayış məntəqəsi üzərində nəzarəti ələ alıb. "Report" bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir. Nazirlik bildirib ki, qoşunlar ölkənin içərilərinə doğru irəliləyiblər. Ukraynanın rəsmi qurumları hələ ki, b

18.05.2024 184
.

Sabah da yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanı

18.05.2024 414
.

Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycanın milli məhsullarının dequstasiyası keçirilib. "Report"un Rusiya bürosunun məlumatına görə, tədbirin təşkilatçıları qismində "Azərbaycan" pavilyonunun rəhbərliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaları

18.05.2024 131
.

Qırmızı dənizdə tanker raketlə vurulub

Panama bayrağı altında üzən neft tankeri Yəmənin Moha limanından 10 dəniz mili cənub-qərbdə raket zərbəsi nəticəsində zədələnib. Məlumata görə, gəminin göyərtəsində yanğın baş verib. Mayın 18-nə keçən gecə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi Yəmənin Hudeyda liman şəhərini

18.05.2024 150
.

Qara dənizdə gəmi batıb

Qara dənizdə Tanzaniya bayrağı altında üzən "Mohammed-Z" gəmisi batıb. "Report" xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası məlumat yayıb. Məlumata görə, gəmi Rumıniyanın Sfıntu-Qeorqe şəhərindən 26 dəniz mili aralıda batıb. Qeyd edilib ki, "Mohammed -Z"i

18.05.2024 139
.

Rəşad Dağlının qızı əməliyyat olundu

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının qızı Bətül xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, onun qolunda problem yaranıb. Bətül xəstəxanalardan birində əməliyyat olunub. Həmin görüntüləri R.Dağlının oğlu Yusif sosial şəbəkədə paylaşıb. O bildirib ki, bacısı özünü yaxşı hiss edir

18.05.2024 965
.

Məleykə Abbaszadə: "Ola bilsin ki, model dəyişsin"

"Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir". "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbu

18.05.2024 341
.

Rusiya XİN: Fransanın dənizaşırı ərazilərdəki siyasəti dalana dirənib

Rusiya Xarici İşlər Nazirliyi Fransanı etirazçılara qarşı əsassız zorakılıqdan çəkinməyə və Yeni Kaledoniyanın yerli əhalisinin hüquq və azadlıqlarına əməl olunmasını təmin etməyə çağırıb. "Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib

18.05.2024 152
.

Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb

Türkiyənin Van şəhərində, İranla sərhəddəki Başkelə rayonunda hərbi maşın aşıb. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub. Qəza nəticəsində 11 hərbçi yaralanıb. Onlardan 6-sının durumunun ağır olduğu bildirilib

18.05.2024 163