Hesabat ili - VİDEO

Hesabat ili - VİDEODaha bir müstəqil il yaşadıq. Mürəkkəb geosiyasi şəraitə, müxtəlif dövlətlərin təzyiqinə baxmayaraq müstəqilliyin daha bir uğurlu ilini yola salırıq. Bu ilin dalınca su atanlar da, qan tullayanlar da oldu. Amma yeni ilə hər yerə baxırsan dağılır, yanır, aclıq və səfalət, qeyri-sabitlik və Azərbaycan sabitdir, çiçəklənir, inkişaf və rahatlıq var, bir sözlə dağılan dünyanın fonunda qurulan Azərbaycan əhval-ruhiyyəsi ilə keçirik.

İli 2013-cü ilin Adamı İlham Əliyevlə başlamışdıq. Bu ilin fevral ayında dövlət başçısının Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupundan bu mükafatı qəbul edərkən dedikləri bu ilin də müstəqilliyə sərf olunacağının anonsu və avansı oldu.

"Təhlükəlidir! "Yer Kürəsi adlanan otağımızdan qaz iyi gəlir, pəncərələri açmadan işığı yandırmaq olmaz" tələb edən şəraitdə hər bir addım ölçülüb biçilməli idi. Bu gün Avropanın Rusiyanın neft və qaz asılılığından azad olunması yolunda Azərbaycan mühüm bir stansiyadır. Bu ölkə əlbəttə İran kimi, Rusiya kimi, hətta Türkmənistan kimi zəngin yataqlara malik deyil, amma yerləşdiyi geosiyasi şərait onun qlobal dəyərini artırır. Rusiya-Avropa rəqabətinin tədricən müharibəyə çevrilməsi ilə Azərbaycanın əhəmiyyəti birə-beş artır. Biz tam sürətlə "Cənub qaz dəhlizi"nə çevrilirik.

"Neft və qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Komandanın bütün üzvləri bu gün bu salondadır. Əminəm ki, bizim birgə fəaliyyətimiz uğurlu olacaq və bizim komandamız qələbə qazanacaqdır. Qoy yolumuz açıq olsun" – deyə prezident İlham Əliyev bildirmişdi.

Türkiyə ilə müştərək layihələrin əhəmiyyəti də elə onun ölkənin müstəqilliyinə işləməsi ilə ölçülür. Beləliklə, artıq hələ ilin əvvəlində bəlli idi ki, Azərbaycan müstəqilliyini bölüşmək, kiminləsə paylaşmaq niyyətində olmayacaq. Respublika Avropa bazarına bütün ciddiyyəti ilə daxil olmaqda davam edir. Varlanmaq, güclü maliyyə-iqtisadi ehtiyatlara malik olmaq həm də müstəqil olmaqdır. Nə qədər varlısansa, bir o qədər də müstəqilsən - anlayışı vətəndaşlarımızın rifahında da özünü göstərdi. Sosial layihələr uğurla həyata keçirildikcə vətəndaş-vətən münasibətlərinin məzmunu da dəyişirdi. Necə deyərlər vətən cənnətə çevrilirdi. Amma bu cənnəti bəyənməyən. Behişti uzaq Suriya səhralarında axtaranlar, buna görə hətta öz canlarını, ailələrini qurban verməyə amadə olanların hərəkətləri nümayiş etdirdi ki, istiqlal heç də hamının qandığı anlayış deyil. Dini radikalların, xüsusilə vəhabilərin ölkəni təlim laboratoriyasına çevirmək planları, necə deyərlər xaricdə öyrənib daxildə tətbiq etmək istəklərinin ifşa olunmasında ANS özünəməxsus rol oynadı. Məhz ANS-in həyəcan siqnalı ilə hüquq-mühafizə orqanları, Qafqaz Müsəlmanları İdarəsi və Milli Məclisədək bütün institutlar, təchizatlar səfərbər oldu. Genişmiqyaslı əməliyyatlara start verildi. Məlum oldu ki, bu qozbellərin boylarının böyük bir hissəsi yerin altındaymış…

Hər halda dövlət öz gücünü göstərdi və alınlarını səccadə edənlərin böyük bir qrupunun başını səhvən qələt edib yerə döydükləri üzə çıxdı. Onlar Azərbaycanda qondarma Məkkə və Yalançı Mədinə yaratmaq arzuları ilə şizofreniyadan əziyyət çəkdiklərini isbat etdilər.

Dövlət isə müstəqilliyi üçün yaranmış bu təhlükənin altından peşəkarcasına çıxdı. Qanunların sərtləşdirilməsi isə cənnət ardınca uzaq səhralara yola düşənlərə pis bir xəbər oldu. İndi onları Azərbaycanda ətəklərində namaz qılmağa yox, həbsə salmaq məqsədilə gözləyirdilər. Qeyri-qanuni silahlı birləşmələrin tərkibində döyüşdüklərinə görə. Hadisələrin gedişi onu da göstərdi ki, bu adamlardan heç biri Hələbdə Nəsiminin qəbrini qorumağa getməyib. Sadəcə silah tutmağı, adam öldürməyi öyrəniblər ki, gəlib Azərbaycanda baş kəsib, qan töküb, ad çıxarsınlar…

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 938   Tarix: 30 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133