Deputat olacam

Deputat olacam"Xalqımızın mənə qarşı olan istək və rəğbətini görmüşəm".

Azərbaycanın əməkdar artisti, bəstəkar-müğənni Elza Seyidcahan 2015-ci ildə keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürəcək.

BiG.AZ xəbər verir ki, bu barədə azvision.az-a müğənni özü məlumat verib.

O, qeyd edib ki, əgər dövlətimiz məsləhət görərsə millət vəkilliyinə öz namizədliyini verəcək:

"Hər kəs öz sənətinin millət vəkilidir. Biz də neçə illərdir ki, hörmətli millət vəkillərimizlə birlikdə dövlət tədbirlərində iştirak edirik. Əgər biz həmin tədbirlərdə özümüzü doğrultmasaydıq, millət vəkilləri bizi həmin yerlərə aparmazdılar. Mən xarici ölkələrdəki konsertlərimdən sonra səfirliklər tərəfindən deputatlığa namizədliyimi verməyimlə bağlı bir çox təkliflər alıram.

Səfirliklərdən bildirirlər ki, mən millət vəkili və diplomat xanımam. Tək başına apardığım konsertlərimdə də Azərbaycanın, Qarabağın tarixindən bəhs edən kitabları Avropada yaymışam. Hər zaman konsertlərə gedəndə özümlə bərabər çoxlu kitablar aparıram. Həmin kitablarda isə Azərbaycanın musiqisi, incəsənətindən bəhs olunur. Bədxah qonşularımızın bizim başımıza gətirdikləri faciələrdən bəhs edən kitablarını da xarici ölkə vətəndaşlarına paylamışam".

Mügənni bildirib ki, bəzi icra başçıları ona millət vəkili olmağı təklif edirlər.

"Rayon icra başçıları isə deyirlər ki, həmin bölgədən millət vəkili olsam, mənimlə fəxr edəcəklər. Mən insanlarla dil tapmağı çox gözəl bacarıram. Arif Məlikov da uzun illər millət vəkili olub. Dəyərli sənətkarımız Zeynəb Xanlarova da millət vəkilidir. Əgər dövlətimiz məsləhət görərsə, mən də millət vəkilliyinə öz namizədliyimi verəcəyəm. Niyə də olmasın ki? Mən bunu özümə şan-şöhrət deyil, borc bilərəm. Bakının kəndlərinə baxdıqca fəxr edirəm. Kəndlərimiz avropalaşıb".

Əməkdar artist qeyd edib ki, seçkilər zamanı onun seçilmə ehtimalı daha çoxdur. Çünki, bölgələrdə hər kəs onu sevir:

"Deputat seçilmə ehtimalım daha yüksəkdir. Neçə illərdir ki, mən Azərbaycanın rayonlarını qarış-qarış gəzib, istedad sorağına çıxmışam. Bölgələrdə yaşayan xalqımızın mənə qarşı olan istək və rəğbətini görmüşəm. Özümü xalqımızın və dövlətimizin yolunda xidmət etməyə nizamlamışam. Xaricdən isə mənə təkliflər gəlir ki, gedib orada yaşayım. Mən xalqımızı, vətənimizi və dövlət başçımızı sevdiyim üçün başqa ölkədə yaşamağı da özümə rəva bilmirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1486   Tarix: 23 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059