Boşanmış ailələrin uşaqları

Boşanmış ailələrin uşaqlarıYazının başlığını oxuyan kimi boşanmış ailələrin uşaqlarının problemlərindən danışacağımı düşünməyin. Əksinə, bu yazıda belə ailələrin problemlərindən bəhs edərək evliliyinə son qoymaq istəyən ailələrə qərarlarını bir daha nəzərdən keçirmələrinə və gələcəkdə peşman olacaqları qərarlar verməmələrinə kömək etmək istəyirəm. Çünki bu məsələdə həm mühafizəkar, həm də bir az pessimist düşünürəm.

Həyatda ən sevdiyi iki insan - anası və atası ayrı yaşayan bir uşağın dərdlərinə necə çarə etmək olar, onun bu yarasına necə məlhəm qoymaq olar? Yoldaşları məktəbdə ailələri ilə keçirdikləri gəzintilərdən danışanda, küçədə ata-anasının əlindən tutub gedən bir uşaq görəndə qəlbi sınan bu körpəyə hansı sözlərlə təsəlli vermək olar? Kim güldürə bilər bu solğun üzü, kim xoşbəxt edə bilər? Bəs beynini yeyib gəmirən suallar? Onlara necə, cavab tapmağa cəsarətiniz varmı? Boşanmış ailələrin uşaqlarının ən böyük problemləri valideynlərinin ayrılmasında özlərini günahkar saymalarıdır. Bu günahkarlıq psixologiyası ilə intihar edən, ölümləri ilə valideynlərinin yenidən birləşəcəyinə və xoşbəxt olacağına inanan uşaqlar var. Çünki boşanma ərəfəsindəki dava-dalaşlarda istər ata, istər ana, tez-tez uşaqlarını bəhanə edərək qarşı tərəfi insafa gətirməyə calışırlar.

Bəlkə də siz boşanıb canınızı qurtarırsınız, bütün baş verənləri unudursunuz, ancaq usaqlarınız əsla! Çünki siz əvvəlki həyat yoldaşınızı nə qədər sevməsəniz də, o nə qədər sizə yad olsa da, uşağınızın atası və ya anasıdır. Uşağınızın onu unudacağını və ya sizin kimi rahat olacağını heç vaxt gözləməyin. Hətta o, şahid olduğu dava-dalaşlarınızı həyatının sonuna qədər unutmayacaq və həmişə o qəmli xatirələrin təsiri altında yaşayacaq.

Yəni, "evləndim, ancaq bir-birimizi başa düşməsək, ayrılarıq", - kimi ilk baxışdan məsum görünən bir fikir bizim vasitəmizlə dünyaya gələn bir insanın bütün ömür boyu əzab çəkməsinə səbəb olursa, buna qərar verməzdən əvvəl yaxşıca düşünmək lazımdır. Çünki atası və ya anası olmağımız onun həyatını məhv etmək haqqı vermir bizə!
Bir də hər şey uşaqların problemləri ilə bitmir. Övladını böyütməkdə tək qalan valideyn onun təlim-tərbiyəsində də həm maddi, həm də mənəvi baxımdan tək qalır. Uşaq ata və ya ananın tərbiyəsindən məhrum qaldıqca bu boşluğu, xüsusilə yeniyetməlik dövründə ətrafdakı yoldaşları doldurur. Əgər o yoldaşları tərbiyədən, əxlaqdan məhrumdurlarsa, artıq onu əldə saxlamaq da haradasa qeyri-mümkün olur.

Övladımızın xüsusilə də gənclik illərində, ata-ana sevgisinə və qayğısına ehtiyac var. Boşandıqdan sonra ikinci bir ailə həyatı qursanız belə, problemler bitmir. Hər şeydən əvvəl yeni həyat yoldaşınızın bu uşaqları qəbul etməsi, onlarla öz övladları kimi davranması çox çətindir. O, qəbul etsə belə, uşaqlarınız yeni həyat yoldaşınızı öz ata və ya anasının yerinə qoymayacaq. Həqiqəti demək lazımdırsa, boşanmış ailələrin dərdlərinə çarə ancaq ailənin yenidən birləşməsindən keçir.

Bir ailə qurulursa, iki insan həyatını birləşdirirsə, bu müqavilə ömür boyu olmalıdır. Əgər beyninizdə haradasa, "bir-birimizi başa düşməsək, boşanarıq" fikri varsa, ən yaxşısı hec ailə qurmamaq və ya uşaq sahibi olmamaqdır. Çünki həyat sizin həyatınız olsa da, artıq ailə qurduğunuz günlərdəki kimi iki nəfər deyilsiniz. Əgər ortada övladlarınız varsa, ailə daxilində baş verən hər şeyə qatlaşmağa dəyər. Dağılmış yuvanızın xarabalıqları altında qalan uşaqların problemləri ilə məşğul olmaq, inanın, ailə daxilindəki əziyyətlərə qatlaşmaqdan daha çətindir. Xüsusilə, üzümü əziz qadınlara tuturam. "Yuvanı dişi quş qurar" deyirlər. Yuvamızı qurmaq və onu qorumaq üçün hər cür fədakarlıq göstərməliyik. Qoy biz bir az cəfa çəkək, qoy karyeramız bir az gözləsin. Biz torpaq olaq ki, övladlarımız da gül olsunlar.

ailem.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1034   Tarix: 21 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121