Qələbə əlinizdən alındı

Qələbə əlinizdən alındı"Siz böyük qələbələrə layiq idiniz və bu qələbələr bütün dünyanın gözü qarşısında sizin əlinizdən alındı".

Prezident İlham Əliyev dekabrın 11-də İtaliyanın "İnter" komandası ilə keçirilən oyunda "Qarabağ" komandasının vurduğu qolun hakim tərəfindən hesaba alınmamasını hakim briqadasının qeyri-peşəkarlığı, yaxud da qərəzli mövqeyi nəticəsində baş verdiyini bildirib.

Dövlət başçısı ədalətsizliklə barışmağın çətin olduğunu, ölkəmizin də bir sıra məsələlərdə bu faktla qarşılaşdığını vurğulanıb. Qeyd etdi ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan azadlıq, müstəqillik yolu ilə gedir və heç bir qüvvə ölkəmizi bu yoldan döndərə bilməz. Klubun adının "Qarabağ" olmasının da komandanın üzərinə əlavə məsuliyyət qoyduğunu deyən prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, gələcəkdə bu komanda xalqımızı sevindirməkdə davam edəcək.

Komandanın baş məşqçisi Qurban Qurbanov onların fəaliyyətinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Qeyd etdi ki, dövlətimizin başçısının diqqət və qayğısı onların gələcək işlərində mühüm stimul olacaq. Qurban Qurbanov komandanın yenə də eyni əzmlə çalışacağına əminliyini ifadə edib.

"Qarabağ" futbol klubunun vitse-prezidenti Tahir Gözəl son oyunları ilə azarkeşlərin rəğbətini qazanan komandanın hakim ədalətsizliyinə baxmayaraq, ruhdan düşmədiyini dedi. Son hadisə ilə bağlı Avropa futbol ictimaiyyətində də böyük narahatlıq hisslərinin yaşandığını deyən Tahir Gözəl "Qarabağ" futbol klubuna, ümumilikdə ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıq edib. Tahir Gözəl dövlətimizin başçısına klubun xatirə hədiyyələrini təqdim edib.

Prezident İlham Əliyev keçirilən son oyunda hakimlərin ədalətsizliyinə qarşı emosiyalarını cilovlayaraq yüksək mədəniyyət nümayiş etdirən komandanın artıq tarixə düşdüyünü deyib. "İdman indi dünyada ictimai fenomendir", - deyən dövlətimizin başçısı gələn il ilk Avropa Oyunlarının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının Bakıda keçiriləcəyini, bununla da Azərbaycanın sivilizasiyalararası dialoqun daha da möhkəmləndirilməsinə töhfə verəcəyini bildirdi. 2020-ci ildə isə Bakının futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi şəhərlər sırasında olduğunu deyən Prezident İlham Əliyev bir daha komandanın üzvlərini təbrik etdi, onlara müvəffəqiyyətlər arzulayıb.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1424   Tarix: 18 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Səfir: Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. "Report" xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib. O bildirib ki, Qazaxıstan bütün proseslərə kömək etməyə hazırdır: "Bu, həm də Rusiya

04.05.2024 155
.

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ağcabədi rayonunun Qaradolaq kəndində "KamAZ" markalı yük avtomobilinin qoşqusunda olan istifadəyə yararsız 8 ədəd minik avtomobilinin yanar hissələr

04.05.2024 202
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 196
.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 272
.

ABŞ kəşfiyyatı: Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir

Birləşmiş Ştatların kəşfiyyatı hesab edir ki, Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir. "Report" xəbər verir ki, bu sözləri ABŞ Milli kəşfiyyatı direktoru Evril Heyns Konqresin Senatının Silahlı Qüvvələr Komitəsində keçirilmiş dinləmələrdə deyib. Rusiya və Çin arasındak

12:40 114
.

Astarada 22 yaşlı velosipedçi körpüdən çaya düşərək ölüb

Astarada velosipedçi bədbəxt hadisə nəticəsində ölüb. "Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə dağlıq kəndi olan Pəlikeşdə qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə körpü üzərində hərəkətdə olarkən müvazinətini itirərək Şümrüd çayın

04.05.2024 257
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 241
.

NATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq

Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub. "Report" xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina "X" hesabında yazıb. Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam olduğun

04.05.2024 157
.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

04.05.2024 181