Beyninizin gənc qalmasını istəyirsiniz?

Beyninizin gənc qalmasını istəyirsiniz?Danılmaz faktdır ki, bu gün gənclərin əksəriyyəti ümumiyyətlə kitab oxumağı sevmir. Ona verilən pulu itirmiş hesab edir və istər elektron, istərsə də adi kitablardan uzaq durur. Fikirlərini daha çox məşğul edən kompüter, telefon, film, gəzinti və digər əylənclərə vaxt ayırmaq daha xoş olduğundan saatlarla bir kitabı bitirməyə çalışmaq elə də maraq çəkmir.

İnsanların bir qismi düşünür ki, kitab oxumaq vaxt itkisidir. Əksəriyyət isə kitabın verdiyi faydaların saysız olduğu iddiasındadır və kitab oxumayanı boş insan hesab edir. İki fikir arasında qalanlar isə boşluğu müxtəlif filmlərlə doldurmağa çalışırlar.

Bəs həqiqətən də filmlər kitabları əvəz edə bilərmi? Bəli. Filmlər kitabları əvəz edə bilir. Amma sadəcə, hər hansı bir məlumat, proses, hadisədən xəbərdar olmaq və ümumilikdə hansısa yazarın hansı fikirlər irəli sürdüyünü öyrənmək baxımından. İnsanın şəxsi bazası isə film seyr edərək alınan məlumatları faydalı olaraq qəbul etmir.

Çünki filmlər insanları düşündürmür, səbəb-nəticə axtarışına vadar etmir, film izləyərkən analiz qabiliyyəti işə düşmür və əslində 3 günlük mütaliə ilə yekunlaşmalı olan bir hadisə film sayəsində 3 saata tamamlanır. Bu isə o deməkdir ki, insan sadəcə 3 saatını itirir, əvəzində isə qısamüddətli hiss və fikirlərə sahib olur.

Ötən il Yıldız Teknik Universitetinin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, 90 dəqiqəlik hər hansı bir janrda olan film izləmək insan ömründən 33 dəqiqə alır. Eyni zamanda 1 film izləmək insan beyni və yaddaşını 1 həftə geriyə saxlayır ki, bu da mütəmadi film izləyənlər üçün yaddaşda problem yaranması üçün kifayət hesab oluna bilər.

Əksinə, daim mütaliə edənlər kitabları yarı-yarı oxuduqları üçün qaldıqları hissəni xatırlamaq, eyni zamanda oxuduqlarını düşünmək və analiz etmək qabiliyyətinə malik olurlar ki, bu da beynin gənc qalmasına kömək edir. Xüsusən unutqanlığı əngəlləmək üçün mümkün qədər az film izləməkdə fayda var.

Psixoloq Qurban Talıblının fikrincə, kitab oxumağın yerini hər hansı bir filmin alması qeyri-mümkündür. İnsan filmdən zövq ala bilər, hadisələrin gedişatında özünü hadisənin qəhrəmanı kimi isə görməz. Əsas məsələ anı yaşamaq və problemlərdən çıxış yolunu tapa bilməkdir:

"Film imkan vermir ki, insan beynini işə salsın, analiz qabiliyyətindən istifadə etsin. Film çeynənilmiş qidanı udmağa bənzəyir, kitab isə əskinədir. Heç bir film, tamaşa, səyahət 1 kitabın verdiyi müsbət auranı, düşünmə qabiliyyətini, əhvalı, biliyi vermə imkanına malik deyil. Kitab oxumaq başqa üsullarla müqayisədə insana sakitləşməyə və yüngülləşməyə tez bir zamanda kömək olur.

Qiraət edərkən əzələlərin gərginliyi aradan qalxır və ürək döyünməsi normallaşır. Bundan başqa, kitab oxumağın insan üçün digər əvəzedilməz faydaları da var. Kitablar xüsusilə uşaqların zehni, hissi, sosial və dil inkişafında önəmli tədris vasitəsidir. O uşağın yaradıcı təxəyyül gücünü genişləndirir, inkişaf etməkdə olan daxili və xarici dünyasına öz müsbət təsirini göstərir. Bu nöqteyi-nəzərdən heç bir film 1 kitabı əvəz edə bilməz".

ekspress.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1314   Tarix: 18 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?

İki gün öncə baş verən yol-nəqliyyat hadisəsində qəribə bir hal yaşanıb. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar. Halbuki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. insanla

27.04.2024 512
.

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib. "Report" xəbər verir ki, bu barədə "Reuters" vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb. Agentlik bildirib ki, "Tesla"nın baş direktorunun "elektromobil istehsalçısı üçün ikinci ən böyü

28.04.2024 281
.

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb. "Report" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb

21.04.2024 296
.

Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB

Evləndikdən sonra üzüklərin dəyişdirilməsi ənənəsi var. Yeni evlənən cütlüklər bir-birinin sağ əlinin 4-cü barmağına üzük taxırlar. xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrində toy üzükləri fərqli barmaqlara taxılır. Dini baxımdan. Məlumdur ki, xristianlar sağ əllərinə üzük taxırlar

27.04.2024 795
.

Tarixin ən davamlı avtomobilləri - SİYAHI

Tarixin ən davamlı avtomobilləri məlum olub. xarici mətbuata istinadən xəbər verir ki, siyahıda "Toyota 4Runner SUV" başçılıq edir. Avtomobil vaxtında texniki qulluqla 483 min kilometrdən çox məsafə qət edə bilən 20 modeldən ibarətdir. Ekspertlər 1983-1989-cu illərdə istehsal edilən "Toyot

21.04.2024 529
.

Məşhur rejissor Baydenin seçki kampaniyasına qatılıb

Rejissor Stiven Spilberq ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçki qərargahı ilə avqustda keçirilməsi planlaşdırılan Demokratik Milli Konvensiyanın strategiyasını hazırlamaq üçün əməkdaşlıq edir. Uzun müddət Bayden tərəfdarı olan Spilberq artıq konvensiyanın təşkilatçıları ilə görüşlərdə fəal iştira

28.04.2024 341
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28.04.2024 443
.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21.04.2024 274
.

36 tarakan yeyib rekord qırdı

İnsanlar sırf məşhur olmaq və tarixə düşmək üçün çox şey edəcəklər. İdmançılar, musiqiçilər və ya rəssamlar - burada hər şey sadədir və istedadın olması ilə tənzimlənir. Əgər istedad yoxdursa, o zaman sadəcə sərt reallıqlara uyğunlaşmalı və normal insanların heç vaxt cəsarət edə bilməyəcəyi şeyləri etməlisən

28.04.2024 401