Düşmən gülləsi ev yandırdı - FOTO

Yalçın Quliyevə məxsus 2 mərtəbəli evdə yanğın baş verib

Goranboy rayonunun təmas xəttində yerləşən Tap-qaraqoyunlu kəndi bu gün Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalıb.

BiG.AZ saytı anspress.com saytına istinadən bildirirki, atəş nəticəsində kənd sakini Yalçın Quliyevə məxsus 2 mərtəbəli evdə yanğın baş verib. Yanğın zamanı evdə ev sahibinin həyat yoldaşı və iki körpə usagı olub.

Hadisə bu gün günorta saatlarında baş verib. Kənd sakinlərinin sözlərinə görə qarşı tərəf əsasən yandırıcı güllələrdən istifadə edib. Atılan güllələrdən biri evin ikinci mərtəbəsindəki otaqlardan birində olan televizora dəyib və partlayış baş verib. Ev sahibinin həyat yoldaşı Kamilə Quliyeva əvvəcə övladlarını bayıra çıxarıb.

Evin sahibi Yalçın Quliyev həmin vaxt evdə olmadığını bildirib: "Yas yerində idim, yoldaşım zəng elədi. Bu hadisə barədə mənə məlumat verən kimi evə qaçdim.İçəri girmək istədim girə bilmədim".

Hadisə yerinə FHN-nin Naftalan şəhər yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub. Alovun qonşu evlərə keçməsinin qarşısı alınıb. Yalçın Quliyevə məxsus 120 kvm lik evin 100 kvm əşyaları ilə birgə tamamilə yanıb.

Naftalan şəhər yanğından mühafizə hissəsinin rəisi ,Elçin Quliyev:" Məlumat daxil olmuşdu 12:14 dəqiqədə.Tez zamanda hadisə yerinə çixmişıq. Gördüyünüz kimi yanğının qarşısı alınıb. Xəsarət alan olmayıb"

Goranboyun Tap–qaraqoyunlu kəndi Ermənistan silahlı birləşmələrinin yerləşdiyi ərazindən 400 metr aralıdadır. Evlərin qarşı tərəfin mövqelərinə baxan istiqamətdə istinad divarları çəkilsə də bu hər zaman dinc əhalini təhlükədən qorumur. Sakinlərin sözlərinə əsasən son bir həftə əzində qarşı tərəf müntəzəm olaraq kəndi atəşə məruz qoyur. Atəşkəsin pozulması nəticəsində kənd sakinləri arasında ölən və yaralanan olmayıb.

Düşmən gülləsi ev yandırdı - FOTODüşmən gülləsi ev yandırdı - FOTODüşmən gülləsi ev yandırdı - FOTODüşmən gülləsi ev yandırdı - FOTODüşmən gülləsi ev yandırdı - FOTODüşmən gülləsi ev yandırdı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1165   Tarix: 06 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995