Qarabağla oyun öncəsi problemlərimiz var

Qarabağla oyun öncəsi problemlərimiz varNeftçi"nin baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına müsahibə verib.

BiG.AZ müsahibəni təqdim edir.

Arif müəllim, "Qarabağ"a qarşı oyuna hazırlıq barədə məlumat verərdiniz.

- Kubok matçından sonra bütün diqqətimizi "Qarabağ"la görüşə yönəltmişik. Təəssüf ki, heyətlə bağlı problemlərimiz var. Vobay və Kauenin zədəli olması planlarımızı müəyyən mənada pozur. Bundan başqa, Elvin Yunuszadə və Elnur Allahverdiyev cəzalı durumdadırlar. Bütün bu çətinliklərə baxmayaraq biz həftə sonu meydana yalnız qələbə üçün çıxacağıq.

- Bu futbolçuların yoxluğunda kimlərə şans verməyi düşünürsünüz?

- Son oyunlarda Nicat Qurbanov, Elvin Bədəlov və Emin Mehdiyevin xidmətindən yararlandıq. Müəyyən qədər oyun praktikasından əziyyət çəkirlər. Məsələn, "Qəbələ" ilə matçda Elvin Bədəlov müəyyən qədər çətinlik çəkmişdi, amma ikinci hissədə daha yaxşı oynadı. "Qaradağ Lökbatan" klubu ilə kubok matçında Emin Mehdiyev etimadı doğrultdu. Yəni oynadıqca bu problemlər də aradan qalxacaq. Onlar əsas heyətin üzvləridir və start heyətində möhkəmlənməyə çalışırlar. Komandada sağlam rəqabət mühiti formalaşıb və belə olan halda inkişaf da olacaq.

- "Qarabağ" klubu ilə matçı 6 xallıq oyun kimi də qələmə vermək olar. Bu görüş liderlə xal fərqini azaltmaq baxımından da əhəmiyyətlidir.

- "Neftçi" hər zaman yalnız çempionluq uğrunda mübarizə aparıb. Bu baxımdan qələbə qazanaraq xal fərqini azaltmaq istəyirik. Heyətlə bağlı çətinliklərimiz olsa da, meydana çıxacaq hər bir futbolçu yalnız qələbə üçün oynayacaq.

- Son oyunlardakı ardıcıl xal itkiləri və heyətlə bağlı problemlər komandada hər hansı psixoloji gərginlik yaratmayıb?

- Təbii ki, heyətdə cəzalı və zədəli futbolçular çox olanda sabit heyət qurmaqda çətinlik çəkirik. Bu mənada problemlər ola bilər. Amma psixoloji baxımdan hər şey qaydasındadır. Hər kəs üzərinə düşən məsuliyyəti anlayır və peşəkarlıqla əlindən gələnin ən yaxşısını etməyə çalışır.

- Son oyunlarda əsas heyətdə meydana çıxmış qapıçı Emil Balayev Almaniyanın "Ayntraxt" klubunda baxışdadır. Onun yoxluğu nə kimi təsir göstərir?

- Emil Balayev gənc və perspektivli qapıçıdır. Futbolda səhvlər qaçılmazdır. Bununla belə, biz Emilə şans verdik və o, ümidlərimizi doğrultdu. Onu əsas heyətdə meydana buraxmaqla legioner limitindən də daha səmərəli yararlana bilirdik. Bununla belə, klub rəhbərliyi də gənc yerli futbolçuların inkişafına hər zaman xüsusi həssaslıqla yanaşıb. Klubun da inkişaf strategiyası budur ki, gənc futbolçular burada özlərini inkişaf etdirib güclü xarici klubların diqqət mərkəzində düşsünlər. Bu ümumilikdə Azərbaycan futbolunun inkişafı baxımından əhəmiyyətlidir. Gələcəkdə digər futbolçularımız da legioner həyatı yaşamaq istəsələr, biz öz dəstəyimizi əsirgəməyəcəyik.

qol.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 652   Tarix: 06 dekabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Formula 1": Ferstappen Çin Qran-prisinin sıralama turunda birinci olub

"Formula 1" üzrə Çin Qran-prisində sıralama turu başa çatıb. "Report"un məlumatına görə, "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen birinci olub. Onun komanda yoldaşı Serxio Peres ikinci, "Aston Martin"dən Fernando Alonso üçüncü pillədə qərarlaşıb. Qeyd edə

20.04.2024 360
.

Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər

Bu gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Dubai Police Global Chess Challenge" şahmat turniri başlayır. Məlumata görə, üç kateqoriya üzrə təşkil olunan yarışda beş Azərbaycan şahmatçısı mübarizə aparacaq. Güclülərin döyüşündə Eltac Səfərli (2612), Aydın Süleymanlı (2607) və Əhməd Xaqan (2321

04.05.2024 171
.

İbrahimoviç "Milan"da dəyişikliklərə səbəb olacaq mühüm qərarlar verəcək

"Milan"ın keçmiş hücumçusu, hazırkı baş məsləhətçisi Zlatan İbrahimoviç komandanın yeni baş məşqçisinin seçilməsində, eləcə də yay transfer pəncərəsində futbolçuların alınmasında əsas rol oynayacaq. Bundan əvvəl mətbuatda isveçlinin Antonio Konteni baş məşqçi postuna dəvət etməkdə maraqlı olduğ

27.04.2024 303
.

Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm

Oyunçulardan razı qaldım. Onları "Neftçi"yə qarşı o qədər də çox motivasiya etmirəm. "Report" xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXII turunda "Neftçi" ilə qarşılaşmadan sonra keçirilən mətbuat konfransınd

05.05.2024 291
.

Messinin "İnter Mayami"yə transferinin sirri üzə çıxdı: müqavilənin yeni detalları

Lionel Messi çox tanış bir bənddən istifadə edərək David Bekhem ilə "İnter Mayami"nin ortaq sahibi ola bilər. xarici KİV-ə istinadən bildirir ki, Messi karyerasına 2023-cü ildə Fransa çempionu PSJ-dən ayrıldıqdan və Səudiyyə Ərəbistanına keçiddən imtina etdikdən sonra ABŞ-ın "İnter Mayami"

08.04.2024 964
.

"Transfermarkt" 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların adını açıqlayıb

Nüfuzlu "Transfermarkt" internet portalı 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların reytinqini dərc edib. Bu siyahıya "Bavariya"nın ingilis hücumçusu Harri Keyn başçılıq edir. "Transfermarkt"a görə 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçular:. 1. Harri Key

13.04.2024 359
.

Xarici klubların maraqlandığı futbolçu "Qarabağ"da qalacaq

Mövsümün ikinci yarısında xarici klubların diqqət mərkəzinə düşən futbolçu "Qarabağ"da qalacaq. xəbər verir ki, Premyer Liqa klubu 27 yaşlı oyunçunun sözləşməsini uzadıb. Tərəflər arasında razılıq əldə olunub və yaxın zamanda rəsmi açıqlama olacaq. Qeyd edək ki, Bəhlul 2021-ci ilin yayında

04.05.2024 212
.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21.04.2024 513
.

"Mançester Yunayted" Çempionlar Liqasında oynamayacaq - SƏBƏB

"Mançester Yunayted" növbəti mövsüm Çempionlar Liqasında oynamaq üçün riyazi şansını itirib. Belə ki, komanda İngiltərə Premyer Liqasının 35-ci turunda "Börnli" ilə heç-heçə edib - 1:1. İngiltərə çempionatının 34 oyunundan sonra Erik ten Haqın rəhbərliyi altında "Mançester Yunayted"

28.04.2024 351