Ev şəraitində dişləri ağartmaq üsulları

Ev şəraitində dişləri ağartmaq üsullarıDişlərə düzgün qulluq edilməsi onların sağlamlığı və gözəl görünüşü üçün əsas şərtdir.Dişləri hər gün səhər və axşam yeməyindən sonra, yatmazdan əvvəl düzgün təmizləmək lazımdır.Dişlərin təmizlənməsi 3 dəqiqə ərzində aparılır. Əvvəlcə dişlərin xarici, sonra daxili, daha sonra çeynəmə səthləri təmizlənir.

Dilin üzərində ağ ərp olduqda onu müvafiq yeri olan xüsusi diş fırçası ilə təmizləmək lazımdır.Axşam dişləri təmizlədikdən sonra barmaqlarla diş ətini masaj etmək tövsiyə olunur. Diş ətini masaj etmək üçün təmiz barmaqları onun üzərinə qoyaraq, dişlərə tərəf olmaqla dairəvi hərəkətlər etmək lazımdır.

Masaj 5-7 dəqiqə ərzində aparılır. Prosedurdan qabaq diş ətinə diş pastası da sürtmək olar. Ağız boşluğu və diş ətinin iltihabları zamanı masaj etmək olmaz.Hal hazırda stomatoloqlar dişlərin ağardılması üçün müxtəlif metodikalardan istifadə edirlər.Lakin ev şəraitində də bəzi xalq təbabəti üsuların köməyi ilə dişləri ağartmaq mümkündür. Bu vasitələrin arasında:

1. Ağcaqayın ağacının quru oduncağı ocaqda yandırılır və dişlər onun külü ilə təmizlənir. Dişlərin bəyazlığı üçün həmin vasitələrlə yanaşı qida seçimində də diqqətli olmaq lazımdır (tünd çay, qəhvənin qəbulundan imtina edin).

2. Diş məcununa limonun efir yağından 1 damcı əlavə edin və dişləri təmizləyin. Bu, dişlərin bəyazlığı ilə yanaşı ağızdan gözəl qoxu gəlməsinə səbəb olur.

3. "Stomanginol"dan istifadə etməzdən əvvəl ağız boşluğu və boğaz ilıq su ilə yaxalanaraq qida qalıqlarından təmizlənməlidir. Bundan sonra gigiyenik vasitədən 1 xörək qaşığı götürərək ağız boşluğunu və ya boğazı 3-5 dəqiqə qarqara etmək lazımdır. Qarqaradan sonra ağız boşluğu və ya boğaz su ilə yaxalanmamalıdır. Gündə 3-5 dəfə yeməkdən sonra qarqara olunması vacibdir.

"Stomanginol"dan müntəzəm istifadə edilməsi ağız boşluğunun və boğazın sağlam vəziyyətdə qalmasına zəmin yaradır. İstifadə etməzdən əvvəl gigiyenik vasitəni çalxalamaq lazımdır.

4. Möhkəm və çiy tərəvəzlər diş minasına zərər vermədən təmizləyici və ləkəçıxarıcı kimi də istifadə edilir. Təzə alma, yerkökü, kərəviz, paxla və s. meyvə və tərəvəzlərin tərkibindəki sellüloza bakteriyaları aradan qaldıran təbii aşındırıcı lifdir. Qəhvə və ya üzüm suyu içdikdən sonra mütləq bir alma yeyilməsini vərdiş halına gətirmək lazımdır.

5. 1 stəkan suda 1 ədəd hidrogen peroksid həbi həll edilir və ağız yaxalanır. Yaxşı effekt əldə etmək üçün proseduru həftədə 1-2 dəfə təkrarlamaq məsləhətdir.

Digər üsul: qulaq çöpü 3%-li hidrogen peroksidi məhlulunda isladılır və dişlər hər iki tərəfdən təmizlənir. Daha sonra dişləri yaxşı yaxalamaq lazımdır. Proseduru həftədə 1-2 dəfə etmək olar.

6. Bir neçə ədəd aktivləşdirilmiş kömürün həbləri yaxşı əzilir, dişlər alınmış tozla təmizlənir (diş pastası ilə də qarışdırmaq olar). Bu proseduru 1 ay ərzində həftədə 1 dəfə etmək kifayətdir.

7. Təbii çay ağacı yağı çox yaxşı ağardıcı və antiseptik vasitədir. Dişləri diş pastası ilə təmizləyin və yaxalayın. Sonra diş fırçasının üzərinə 2-3 damcı yağ damızdırın və dişlərə yüngül sürtün, daha sonra yaxşı yaxalayın. Bu vasitə həm də dişlərdə və ağız boşluğunda mikrobları öldürür, diş daşı ilə mübarizə aparır.

Dişlərin xalq təbabəti üsulları ilə ağardılması həkim təyinatı ilə aparılmalıdır. Dişlərin hidrogen-peroksidə, yağ və ya kömürə necə reaksiya göstərəcəyi məlum olmadığına görə bəyaz dişlər əldə etmək əvəzinə diş emalı zədələnə bilər. Ona görə də həmin prosedurlardan istifadə etməzdən əvvəl stomatoloqla məsləhətləşmək yaxşı olar.

oxu.az


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 7329   Tarix: 06 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

TOP MP3