Hamiləliyə ayrılan vəsait artırılacaq

Hamiləliyə ayrılan vəsait artırılacaq"Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2015-ci il üçün həm gəlirləri, həm də xərcləri 3 mlrd. 56,3 mln. manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 127,8 mln. manat və ya 4,4% çoxdur.

Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentin bugünkü iclasında Fondun 2015-ci il büdcəsi haqqında məlumat verərkən deyib.

Onun sözlərinə görə, fondun gəlirlərinin 63,8%-ni məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. H. Rəcəbli bildirib ki, 2015-ci ildə dövlət büdcəsindən transfertin proqnozu cari ilin göstəricisinə nisbətdə 3,7% və ya 42 mln. manat azalıb. DSMF-in xərclərinin 97,8%-i əhaliyə ödənişlər üçün nəzərdə tutulub: "Təkcə bu il sığortaya cəlb olunan işçilərin sayı 1,5 milyon nəfər artıb. Bu sahədə qanunu pozan işəgötürənlərin cərimələnməsi statistikası əvvəlki ilə nisbətən 23 dəfə artıq olub. Bu da onu göstərir ki, yığım sahəsində müəyyən problemlər və ciddi şəkildə bununla məşğul olmalıyıq".

Hadi Rəcəbli əlavə edib ki, hazırda Azərbaycanda 3 mln. sığorta ödəyicisi var.

Komitə sədri sosial müavinətlərin ildən-ilə artdığını da deyib: "Təkcə hamiləlik və doğuma görə ayrılan vəsaitlər ötən illə müqayisədə gələn il 31% çox olacaq. Uşaqların anadan olması və onlara qulluğa görə vəsaitlər 8-11% artıb".

H. Rəcəbli qeyd edib ki, komitənin iclasında 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı uşaqların sağlamlıq düşərgələrində istirahətinə ayrılan məbləğ 318 min manata çatmasına baxmayaraq, deputatlar bu məbləğin artırılmasını təklif ediblər.

Gündəlikdəki növbəti məsələləri təqdim edən H. Rəcəbli əhalinin əsas sosial-demoqrafik qrupları üzrə 2015-ci il üçün yaşayış minimumu haqqında da məlumat verib. O bildirib ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən edilir.

Gələn ilin dövlət büdcəsində ünvanlı dövlət sosial yardımının təyin edilməsi zamanı əsas götürülən ehtiyac meyarının həddi 105 manat məbləğində nəzərdə tutulub.

apa


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1790   Tarix: 22 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Britaniyalı aktyor Bernard Hill öldü

"Üzüklərin Lord"unda Kral Teoden, "Titanik"də kapitan Edvard Smit kimi rolları ilə tanınan britaniyalı aktyor Bernard Hill vəfat edib. Hillin agenti Lou Koulson aktyorun bu gün səhər vəfat etdiyini bildirib. 1944-cü ildə Mançesterdə anadan olan Hill "Titanik" filmində gəmini

11:58 125
.

17 yaşlı qızın ölümündə günahkar kimdir?

Hacıqabulun II Udulu kənd sakini 2007-ci il təvəllüdlü Ayişə Qarayeva Eyvaz qızı qızılcadan ölüb. Atası Eyvaz Qarayev Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, qızının ölümünə həkim səhlənkarlığı səbəb olub. Eyvaz Qarayevin sözlərinə görə, mayın 2-də Ayişə Qarayevaya Hacıqabul Mərkəzi Xəstəxanasını

20:29 134
.

Putin səlahiyyət müddəti başa çatan Nazirlər Kabineti ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin Kremldə mayın 7-nə planlaşdırılan andiçmə mərasiminə hazırlaşır və günün ortasında konstitusiyaya uyğun olaraq istefaya gedən hökumətlə görüşəcək. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. "Putin hökumət üzvləri ilə görüşməyi planlaşdırır

14:37 176
.

Putin sabah and içəcək

Rusiya prezidenti Vladimir Putin prezident seçkilərində qalib gəldikdən sonra sabah and içəcək və yeni dövrdə səlahiyyətlərinin icrasına başlayacaq. xəbər verir ki, Rusiyada mart ayında keçirilən prezident seçkilərində 87,28 faiz səs toplayan Putin, mayın 7-də Kreml sarayında keçiriləcək mərasimdə an

21:15 0
.

Qəzzada ölənlərin sayı 34735 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 34735 nəfərə çatıb. Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, İsrail 213 gündür hücumları davam edir

15:58 123
.

"Azərbaycan bütün dünyanı narahat edən problemlərdən çıxış yolunu axtaran bir ölkəyə çevrilib"

"Azərbaycan bu gün daha bir mötəbər tədbirə ev sahibliyi edir. Mayın 1-də Bakı Konqres Mərkəzində 100-dən artıq ölkənin nümayəndəsinin iştirak etdiyi "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirildi. Azərbayca

16:11 131
.

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Sabah Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhidin dəfn mərasimi baş tutacaq. report-a istinadən xəbər verir ki, onlardan biri - Dadaşov Gülalı Məhəmməd oğlu Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq. Qayımov Elşad Şiri

15:56 337
.

Görüş üçün Almatı şəhəri məqsədli olaraq seçilib? - RƏY

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində bu il may ayının 10-da görüşəcəklər. Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev -a bildirib ki, görüş üçün Almatı şəhərinin seçilməsi maraqlıdır. Görüşdə delimitasiya v

12:28 226
.

Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin administrasiyasını Gestapo ilə müqayisə edib. Keçmiş dövlət başçısı bunu qapalı tədbirdə deyib. "Bu insanlar Gestapo administrasiyasını idarə edirlər", - Tramp ona qarşı məhkəmə iddiaları haqqında danışarkən bildirib. Eks-preziden

05.05.2024 240