Şou nümayəndələri hansı universitetləri bitiriblər? - FOTO

İlqarə Kazımova Moskva Dövlət Universitetində təhsil alır.

Bir çox şou-biznes nümayəndələrinin adı ucuz qalmaqallarda, yersiz müzakirələrdə hallansa da onlar hamının güman etdiyi kimi heç də savadsız, zəka və bilik səviyyələri aşağı olan insanlar deyil.

BiG.AZ qafqazinfo-ya istinadən ali təhsil almış şou nümayəndələrini təqdim edir:

Xalq artisti Flora Kərimova Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu (1964), Azərbaycan Dövlət Tibb İnstitutunu (1971) və Azərbaycan Dövlət Konservatoriyasını (1977) bitirib.

Şou nümayəndələri hansı universitetləri bitiriblər? - FOTOXalq artisti İlhamə Quliyeva ali təhsil alan məşhurlar sırasındadır. Xalq artisti 1964-cü ildə Azərbaycan Dövlət Universitetini (Bakı Dövlət Universiteti) bitirib.

Şou nümayəndələri hansı universitetləri bitiriblər? - FOTOXalq artisti Faiq Ağayev 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Şou nümayəndələri hansı universitetləri bitiriblər? - FOTOXalq artisti Aygün Kazımova 1977-ci ildə 12 saylı məktəbin 1-ci sinfinə qədəm qoyub. Xalq artisti Bakı Mədəni-Maarif Texnikumu ( indiki Bakı Humanitar Kolleci) daxil olub, ancaq təhsili yarımçıq qalıb.

Şou nümayəndələri hansı universitetləri bitiriblər? - FOTOXalq artisti Zülfiyyə Xanbabayeva isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsini bitirib.

Şou nümayəndələri hansı universitetləri bitiriblər? - FOTOƏməkdar artist Tünzalə Ağayeva bir neçə təhsil müəssisəini bitirib. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirib və daha sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi texnikumu fortepiano sinfində davam etdirib. O, həm də Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri alıb. O, hələ 12 yaşındaykən Azərbaycanın görkəmli şairi Səməd Vurğununs özlərinə "Sən o deyilsən" adlı ilk mahnısını bəstələyib.

Şou nümayəndələri hansı universitetləri bitiriblər? - FOTOƏməkdar artist Abbas Bağırov isə 1988-ci ildə Gəncə şəhərində 34 nömrəli orta məktəbə daxil olub və eyni zamanda Gəncə şəhəri 2 nömrəli musiqi məktəbində fortepiano üzrə Kamal Şirinovdan dərs alıb. 1998-ci ildə məktəbi bitirib. 2000-2002-ci illərdə Tərtər rayonundakı Maliyyə İqtisad kolecində təhsil alıb. 2002-ci ildən musiqi ilə ciddi məşğul olmaq üçün Bakı şəhərinə gəlib və vokal sənətini ciddi öyrəni öyrənərək müxtəlif sənətkarlardan dərs alıb. 2002-ci ildən Azərbaycanın əməkdar artisti Ənvər Sadıqov ilə çalışmağa başlayıb. Gəncədə yaşayarkən uşaqlıq dostu olan pianoçu və aranjmançı Samir Şirinovla birgə çalışıb. 2003-2005-ci illərdə Bakı Musiqi Akademiyasının müəllimlərindən dərslər alıb.

Şou nümayəndələri hansı universitetləri bitiriblər? - FOTOMüğənni Röya Ayxan Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub, təhsilini bitirib.

Şou nümayəndələri hansı universitetləri bitiriblər? - FOTOMüğənni Sevda Yəhyayeva orta təhsilini Azərbaycanın Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə alıb. Orta təhsil aldığı zaman 1995-ci ildə Qobu 1 saylı musiqi məktəbinin fortepiano bölməsinə daxil olub. Ali təhsil almaq üçün Milli konservatoriyanın Solo və xanəndəlik (Muğam) fakültəsinə daxil olub.

Şou nümayəndələri hansı universitetləri bitiriblər? - FOTOMüğənni Samir Bağırov Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsini bitirib, Ukraynada hərbi xidmətdə olub.

Şou nümayəndələri hansı universitetləri bitiriblər? - FOTOMüğənni Zamiq Hüseynov 1990-cı ildə 53 saylı orta məktəbdə təhsilə başlayıb. 2001-ci ildə orta təhsilini bitirib. 2001-2004-cü illərdə Asəf Zeynallı adına Musiqi texnikumunda xanəndəlik sinfində Zabit Nəbizadədəm dərs alıb.

Şou nümayəndələri hansı universitetləri bitiriblər? - FOTOMüğənni İlqarə Kazımova isə Moskva Dövlət Universitetində Menecement ixtisası üzrə qiyabi təhsil alır. İlqarə ixtisasından başqa əlavə sənətlə məşğul olmaq istəyir.

Şou nümayəndələri hansı universitetləri bitiriblər? - FOTOMüğənni Rəqsanə İsmayılova 2013-cü ildə Rusiya universitetlərinin birinin Hüquq fakültəsinə daxil olub.

Şou nümayəndələri hansı universitetləri bitiriblər? - FOTOProdüser Təranə Səmədova Maliyyə və İqtisad Kollecinin maliyyə və vergi hüququ ixtisası üzrə təhsil alıb, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsini bitirib.

Şou nümayəndələri hansı universitetləri bitiriblər? - FOTOMüğənni Roza Zərgərli fortepiano sinfinə daxil olub, yeddi illik musiqi məktəbini dörd ilə bitirib. Musiqi Texnikumunda təhsil almağa başlayıb, buradakı təhsilini fərqlənmə diplomu ilə başa vurub. Musiqi Akademiyasında təhsilini davam etdirib, buradan da vokal ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olub. Bundan sonra İncəsənət universitetində təhsil alıb və 2007-ci ildə buranı rejissorluq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

Şou nümayəndələri hansı universitetləri bitiriblər? - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 7138   Tarix: 17 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur azərbaycanlı aktrisa ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Aktrisa Zarina Qurbanova rəqsi ilə gündəm olub. xəbər verir ki, komedixananın aktrisasının istirahət vaxtı çəkilən videosu maraqla qarşılanıb. Görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

00:25 563
.

Yenidən "Yalı çapkını"nda rol alacaqlar - Foto

"Yalı çapkını" serialının heyətində dəyişiklik edilib. Axşam.az-ın məlumatına görə, aktyor Baran Bölükbaşı ("Tarık") və Ediz Akşehir ("Saffet") ekran işinə geri dönüb. Onlar layihənin sonuncu təqdim olunan bölümündə yer alıblar. Qeyd edək ki, serialın baş rollarını Afr

13:00 144
.

"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"

"Meyxana ilə qurtarmışam. Meyxanadan uzaqlaşmışam. Artıq məclislərdə demirəm". Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Orxan Lökbatanlı "Həmin Zaur" verilişində deyib. O bildirib ki, artıq meyxana deməyəcək. İfaçı aparıcı Zaur Kamalın "10 min versəm meyxana deməyəcəksən"

04.05.2024 509
.

Şeron Stoun ilk dəfə "Kurtlar Vadisi"ndən danışıb

Aktrisa Şeron Stoun rol aldığı "Kurtlar Vadisi" serialından danışıb. xəbər verir ki, bu barədə aktrisa TRT World-ə müsahibə verib. "Bu bölüm üçün çox pul verilmişdi. Çəkiliş meydanı həyatımda gördüyüm ən yaxşı meydan idi. Amma heç kim ingilis dilini bilmirdi" ,- deyə o bildirib

03.05.2024 502
.

Bella Hadid sevgilisi ilə görüntüləndi - Foto

Məşhur ulduz Bella Hadid sevgilisi ilə görüntülənib. Axşam.az xəbər verir ki, model təxminən bir il əvvəl xroniki xəstəliyinin şiddətlənməsindən sonra karyerasına fasilə verib. Lakin bu yaxınlarda o, yeni məhsulunu təqdim edib. Bella və onun kovboy sevgilisi Adan Banuelos Nyu-Yorka öz brendi "Orebella"nı

04.05.2024 356
.

"Aygün Kazımovanın yerini heç kim tuta bilməz"

"Mən Aygün Kazımovanın etdiklərinə tab gətirə bilmərəm. O mənim üçün divadır. Sənətkarı illər bu yerə gətirir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Gül kimi şou" verilişində deyib. Sənətçi Xalq artisti Aygün Kazımovanın yerini heç kimin tuta bilməyəcəyini qey

03.05.2024 1646
.

Aygün Kazımova GÖRÜNÜŞÜ İLƏ GÖZ QAMAŞDIRDI - VİDEO

Xalq artisti Aygün Kazımova paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, ifaçı "instagram"da yeni görüntüsünü paylaşıb. Xalq artisti mini geyimdə cazibədar görünüşü ilə diqqət çəkib. Görüntülərə xeyli sayda bəyəni gəlib. Həmin paylaşımı təqdim edirik:

14:41 1487
.

"Kızılcık şerbeti"nin ulduzu eşq xəbərlərinə cavab verdi

"Kızılcık şerbeti" serialında rol alan Sıla Türkoğlu tərəf müqabili Doğukan Güngörlə haqqında çıxan eşq xəbərlərinə cavab verib. OLAY yazır ki, aktrisa bu barədə instaqram hesabında paylaşım edib. "Dünən axşam dostlarımla qatıldığım bir tədbirdən sonra bəzi səhifələrdə mən və tərəf müqabili

04.05.2024 387
.

Nərmin Edisin mahnısına ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Nərmin Kərimbəyovanın rəqsi müzakirələrə səbəb olub. xəbər verir ki, müğənni türkiyəli həmkarı Edisin repertuarına müraciət edib. Onun səhnədə mahnının musiqisinə və sözlərinə uyğunlaşdırdığı rəqs elementləri maraqla qarşılanıb. Həmin anları əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb

14:00 140