Avtomobil sürməyə yeni başlayanlara məsləhətlər

Avtomobil sürməyə yeni başlayanlara məsləhətlərHər gün yüzlərlə insan sürücülük vəsiqəsi alır və öz avtomobilinin sükanı arxasına keçəcəyi və yol hərəkətinin tam hüquqlu iştirakçısına çevriləcəyi anı həyəcanla gözləyir. Amma avtomobil məktəbindəki təlim gələcək sürücülər üçün zəruri olan biliklərin yalnız kiçik bir hissəsini verir.

Avtomobil həvəskarının əsl avtomobil sürücüsü olması və sükan arxasında özünü inamlı hiss etməsi üçün o, bilavasitə yolda hərəkət zamanı çox şeylər öyrənməlidir. Bu məqalədə biz avtomobil sürməyə yeni başlayan sürücülərin işini bir qədər asanlaşdırmaq üçün onlara avtomobilin idarə olunması ilə bağlı bir neçə məsləhət verəcəyik.

Bəzi yeni sürücülər üçün avtomobil qarşısında psixoloji qorxunu dəf etmək çətindir, hətta onlar sürücülük vəsiqəsi alsalar belə, avtomobili idarə etməyə qorxurlar. Bu qorxudan yaxa qurtarmağın bircə yolu var: avtomobili idarə etməyə başlamaq.

Avtomobili sürməkdən nə qədər qorxsanız da, onu yalnız zəruri hallarda deyil, kifayət qədər tez-tez sürməyə çalışın. Çünki avtomobili nadir hallarda sürsəniz, bu sizin ustalığınızı artırmayacaq, əksinə, psixoloji qorxunuz daha da artacaq.

Ən əsası, yolda həyəcanlanmaq və təlaşa düşmək olmaz. Siz sakit və özünüzə inamlı olmalısınız. Yol hərəkətinin bütün iştirakçılarına qarşı dözümlülüklə yanaşın, yol hərəkətinin bəzi iştirakçılarının yol verdiyi kobudluqlara cavab verməyin. Eyni zamanda, özünüz də heç vaxt kobudluq etməyin.

Hətta sizə elə gəlsə ki, sürücülərdən kimsə avtomobil sürməyi bacarmır və ya hamıya mane olur, yenə də emosiyalarınızı cilovlayın. Yadda saxlayın ki, onun yerində siz də ola bilərsiniz. Başqalarının səhvlərinə dözümlülüklə yanaşın, özünüzü onların yerinə qoyun. Qarşıdakı avtomobilin sürücü avtomobili uzun müddət işə sala bilmirsə, bərkdən siqnal verib hay-küy salmayın.

Ola bilsin ki, həmin sürücü avtomobili idarə etməyi təzəcə öyrənib və yaranmış vəziyyətdə bərk həyəcan keçirir. Daim təmkinli olmağa çalışın, çünki yolda xoşagəlməz vəziyyətlər kifayət qədər tez-tez baş verir və əgər hər dəfə əsəbiləşsəniz, sinir sisteminiz buna tab gətirməz. Emosiyalarınıza nəzarət etməyi öyrənin və yol hərəkətinin bütün iştirakçılarına nəzakətlə yanaşın.

Əgər əsəbiləşdiyinizi hiss etsəniz, melodik bir musiqi işə salıb bir qədər sakitləşin. Psixoloqlar məsləhət görürlər ki, insan toplanmış mənfi emosiyalardan azad olmaq üçün pəncərələri bağlayıb ucadan ürəyini boşaltmalıdır. Bundan başqa, əgər imkan varsa, avtomobildən çıxın, bədəninizlə bir qədər dartınma hərəkətləri edin, bu əhvalınızı yaxşılaşdırar.

Avtomobil sürməyi yeni başlayan sürücülərin bütün diqqəti yolda olmalıdır. Buna görə ilk vaxtlar bütün kənar səslərdən imtina edin: sükan arxasında musiqiyə qulaq asmayın, telefonla danışmayın. Əgər avtomobilinizdə sərnişin varsa, xahiş edin ki, söhbətləri ilə diqqətinizi yoldan yayındırmasın.

Yeni sürücülər üçün ən qorxulu məsələlərdən biri parkinqdir. Bir qayda olaraq, avtomobili düzgün parklamağı öyrənmək müəyyən vaxt tələb edir. Hətta təcrübəli sürücülərin belə, parkinqlə bağlı çətinlikləri olur, yeni sürücülərdən isə danışmağa dəyməz.

Əlbəttə, avtomobil məktəbində sizə parkinqlə bağlı bütün əsas qaydaları və üsulları öyrədiblər, amma parkinqin uğurla həyata keçirilməsi avtomobilinizin qabaritlərini necə hiss etməyinizdən asılıdır. Yaxşı olar ki, parkinq əməliyyatını öyrənmək üçün bir neçə payadan və ya dirəkdən istifadə etməklə (onlar qabaqdakı və arxadakı avtomobillərin rolunu oynayır) xüsusi meydançada məşq edəsiniz.

Qabaqdakı və arxadakı avtomobillə sizin avtomobil arasında məsafə sizin avtomobilin uzunluğunun iki mislinə bərabər olmalıdır. Bir daha xatırladaq ki, avtomobilinizin qabaritlərini hiss etməyiniz olduqca önəmlidir.

Avtomobilinizi parklayarkən ətrafdakıları da unutmayın. Öncə əmin olun ki, sizin avtomobil parklanmış digər avtomobillərə mane olmayacaq və yalnız bundan sonra parkinq əməliyyatına başlayın.

Parkinqi həyata keçirərkən avtomobilinizi digər avtomobilə həddən artıq yaxın yerləşdirməyin. Yadda saxlayın ki, bir qədər sonra siz avtomobilinizi həmin yerdən çıxarmalısınız və digər avtomobillə aranızdakı məsafə çox kiçik olarsa, bunu edə bilməyəcəksiniz.

Yolda hərəkət zamanı öncədən görülə bilməyən problemlərin baş verməməsi üçün avtomobilinizin saz vəziyyətdə olub-olmadığını mütəmadi olaraq yoxlamağa çalışın. Bunun üçün yola çıxmazdan əvvəl avtomobilinizin ətrafına dolaşın və əmin olun ki, avtomobildə hər şey qaydasındadır.

Sonra kapotun altına baxın və əyləc mayesinin, şüşə yuyucusunun və soyuducu mayenin səviyyəsinə diqqət yetirin. Həm ön, həm də arxa tərəfdən avtomobilin altına nəzər salıb soyuducu mayenin axıb-axmadığını yoxlayın.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 8670   Tarix: 08 mart 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

TOP MP3