Qadın kişisinə sahib çıxmalıdır

Qadın kişisinə sahib çıxmalıdırMüğənni İradə İbrahimovanın bacısı, vizajist Nigar İbrahimova həyat yoldaşından danışıb.

"Düzünü desək" verilişinin qonağı olan vizajist həyat yoldaşı Ruslan Sanıyevin ilk evliliyindən bəhs edib: "Qızlarımıza demək istəyirəm ki, ayrılmış kişi ilə ailə qurmaqdan qorxmayın. Mən də 20 yaşında buna pis baxırdım.

Bir gün qarşında elə insan dayanar ki, bu sözləri unudarsan. Ayrılığa birtərəfli baxmaq olmaz. Bizdə bir deyim var: yaxşı kişi birinciyə sahib çıxmırsa, ikincini də elə edər. Mən ona gözümü yumub getmədim.

Son bir ilini araşdırdım. 34 yaşımda ailə qurdum. Əgər bunu ailə xətrinə etsəydim, 25 yaşımda ərə gedərdim. Qarşımda kimlər olub... Məqsədyönlü ailə qursaydım, bu günə kimi 3 dəfə ərə getmişdim.

Həyat yoldaşımın birinci ailəsinin dağılmağı mənim üçün məsuliyyət idi. Oğlanı günahlandırdılar. Araşdırdım, gördüm ki, hər şeyi təkcə oğlanın üstünə atmaq olmaz. Qadın kişisinə sahib çıxmalıdır. Demirəm ki, övlad varsa, kişi dəlidirsə, içirsə, yenə də özünü "şəhid etməlisən". Sadəcə, qadın razılığa getməyi bacarmalıdır. Həyat yoldaşımın üstünlükləri çox idi deyə, onu qəbul etdim.

Bir insan atanın qayğısına qalırsa, o, pis ola bilməz. Bəzi şeylər var ki, qadın ona göz yummalıdır. Kişini evdən didərgin salmaq olmaz. O da mənimlə 37 yaşında ailə qurdu, gözəl tərbiyəyə sahib biridir. Onu zəhmətkeş insan kimi tanımışam. Mənim heç nəyə ehtiyacım yoxdur. Bu həyatda hörmət edib dərdləşəcəyim, mənimlə qəbrə qədər gedəcək birinə ehtiyacım var idi. Onu da tapdım".

Qeyd edək ki, N.İbrahimova ötən ilin oktyabrında R.Sanıyevlə nikah masasına oturub.

ailem.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5022   Tarix: 05 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059