Axmaq qoca

Axmaq qocaCavanlıqda məsləhəti heç sevməzdim. Təcrübəsini yeri gəldi- gəlmədi adamın gözünə soxan yaşlılar məni qıcıqlandırardı. Düşünərdim ki, təcrübə heç nədi, "ağıl yaşda deyil, başdadı". Özümə söz verərdim ki, qocalanda gəncliyə olan sevgimi itirməyim.

Aradan iyirmi ilə yaxın vaxt keçib. İndi də həqiqəti bir az özümə tərəf sürüşdürüb fikirləşirəm ki, təcrübə hər şey olmasa da, çox şeydi. Bu, orta yaşda belə bir ortaq məxrəcə gəlmişəm, ağıl həm yaşdadı, həm də başda.

Çox güman ki, iyirmi il sonra həqiqəti bir az da özümə tərəf çəkib təcrübənin hər şey olmasını düşünəcəm. Qərara gələcəm ki, ağıl qətiyyən başda deyil, tamamilə yaşdadı.

İnsanın hər yaşda, hər vəziyyətdə özünü haqlı sanması kimi instinkti var. Bunu bir dəfə yazmışam, uşaqkən valideynlər haqsızdı, valideynkən uşaqlar. Tələbəsənsə müəllimlər "köhnə fikirlidi", müəllimsənsə tələbələr "zəmanə uşağı". Sükan arxasındasansa, piyada "özünü maşının altına atır", piyadasansa sürücü "maşını düz üstünə sürür".

Bir sözlə, "Qaçan da allahı çağırır, qovan da". Allah (burda həqiqət) isə təkdi.

Uşaqlıqda yerdə olan çörək qırıntılarını götürər, öpüb gözümüzün üstünə qoyardıq. Bunu hardan, nə vaxt öyrəndiyimizi xatırlamıram. İndi mənim uşaqlarım da belə eləyir, onların da bunu hardan öyrəndiyini bilmirəm. Çörəyi ayaq altından götürüb hündür yerə qoymaq adətdi. Tapdanmasın deyə… Əslində, həqiqətlə də belə davranmaq lazımdı. Ayaq altında qalmasın deyə, çalışıb onu özündən yuxarıda saxlamalısan. Öz mənafeyindən bir az aralıda.

Odur ki, hərdən indiki gəncləri anlamayanda, nəsə etiraz etmək istəyəndə öz gəncliyimi xatırlayıram. İçimdəki yaşlı gənc içimdəki cavan qocaya barmaq silkələyir. Ramiz Rövşənin bir şeirindəki kimi:

Bəsdi, bəsdi, axmaq qoca,
Gülməlisən, gülməli.

© Səhər Əhməd


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4862   Tarix: 27 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164