Barmaq izləri ilə cinayətər necə açılır? - VİDEO

Barmaq izləri ilə cinayətər necə açılır? - VİDEOBarmaq izləri müxtəlif cinayət hadisələrinin üstünün açılmasında əvəzsiz rola malikdir.

Kriminalistika sahəsində "daktilaskopiya" adlanan bu sahə, insanın və ya cinayətkarın kimliyini aşkarlamaq üçün istifadə olunur. Səbəbi isə çox sadədir. Çünki dünyada nə qədər insan varsa, onların heç birinin barmaq izi üst-ütsə düşmür. Bunu həm elm, həm də din sübut edir. Bəs barmaq izləri kriminalistlər tərəfindən necə aşkar edilir. Kriminalistlər barmaqları mürəkkəbə batıraraq kağız üzərinə basmaqla əldə edirlər. Bu formada arxivlənən barmaq izləri, gələcəkdə meydana gələ biləcək hər hansısa bir cinayətin üstünü açmağa kömək edir. Amma kriminalistlər, barmaq izlərini cinayət yerindən götürərkən, bəzi detallara xüsusi önəm verirlər.

Sabiq polis rəisi Mahmud Hacıyevin sözlərinə görə, barmaq izləri xüsusi plyonka vasitəsilə hadisə yerində götürülür: "Laboratoriya təhqiqatından sonra istintaqçı və əməliyyatçı konkret olaraq həmin işlə əlaqədar olaraq müəyyən şübhəli şəxslərin barmaq izlərini də ora təqdim edir. Orada müqayisəli təhqiqat aparılır. Buna eyniləşdirmə deyilir. Yəni orda eyniləşdirmə aparırlar".

İlk baxışda barmaq izləri görünmür. Məhkəmə-tibb ekspertləri, görünməyən barmaq izlərinin şəkillərini çəkə bilmək üçün, bəzi vasitələrdən istifadə edir. Ən geniş yayılmış üsül isə, toz pudra səpməklə əldə olunan əl izləridir. Keçmiş polis rəisi Mahmud Hacıyevin sözlərinə görə, son dövrlərdə Azərbaycanda bu sahəyə maraq azalıb. Baxmayaraq ki, həm peşəkər ekspertlər və lazımi avadanlıqlar var.

Sabiq polis rəisi Mahmud Hacıyev qeyd edir ki, SSRİ yaranandan bir müddət sonra bu sahəyə maraq çoxaldı: "Sonradan isə o sahəyə meyl həddindən artıq azaldı. 60-cı illərdə isə bu sahəyə maraq nisbətən artdı. İndinin özündə də bu sahəyə meyil azdır. Hətta kriminalist kimi işləyən orqan işçiləri çalışırlar ki, əməliyyat və istintaqa keçsinlər. İstintaq və əməliyyatda işləyənlər isə istəyirlər ki, kriminalist kimi fəaliyyət göstərsinlər".

Bəs, cinayət hadisələrinin tez bir zamanda açılmasi üçün nə etməli? Polis rəisininin səzlərinə görə, ölkə başçısının biometrik pasportlarla bağlı sərəncamı var. Həmin qanunun icrası zamanı əl barmaq izlərinin götürülərək Daxili İşlər Nazirliyinin bazasına əlavə etmək olar.

Hər halda bütün vətəndaşların barmaq izlərinin götürülməsi və arxivləşdirilməsi istənilən cinayət hadisəsinin açılamasında əsas rolu öz üzərində saxlayacaq. Çünki insanların barmaq izi heç vaxt dəyişmir.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2845   Tarix: 26 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364