Oğlumu bir dəfə də babasının məzarına apara bilməmişəm
"Ermənistana daha fəal şəkildə təzyiq göstərməlidirlər".
Həmsədr ölkələr, xüsusən də Rusiya regionda yeni müharibə istəmirlərsə, Ermənistana daha fəal şəkildə təzyiq göstərməlidirlər ki, Azərbaycan bu məcburiyyət qarşısında qalmasın.
Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya İctimai Palatasında Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı keçirilən dəyirmi masada söyləyib.
P.Bülbüloğlu qeyd edib ki, haqq-ədalət öz yerini tapmalıdır:
"Mən özüm Qarabağlıyam, Şuşalıyam. Orada mənim atamın məzarı var. 14 yaşlı oğlumu bir dəfə də olsun babasının məzarına apara bilməmişəm. Sizcə, bu normaldırmı? Bu, yüz minlərlə insanların böyük faciəsidir. Buna son qoyulmalı, azərbaycanlılar doğma yurd-yuvalarına qayıtmalıdırlar. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Biz nə vaxta kimi Ermənistanın bu tələblərə məhəl qoymamasını sakit şəkildə müşahidə edəcəyik? Müharibə, əlbəttə ki, böyük faciədir. Lakin müharibə məcburiyyət olanda qaçılmaz olur".
P.Bülbüloğlu bildirib ki, Azərbaycan müharibə tərəfdarı olmadığını uzun illərdir sülh danışıqları aparmaqla sübut edib:
"Biz qan tökülməsini istəmirik, biz münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində ədalətli həllini istəyirik. Bu, bizim ən böyük güzəştimizdir. Heç bir prezident və heç bir xalq özünün bir qarış torpağını belə güzəştə getməz. Bu, mümkünsüzdür. Bunu Azərbaycandan da gözləməyin. Biz Rusiyanın vasitəçilik rolunu və potensialını yüksək dəyərləndiririk, bu səbəbdən də sülhün bərqərar olması naminə Rusiyadan da vasitəçi kimi konkret addımlar atmasını gözləyirik".
Tədbirdə çıxış edən Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev isə Dağlıq Qarabağ münaqişəsindən söz açaraq deyib ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir:
"Rəsmi İrəvan anlamalıdır ki, münaqişənin ədalətli həlli həm də Ermənistanın xilası deməkdir".
oxu.az
BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı Baxılıb: 1293 Tarix: 21 oktyabr 2014
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə
10.09.2021 1424 Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR
"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə
11.09.2021 2925 Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
16.09.2021 1627 Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO
Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd
11.09.2021 1188 Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO
İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz
16.09.2021 3329 Ayaq qoxusuna son
Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi
10.09.2021 1505 İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini
13.09.2021 2197 Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu
13.09.2021 1024 56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086