Tarixə yazılan imzamız

Tarixə yazılan imzamızDüz 23 il öncə - 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı tarixinin ən şərəfli səhifələrindən birini yazdı və parlamentdə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi.

Həmin gün Azərbaycan müstəqilliyə səs verməklə 28 may 1918-ci il tarixdən 28 aprel 1920-ci ilə kimi mövсud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu hüquqi müstəvidə bəyan etdi.

Bu, həmin vaxt dağılacağına çoxunun inanmadığı Sovet İttifaqını təşkil edən müttəfiq respublikalar içində atılmış ilk addım idi. Sonradan SSRİ-nin digər respublikaları da Azərbaycanın yolu ilə gedərək öz müstəqilliklərini bəyan etdilər. Beləliklə, məhz Azərbaycan xalqı ilk olaraq SSRİ-nin dağılması üçün tarixi şərait yaranmasını dərk etdi və böyük istiqlal şairi Məhəmməd Hadinin təbirincə deyilsə, millətimizin imzası yenidən imzalar sırasına yazıldı.

Bu, böyük qələbə idi. Dünyanın 5 minə yaxın xalqı dövlət müstəqilliyi uğrunda mübarizə aparır və bu millətlərin bəzilərinin sayı 50 milyonu keçir. Amma yalnız 120 xalqın müstəqil dövləti var və Azərbaycan xalqı bu müstəqil 120 xalqdan biridir.

23 il qabaq bu sənədi qəbul etmək də asan başa gəlməmişdi. Oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin işə başlanan növbədənkənar sessiyasında uzun müzakirələr aparılmışdı və 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdi. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatının heç də hamısı səs verməmişdi. Deputatların yalnız 258-i sənədə səs vermişdi, yerdə qalanlar ya sessiyaya qatılmamışdı, ya da onun əleyhinə səs vermişdi.

Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.

Azərbaycan xalqı öz müstəqilliyini göz bəbəyi kimi qoruyur və əbədiyyətə qədər üçrəngli bayrağı müstəqil Azərbaycanın dövlət qurumlarının üzərində dalğalanacaq. Tanrı Azərbaycanı qorusun!

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 977   Tarix: 18 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktor

03.05.2024 402
.

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ağcabədi rayonunun Qaradolaq kəndində "KamAZ" markalı yük avtomobilinin qoşqusunda olan istifadəyə yararsız 8 ədəd minik avtomobilinin yanar hissələr

18:50 0
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

03.05.2024 558
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

16:50 88
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

12:00 181
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

12:52 218
.

Ukraynada vəziyyət: Rusiyanın 2024-cü il üçün əsas məqsədi açıqlandı

Ukrayna rəsmiləri vurğulamağa davam edir ki, Rusiyanın 2024-cü il üçün əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin tamamilə ələ keçirilməsidir. Bu barədə ABŞ-nin nüfuzlu Müharibə Tədqiqatları İnstitutunun Rusiya-Ukrayna müharibəsinə dair hazırladığı gündəlik hesabatda bildirilib. "Ukrayna rəsmilər

17:50 0
.

Norveçli səyahətçi: Qarabağda minalardan çirklənmənin nə qədər ciddi olduğunu təsəvvür edə bilməzdim

Qarabağda mina çirklənməsinin səviyyəsini ancaq bura gəlməklə dərk etmək olar, çoxları bunu şişirtmə kimi qəbul edir. "Report" xəbər verir ki, bunu norveçli səyahətçi Ulyerqen Vastveyt bildirib. "Mən heç təsəvvürümə də gətirmirdim ki, bu qədər mina basdırılıb, Qarabağda minalardan çirklənm

16:40 91
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

18:10 0